Prezident İlham Əliyev: “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir"
“Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir.
Bunu Prezident İlham Əliyev Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının ilk plenar iclasında çıxışı zamanı deyib.
"Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq", - dövlət başçısı bildirib.