KÖHNƏ VERSİYA            

Ermənistan sərhədlərin delimitasiyası prosesində uzun pozucu fasilənin əsasını qoydu...

Image

Ceyhun Məmmədov: “Ermənistan bu proseslərdə maraqlı deyil və qeyd edildiyi kimi, daha çox vaxtı uzatmağa, bölgədə vəziyyəti gərginlışdirməyə çalışır”

Ermənistan və Azərbaycan hələ sərhədin delimitasiyasının növbəti mərhələsinin hansı ərazidə aparılacağını müzakirə etməyib. Ermənistan KİV-ləri  xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan parlamentin xarici əlaqələr komissiyasının iclasında bildirib. 

“Növbəti ərazi ilə bağlı müzakirələr aparılmayıb. Hələ ərazilərin seçilməsi ilə bağlı prinsiplər müəyyən edilməyib. Yeganə prinsip ondan ibarətdir ki, məsələ konsensus əsasında həll edilməlidir”, - o vurğulayıb.

Qeyd edək ki, 2024-cü il aprelin 19-da imzalanmış Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının 8-ci iclasının Protokoluna əsasən, Azərbaycan və Ermənistan Respublikalarının dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyalar ortaq fəaliyyət Qaydalarının razılaşdırılmasını başa çatdırıblar. Komissiyaların birgə fəaliyyətinə dair Qaydalar 2024-cü il avqustun 30-da imzalanıb.

Hazırda Azərbaycan Respublikası və Ermənistan Respublikası daxili prosedurların icrasına başlayıb.

M.Qriqoryan deyir ki, sərhədlərin delimitasiyasının bundan sonra hansı ərazilərdə aparılacağını hələ razılaşmamışıq.

Bilirik ki, sərhədlərin delimitasiyası birinci mərhələdə Qazaxda aparıldı və bu rayonun dörd kəndini qaytarıb Azərbaycana verdilər.

Amma növbəti dəfə hansı ərazidə aparılacağı hələ məlum deyil. Bundan başqa, delimitasiya və demarkasiya üçün növbəti hansı ərazinin seçiləcəyi prinsipləri də hələ məlum deyil. Yəni məlum deyil ki, hansı prinsipin əsasında növbəti dəfə delimitasiyanın aparılacağı sahə müəyyənləşdiriləcək. Hələ o sahə müəyyən deyil başqa məsələ, həmin sahəni müəyyənləşdirmək üçün prinsiplər, meyarlar barədə də razılığa gəlinməyib. Bu o deməkdirmi ki, sərhədlərin delimitasiyası və ilə bağlı danışıqlarda uzunmüddətli fasilə yaranacaq? Xüsusilə də avqustun 30-da sərhədlərin delimitasiyası əsasnaməsi Azərbaycan tərəfdən təsdiq olunandan sonra Ermənistana göndərilib, Ermənistanda hələ o proses uzanır. Ermənistanın konstitusiya məhkəməsi o əsasnaməni təsdiqlədi və Baş nazirə təqdim etdi, Baş nazir də oktyabrın əvvəlində onu Ermənistan parlamentinin ratifikasiyasına, təsdiqinə göndərib. Hələ xəbər yoxdur. 

Lakin həmin o delimitasiya əsasnaməsi tam qəbul olunub bitsə belə, delimitasiyanın sərhədin hansı hissəsində aparılacağı və delimitasiyanın aparılacağı sahənin hansı meyarlarla, hansı prinsiplərlə müəyyənləşəcəyi də hələ qeyri-müəyyəndir.

Bütün bunlar o deməkdirmi ki, sərhədlərin delimitasiya danışıqları prosesində uzun bir fasilə gözlənilir?

“Ermənistan daha çox imitasiya ilə məşğuldur”

Millət vəkili Ceyhun Məmmədov “Bakı-Xəbər”ə şərhində “Qeyd edilən məsələ bir daha onu göstərir ki, Ermənistan daha çox imitasiya ilə məşğuldur, ona görə də sülh barədə düşünmür. Yəni Ermənistan sülh barədə düşünsəydi, fikirləri olsaydı onlar bu cür açıqlamalar verməzdi, bu mövqeyi ortaya qoymazdı. Bu, Ermənistanın hansı mövqedə və yanaşmada olduğunu göstərir. Yəni delimitasiyanın harda aparılacağı məlumdur, burda Azərbaycan-Ermənistan sərhədindən söhbət gedir. Qazax ərazisində, bir də təbii ki, Azərbaycanın digər sərhədlərində aparıcaq. O əsasnamənin təsdiqlənməsi, prosesin başlanması Ermənistandan aslıdır. Yəni Ermənistan əsasnaməni təstiqləməlidir. Bir də bilirsiz ki, üçtərəfli komissiya yaradılıb və bu komissiyanın görüşləri keçirilməlidir ki, bu addımlar atılsın. Yəni bu sadaladığım məsələlər və sizin qeyd etdiyiniz fikirlər bir daha açıq-aydın göstərir ki, Ermənistan sülhdə səmimi deyil, Ermənistan daha çox vaxt udmağa, vaxtı uzatmağa çalışır. Yəni problemin əsl mahiyyəti, əsl kökü bundan ibarətdir”-deyə bildirdi. 

C.Məmmədovun sözlərinə görə, bu gün Ermənistan sülh istəsəydi biz bu dediyimiz problemləri, məsələləri yaşamazdıq. C.Məmmədovun fikrincə, Ermənistan yanaşmasını dəyişməyincə heç bir irəliləyiş, heç bir dəyişiklik gözləməli deyilik. “Ermənistan müstəqil deyil, öz havadarlarının təlimatları əsasında hərəkət edir və addımlarını atır. Yəni Ermənistan bu prosesdə səmimi olmalıdır, sülh istəməlidir ki, biz nəyəsə nail olaq. Bu açıqlamalar bir daha onu göstərir ki, Ermənistn bu proseslərdə maraqlı deyil və qeyd edildiyi kimi, daha çox vaxtı uzatmağa, bölgədə vəziyyəti gərginlışdirməyə çalışır. Təbii ki, bu yanlış yanaşmadır. Ermənistan 30 ilə yaxın bu mövqeni nümayiş etdirdi və biz uzun illər sülhə nail ola bilmədik. Bu yanaşma, bu baxış dəyişməlidir ki, dediyimiz istiqamətdə nəyəsə nail ola, nələrsə əldə edə bilək. Yəni bu olmadıqca biz heç nəyə nail ola, heç nə əldə edə bilməyəcəyik”-deyə C.Məmmədov bildirdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031