Binəqədidə evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlandı
Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən evlərin birindən 2000 ABŞ dolları, 900 manat dəyərində məişət və zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 27 yaşlı B.Eminov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
ZÜMRÜD