KÖHNƏ VERSİYA            

Avroittifaq Ermənistandan sonra daha bir MDB ölkəsini cənginə alır...

Image

Akif Nağı: "Yəni nə Qazaxıstan Aİ-yə üzv olacaq, nə də Rusiya onu cəzalandıracaq, sadəcə olaraq Moskva Astananın maraqlarını nəzərə alacaq"

Bu həftə Avropa İttifaqı və Qazaxıstan nümayəndələrinin 21-ci görüşü keçirilib. Bu görüşdə hər iki tərəf əməkdaşlığın dərinləşdirilməsinə və viza rejiminin sadələşdirilməsinə dair razılığın əldə olunmasına sadiq olduqlarını təsdiqləyib.

Schengen.News-un yazdığı kimi, Aİ və Qazaxıstan viza rejiminin sadələşdirilməsi sazişi, eləcə də "Readmissiya sazişi" üzrə danışıqların davam etdirilməsi üçün hazırlığa açıq olduqlarını təsdiqləyiblər. Belə bir bəyanat hər iki tərəfin birgə işləməyə və tezliklə bu məsələ ilə bağlı razılığa gəlməyə hazır olduğunu göstərir ki, bu da Qazaxıstan vətəndaşlarının Aİ ölkələrinə gediş-gəlişini asanlaşdıracaq.

Aİ və Qazaxıstan bu ilin iyununda viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlara başlayıb. Aİ-nin sanksiyalar üzrə xüsusi elçisi David O'Sallivan 2024-cü ilin iyununda blok və Qazaxıstanın ölkə vətəndaşları üçün viza prosedurlarını sadələşdirmək üçün rəsmi danışıqlara başladığını təsdiqləyib.

Lakin hər hansı yardımdan danışılmazdan və hər hansı bir həll yolu nəzərdən keçirilməzdən əvvəl danışıqlara hazırlıq görülməlidir.

Qazaxıstanın bu addımı Rusiya ilə münasibətlərinə necə təsir edə bilər?

Ermənistanın ardınca Aİ MDB üzvü olan Orta Asiya ölkələrini fəth etmək qərarında israrlıdır, bu, Rusiyanı narahat etməyəcəkmi?

Sualımıza cavabında siyasi şərhçi Akif Nağı bildirdi ki, dünyanın qütbləşməsi kəskinləşir və hər bir ölkə bu qütblərdən birində öz yerini tapır: "Sovetlər dönəmindəki qütbləsmə ilə müasir qütbləşmənin xeyli fərqi var. O dövrdəki qütbləşmə tam olaraq "ağ və qara" fəlsəfəsindən çıxış edirdi - ya mənimləsən, ya da mənimlə düşmənsən.

Dünyanın bir hissəsi ABŞ-nin, digər hissəsi isə SSRİ-nin yanında idi. Hazırda yenə bir tərəfdə Amerika, digər tərəfdə isə Rusiyadır. Müasir dünyada Avropa və Türk Dövlətləri Birliyi (TDB) də güc mərkəzinə çevrilməyə can atır, amma hələ onlar cəlbedici mərkəzlərə çevrilə bilməyiblər.

Hazırda yenə dünya iki qütblüdür, dövlətlər daha çox bu qütblərdən birini seçir, lakin digər qütblə də münasibət saxlaya bilir. Artıq dünya ölkələri səlis məntiqlə deyil, qeyri-səlis məntiq nəzəriyyəsi ilə yanaşırlar bu məsələyə. Yəni ağ və qara arasında çoxlu rəng çalarları seçirlər - hər iki qütblə müəyyən münasibətlər qururlar. Məsələn, biz həm Amerika, həm də Rusiya ilə münasibətlərə malikik. Cənubi Qafqaz ölkələri də eyni strategiyanı sürdürür. Məsələn, Ermənistan son vaxtlar Qərb və Amerikaya meyl edir, amma Rusiya ilə də ciddi əlaqələri var. Moldovada da seçkilərdən sonra Avropaya inteqrasiya siyasəti aparılır. Rusiya artiq bu proseslərin qarşısını ala bilmir.

Qazaxıstana gəldikdə, bu ölkə həm MDB-də, həm KTMT-də, həm də BRİKS-də Rusiya ilə birlikdədir. Lakin görünür ki, Qazaxıstan Qərbə meyl etməklə Moskvaya təzyiq edib, ondan nəyisə qoparmaq istəyir. Fikrimcə, Qazaxıstanın Rusiyadan qopub Avropa İttifaqına qoşulmaq kimi bir məqsədi yoxdur. Bu, Rusiyaya bir təzyiq vasitəsidir. Bu kimi hərəkətlər Rusiyanın təsir imkanlarını bir qədər zəiflədir, amma onu tamamilə arxa plana keçirmir. Rusiyanin zəifləməsi həm də onun qurduğu iqtisadi təşkilatın - BRİKS-in elə ciddi potensialının olmamasıdır. Bu təşkilat daha çox təbliğat xarakterlidir. Məsələn, Çinlə Hindistan iqtisadi rəqibdirlər, amma hər ikisi BRİKS-də bir yerdədir və onların birgə hansısa layihəyə qatılması inandırıcı deyil. Bu iki ölkə Aİ-yə və ABŞ-yə qarşı bu təşkilatda birləşiblər. Rusiya rəhbərliyi təbliğat xarakterli bəyanatlar verir ki, BRİKS-ə üzv olmaq üçün 20-dən çöx ölkə müraciət edib. Amma BRİKS-in real iqtisadi güc mərkəzinə çevrilməsinin mümkün olmadığını hamı başa düşür. Sadəcə olaraq, ölkələr hərbi-siyasi güc olaraq Rusiyaya qarşı getmək istəmirlər. Çin və Hindistan BRİKS-də əsas iqtisadi güc təmsilçisidir.

Azərbaycan da bu reallıqlar içərisində öz optimal yerini seçməyə çalışır. Azərbaycan hesab etmir ki, avrointeqrasiya bütün problemlərin həllidir. Eyni proses Gürcüstanda da gedir, parlament seçkilərinin nəticəsindən asılı olaraq bu ölkə siyasi kursunu dəqiqləşdirəcək. Hazırda Qərb Gürcüstanda izdahamlı aksiyalar keçirməklə bu ölkəni əldən vermək istəmir, amma Gürcüstanın əldən getməkdə olduğunu da hiss edir. Aİ Gürcüstana qarşi çox sərt tədbirlər görür, bu səbəbsiz deyil. Böyük ehtimalla, Gürcüstanda hakimiyyət qalib gələcək, Rusiyaya meyl daha çox artacaq. Çünki orada Rusiya Gürcüstanın ərazi bütövlüyü məsələsi irəli sürüb.

Moldovada Dnestryanı bölgə və Qaqauziya avrointeqrasiyanın əleyhinədir. Ona görə də orada da proses ağrılı gedir.

Qazaxıstanın da öz seçiminə biz hörmətlə yanaşmalıyıq, amma onun bu hərəkətləri TDB-nin güc mərkəzinə çevrilməsinə mane olmamalıdır. Azərbaycan Prezidenti də açiq şəkildə bildirdi ki, bizim ailəmiz türk dünyasıdır. Qazaxıstan da bunu başa düşür. TDB-ni qoruyub saxlamaqla, bu dövlətlərin əlaqələrini şaxələndirmək məqsədəuyğundur. Rəsmi Astana da bilir ki, onun perespektivi Türkiyə və Azərbaycanla birlikdədir. Lakin digər ölkələrdən də yararlanmağa çalışır. Yəni nə Qazaxıstan Aİ-yə üzv olacaq, nə də Rusiya onu cəzalandıracaq, sadəcə olaraq Moskva Astananın maraqlarını nəzərə alacaq".

Dəniz NƏSİRLİ







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031