Lukaşenko Putinin Ukraynada hərbi əməliyyata başlamasına görə peşman olduğunu dedi...
Belarus prezidenti Aleksandr Lukaşenko BBC-yə müsahibəsində bildirib ki, Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiya prezidenti Vladimir Putin Qərbdən atəşkəsdən sonra Ukraynaya sursat və silahların verilməyəcəyinə dair zəmanət istəyir.
Putinin bu məsələdən narahat olduğunu vurğulayan Lukaşenko deyib: "Atəşkəs əldə edildikdən sonra Ukraynaya sursat gətirilməməli və Ukrayna Silahlı Qüvvələri yenidən silahlanmamalıdır. Putin bundan qorxur".
Lukaşenko Putinin hərbi əməliyyata başlamasına peşman olub-olmaması sualını da cavablandırıb. Lukaşenkonun sözlərinə görə, Putin əməliyyata başladığına görə peşman olsa da, qərarlarının düzgünlüyünə inanır.
"Putin, əlbəttə ki, peşmandır, o da insandır. Amma o, tamamilə haqlı olduğuna inanır və bunu motivasiyaedici şəkildə izah edir" - Lukaşenko deyib.
TAHİR