Bu 7 ölkə Ukraynanın NATO-ya gəlişinə qarşıdır - ŞOK iddia...
"Politico" nəşri Ukrayna ilə bağlı maraqlı iddia irəli sürüb. Nəşrin yazdığına görə, NATO-ya üzv olan 7 ölkə Ukraynanın alyansa daxil olmasına qarşıdır. Nəşr qeyd edir ki, bu ideyaya qarşı çıxan ölkələrə Rusiya ilə birbaşa müharibəyə cəlb olunmaqdan qorxan ABŞ və Almaniya - Kiyevin ən böyük tərəfdarlarından ikisi rəhbərlik edir.
Bundan əlavə, Slovakiya və Macarıstan da hökumətlərinin Rusiyayönlü xəttinə görə bunun əleyhinədir. "Belçika, Sloveniya və İspaniya da ABŞ və Almaniyanın arxasında gizlənir. Onlar da bunu istəmir", - NATO rəsmilərindən biri nəşrə deyib.
Mətləb Salahov