Xankəndi - Azərbaycanın ərazisidir - Zaxarova erməni jurnalistin ağzından vurdu
Xankəndi - Azərbaycanın ərazisidir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinq zamanı Azərbaycanın Xankəndidə apardığı bərpa işləri ilə bağlı erməni jurnalistin təxribat xarakterli sualını cavablandırarkən deyib.
“Anladığım qədər burada söhbət Azərbaycan ərazilərindən gedir. Orada bu ölkənin qanunları işləyir, - o deyib.
Erməni jurnalistinin guya Azərbaycanın erməni əhalisinin öz evlərinə qayıtmaması üçün Xankəndidə evləri sökməsi ilə bağlı sualını cavablandıran Zaxarova bildirib ki, Azərbaycan tərəfi Qarabağın erməni əhalisinə öz evlərinə qayıtmaq imkanı yaradıb.
O, qeyd edib ki, söhbət Azərbaycanın ərazisindən gedir və orada bu ölkənin qanunları qüvvədədir.
“Biz öz evlərini tərk etmiş əhaliyə ora qayıtmaq üçün imkanın yaradılmasına yönəldilən konstruktiv addımları dəfələrlə şərh etmişik, vurğulamışıq. Biz azərbaycanlı həmkarlarımızla ikitərəfli təmaslar zamanı bu məsələni qaldırırıq və müvafiq izahatlar və izahlar alırıq... Mən bir daha vurğulamaq istəyirəm ki, qayıtmaq imkanı yaradılıb”, - deyə diplomat bildirib.
ZÜMRÜD