Pərviz Şahbazov Çinə səfər edib
Energetika naziri Pərviz Şahbazov Çin Xalq Respublikasının Milli Enerji Administrasiyasının rəhbəri Zhang Jianhuanın dəvəti ilə bu ölkəyə səfər edib. Nazirlikdən bildirilib ki, nazir oktyabrın 23-24-də Çinin Şandon əyalətinin Çindao şəhərində keçiriləcək 3-cü Kəmər və Yol Enerji Nazirləri Konfransında iştirak edəcək.
“Enerjinin birgə gələcəyi üçün yeniliyin gətirilməsi” mövzusunda təşkil olunacaq Nazirlər Konfransında enerji təhlükəsizliyi üzrə əməkdaşlıq, enerji bazarlarının inkişafı, yaşıl enerji sahəsində tətbiq olunan son texnoloji yeniliklər və yaşıl enerjinin təşviqi üçün maliyyə imkanlarının araşdırılması üzrə müzakirələrin aparılacağı gözlənilir. Energetika nazirinin Nazirlər Konfransının açılış mərasimində, həmçinin “Enerji təchizatının daha da şaxələndirilməsi üçün qarşılıqlı enerji əlaqələndirilməsi sahəsində əməkdaşlığın gücləndirilməsi” adlı forumda iştirakı və çıxışları nəzərdə tutulur.
Mətləb Salahov