G7 dekabra qədər Ukraynaya 50 milyard dollar kredit ayıracaq
"Böyük Yeddilik" (G7) 2024-cü ilin sonuna qədər Ukraynaya kredit kimi 50 milyard dollar ayırmaq niyyətindədir. Bu barədə “RBC-Ukrayna” ABŞ-nin maliyyə naziri Cennet Yellenin Ukraynanın maliyyə naziri Sergey Marçenko ilə görüşü zamanı verdiyi açıqlamaya istinadən məlumat yayıb.
Yellen açıqlamada qeyd edib ki, ABŞ-nin təmin edəcəyi hissə 20 milyard dollar təşkil edəcək və kredit dondurulmuş Rusiya aktivlərindən gələcək gəlirlər hesabına ödəniləcək.
Mətləb Salahov