ABŞ-ın müdafiə naziri Kiyevə gizli səfər edib
ABŞ-ın müdafiə naziri Lloyd Ostin Kiyevə elan olunmamış səfər edib. “Reuters” agentliyinin məlumatında deyilir ki, Pentaqon rəhbərinin Kiyevə səfərinin məqsədi ABŞ-da prezident seçkiləri ərəfəsində Ukraynaya dəstək nümayiş etdirməkdir.
Bildirilir ki, Lloyd Ostin Ukrayna Prezidenti Volodimir Zelenski və müdafiə naziri Rustem Umerov ilə görüşəcək. Səfər çərçivəsində Ukraynanın silah-sursata olan ehtiyacları müzakirə ediləcək.
Mətləb Salahov