Kazanda Prezident İlham Əliyevin Ərdoğanla qeyri-formal görüşü olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kazanda BRİCS sammiti çərçivəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə qeyri-formal görüşü olub.
Dövlət başçıları bir araya gələrək səmimi müzakirələr aparıblar.
Qeyd edək ki, ötən gün Kazan şəhərində XVI BRICS Sammiti baş tutub. Bu gün isə “Outreach” / “BRICS+” formatının iclası keçirilir.
BRİCS 2006-cı ildə yaradılmış hökumətlərarası təşkilatdır. Rusiya 2024-cü il yanvarın 1-dən BRİCS-ə sədrliyi qəbul edib. Hazırda Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrikadan başqa, Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı da təşkilatın üzvüdür.