Dünya iqtisadiyyatında güc balansı G7-dən BRICS-ə keçib - “Bloomberg”
Dünya iqtisadiyyatı qarşıdakı beş il ərzində "Böyük Yeddilik" (G7) ölkələrindən daha çox BRICS-ə arxalanacaq. “Bloomberg” Beynəlxalq Valyuta Fondunun son proqnozuna əsasən belə qənaətə gəlib.
Müvafiq dövrdə artımın böyük bir hissəsinin BRICS-in Rusiya, Çin, Hindistan və Braziliya kimi ölkələrinin güclü iqtisadiyyatlarından gələcəyi gözlənilir. ABŞ, Almaniya və Yaponiya da daxil olmaqla G7 üzvlərinin gözlənilən töhfəsi aşağıya doğru qiymətləndirilib.
Mətləb Salahov