İsrail hər an İranı vura bilər - hər kəs sizin nələr etdiyinizi görəcək...
İsrail hər an İrana hücum edə bilər. Bu barədə İsrail dövlət televiziyası KAN-ın adı açıqlanmayan İsrail rəsmilərinə istinadən məlumat yayıb
Kanal bildirib ki, İsrail İrana mümkün hücuma hazırlıq mərhələsindədir, ölkə tarixinin ən gərgin və mürəkkəb dövrlərindən birinə şahidlik edir.
İsrailin İrana qarşı hücuma başlamaq üzrə olduğu qeyd edilən xəbərdə, ABŞ-ın da diqqətini İsrailin İrana hücumuna yönəltdiyi və hücumun yumşaldılması üçün təzyiq etdiyi bildirilir.
Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qallant hərbi bazaya səfəri zamanı ölkəsinin İrana mümkün hücumu ilə bağlı açıqlama verib. "İrana hücum etdikdən sonra hər kəs sizin hazırlıq və təlim prosesində nələr etdiyinizi görəcək" deyə o əsgərlərə bildirib.
TAHİR