KÖHNƏ VERSİYA            

Azərbaycandan 19 milyard manat, “sivil dünyadan 0 manat”...

Image

Müasir Azərbaycanın tarixində ən böyük hadisə torpaqlarımızın erməni işğalından tamamilə azad olunması və vətənimizin ərazi bütövlüyünün tam bərpa olunmasıdır. İşğaldan azad edilmiş ərazilərə böyük qayıdışın Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunması da bu nəhəng tarixi hadisənin ən mühüm tərkib hissəsidir. 

İşğaldan azad edilmiş ərazilərimizdə bütün şəhərlərin, kəndlərin, infrastrukturların, tarixi, mədəni və dini abidələrin barbarcasına dağıdılması, torpaqların kütləvi şəkildə minalaşdırılması, meşələrin yandırılması, çayların çirkləndirilməsi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun bütün əhalisinin öz doğma yurd-yuvalarına dərhal və hamılıqla dönməsinə böyük əngəl yaratdı.

Qarabağ və Şərqi Zəngəzur “Yaşıl Enerji Zonası” elan edilib 

Ancaq parlaq Şuşa zəfərimizdən cəmi 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli, Cəbrayıl rayonlarına səfər etməsi bu prosesin sürətlə aparılacağından xəbər verdi. Elə həmin gün dövlət başçımız Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verməklə, Qarabağ iqtisadi rayonunda quruculuq işlərinə başlanılmasının əsasını qoydu. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Prezidentin Sərəncamından iki il ötür. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən, çox sürətlə qurulmasını görmək bütün xalqımızda, Qarabağa yolu düşən xarici qonaqlarda xoş təəssüratlar yaradır. Azərbaycan dövləti fantastik görünən qısa müddət ərzində Zəfər yolunun çəkilməsinə, “Qarabağın hava qapısı” adlandırılan Füzuli Hava Limanının tikilməsinə və istifadəyə verilməsinə nail oldu. İndi Qarabağa səfər edən dövlət başçılarının təyyarələrinin Füzuliyə enməsi və bu hava limanı vasitəsilə Azərbaycandan yola salınması xoş ənənəyə çevrilib. Zəngilan Beynəlxalq Hava Limanı 2022-ci il oktyabrın 20-də istifadəyə verildi. Üçüncü beynəlxalq statuslu hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur. Onun tikintisinin 2024-cü ilin sonuna başa çatdırılacağı planlaşdırılır. Hazırda Şuşa, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli, Laçın və Kəlbəcərdə infrastruktur yenidən qurulur. Qarabağ və Şərqi Zəngəzurun “Yaşıl Enerji Zonası” elan edilməsi, enerji infrastrukturunun qurulması, enerji təhlükəsizliyinin təmin edilməsi, torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsinə cəlb olunması, əkilib becərilməsi, heyvandarlıq təsərrüfatlarının bərpa olunması üçün su anbarlarının gələcək istismarı “Böyük Qayıdış”ın tərkib hissəsidir. Hazırda, demək olar ki, 19 iyul 2022-ci il tarixində Zəngilan rayonunun Ağalı kəndindən başlayan “Böyük Qayıdış” layihəsi bu gün sürətlə davam etdirilir.

“Böyük Qayıdış” prosesinə heç bir xarici donor təşkilatı dəstək vermir 

Bir sözlə, ötən 4 il ərzində Azərbaycan öz imkanları hesabına bərpa quruculuq işləri aparır, məcburi köçkünlərin geri qayıdışını təmin edir və ilin sonuna qədər bu məqsədlə xərclənən vəsaitin həcmi 19 milyard manat olacaq. İndiyə qədər 9 minə yaxın köçkün məskunlaşıb. “Böyük Qayıdış” proqramının gerçəkləşməsi üçün bütün imkanlar səfərbər edilir. Proqrama əsasən, Qarabağ və Şərqi Zəngəzura 2026-cı ilədək 34 min 500 ailə köçürüləcək. Bu isə növbəti 4 ildə 160 minə yaxın vətəndaşımızın öz ata-baba yurdlarına qayıtması deməkdir. Burada diqqəti çəkən məqam odur ki, indiyə qədər “Böyük Qayıdış” prosesinə bir dənə xarici donor təşkilatı, böyük maliyyə qurumları 1 manat belə dəstək verməyib. Halbuki, hər şey yenidən qurulur. Çünki dağıdılan yaşayış yaşayış məntəqələrinin miqyası çox böyükdür. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycana hansısa maliyyə yardımı gündəmdə deyil. Bütün yük dövlətin üzərindədir. Niyə?

“Bu məsələdə ölkəmizə münasibətdə ikili standartlar var” 

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı bunun səbəbini bir sıra amillərlə əlaqələndirdi: “44 günlük Vətən müharibəsindən sonra Azərbaycan işğaldan azad edilən ərazilərdə quruculuq işlərinə başlayıb. Bu işlər də sürətlə davam edir. Bu işdə əsas yük Azərbaycanın üzərinə düşür. Təkcə Özbəkistanla Qazaxıstan bir məktəb və bir yaradıcılıq mərkəzlərini öz vəsaitləri hesabına inşa ediblər. Ancaq əfsuslar olsun ki, dünyanın aparıcı donor təşkilatları, maliyyə mərkəzləri bərpa prosesinə yardım etmirlər. Ona görə ki, ölkəmizə münasibətdə ikili standartlar var. Necə ki, ərazilərimiz 30 il işğal altında qaldı və beynəlxalq qurumlar bunu görməzdən gəldilər, indidə həmin siyasət başqa formada davam edir. Azərbaycan öz imkanları hesabına, yəni əsgərlərimizin canı-qanı bahasına ərazilərini azad etdi. Bütün bunlara baxmayaraq, nə ərazilərimizin minalardan təmizlənilməsinə, nə də bərpa prosesinə yardım göstərilmir. Çünki ortada həmdə xristian amili faktoru var. Əgər bənzər halla Ermənistan üzləşsəydi, əminəm ki, bunun əksi baş verəcəkdi. Bütün imkanları səfərbər edərdilər. Nə mümkündürsə kömək edərdilər. Azərbaycana gəldikdə isə, bunların heç biri baş vermir. Bütün bu ədalətsizliklərə baxmayaraq, biz işğaldan azad edilən əraziləri öz gücümüz hesabına bərpa edəcəyik”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031