KÖHNƏ VERSİYA            

“Qərbin bəzi dairələrinin Gürcüstana təzyiq cəhdləri bütövlükdə regionda sabitliyi pozmağa hədəflənib” - Vüqar Rəhimzadə

Image

Xarici siyasətimizin prioritet istiqamətlərindən biri ikitərəfli əlaqələrin qurulması və yeni istiqamətlər üzrə inkişaf etdirilməsidir. Azərbaycan qonşu dövlətlərlə əməkdaşlığa xüsusi önəm verir. Bu baxımdan Azərbaycan-Gürcüstan münasibətlərinin hazırkı inkişaf səviyyəsi diqqətdən kənarda qalmır. 

Tarixi köklərin birləşdirdiyi Azərbaycan-Gürcüstan   əlaqələrindən bəhs edərkən bu reallığı xüsusi qeyd etməliyik ki, Ümummilli Lider Heydər Əliyevin və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadzenin dostluq münasibətləri əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayıb. 1996-cı ildə imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir. Bu günədək çoxsaylı qarşılıqlı səfərlər, müxtəlif səviyyələrdə keçirilən görüşlər, imzalanan sənədlər əlaqələrin daha da inkişafında mühüm rol oynayır. Onu da qeyd edək ki, dövlətlərimiz arasında diplomatik münasibətlər 1992-ci ildə  qurulub. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın qonşu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb. 

Əməkdaşlıqda iqtisadi amilin rolunu önə çəksək bu gün Azərbaycan-Gürcüstan iqtisadi münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini böyük əminliklə qeyd edə bilərik. Regional çərçivədə qurulan əməkdaşlığın əsas iştirakçıları Azərbaycan, Gürcüstan və Türkiyədir. Hər üç dövlətin siyasi iradəsi əsasında reallığa çevrilən enerji və nəqliyyat layihələri regional əməkdaşlığın daha da möhkəmlənməsinə böyük töhfələr verir. Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rolunu oynayır. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz layihələrinin, eyni zamanda, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin uğurlu sonluqla başa çatması ölkələrimizin enerji və nəqliyyat imkanlarının artmasını şərtləndirdi. Dünyanın möhtəşəm layihəsi siyahısına daxil edilən, Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən neft- qaz kəmərlərindən sonra qitələri birləşdirən önəmli layihə kimi dünya birliyinin diqqətini cəlb edən Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın tranzit  ölkə kimi mövqeyini daha da möhkəmləndirdi. Təkcə Azərbaycan deyil, bölgə dövlətləri üçün siyasi, iqtisadi, strateji baxımdan böyük əhəmiyyət daşıyan BTQ dəmir yolu vasitəsilə Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş imkanları yarandı. Neft-qaz layihələrinin gerçəkləşməsində beynəlxalq maliyyə təşkilatlarının dəstəyindən istifadə edən təşəbbüskar dövlətlər böyük geosiyasi inqilab adlandırılan BTQ-nin çəkilişini yalnız öz vəsaitləri hesabına reallaşdırdılar. Bu sahədə Azərbaycanın rolu daha böyükdür. İqtisadiyyatının dinamik inkişafı sayəsində maliyyə imkanları artan Azərbaycan dəmir yolunun Gürcüstan hissəsinin inşası üçün dost ölkəyə kredit ayırmaqla qüdrətli, müstəqil dövlət olduğunu sübuta yetirdi. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili hazırkı dövrün əsas çağırışı olan bərpaolunan enerji sahəsində də iki ölkənin əməkdaşlığının uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Bildirib ki, Gürcüstan və Azərbaycan  Avropa ölkələri ilə sıx əməkdaşlıq edirlər. 2022-ci ilin dekabr ayında Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalandı. Dövlət başçısı İlham Əliyev həmin mərasimdəki çıxışında qeyd etdi ki, bu gün  Avropaya digər enerji körpüsünü salmağa başlayırıq.  Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır.

Vüqar Rəhimzadə qarşılıqlı səfərlər çərçivəsində günümüzün əsas məsələləri ətrafında geniş fikir mübadiləsi aparıldığını və ümumi mövqeyin ortaya qoyulduğunu qeyd edib. Vurğulayıb ki, ötən il Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri, eyni zamanda, bu il Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ölkəmizə rəsmi səfəri əlaqələrimizin dünəninə, bu gününə və perspektivlərinə işıq saldı. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinin yaratdığı reallıqlar fonunda Azərbaycanın xarici siyasət uğurlarının miqyası daha da genişlənib. Bu, özünü ikitərəfli formatda əlaqələrin inkişafında, eyni zamanda, ölkəmizin beynəlxalq səviyyədə   sözünün imzası qədər əhəmiyyətli olmasında, qatıldığı beynəlxalq tədbirlərin say tərkibinin genişliyində, ən əsası dövlət başçısı İlham Əliyevin hər bir məsələ ilə bağlı mövqeyinə verilən dəyərdə aydın ifadəsini tapır. Prezident İlham Əliyev iki dost ölkənin münasibətlərindən bəhs edərkən bu fikirləri xüsusi vurğulayır ki, Gürcüstan ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətləri dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulub. Strateji tərəfdaşlıq əlaqələrimiz demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıb. 

Milli Məclisin deputatı onu da bildirib ki, qarşılıqlı səfərlərdə çoxmillətli və çoxkonfessiyalı  ölkələr olan Azərbaycan və Gürcüstan arasında əlaqələrin möhkəmlənməsini multikulturalizmin nümunəsi adlandıran hər iki ölkənin liderləri bu istiqamətdə münasibətlərin daha da möhkəmlənməsini bütün sahələrin inkişafına təsir edən amil kimi dəyərləndirirlər. Tarixən Azərbaycan ərazisində gürcülər, Gürcüstan ərazisində isə azərbaycanlılar dostluq və qardaşlıq münasibətlərində yaşamışlar. İki ölkə arasında münasibətlərə nəzər salarkən, humanitar sahədə əməkdaşlığı xüsusilə vurğulamaq lazımdır. Bu sahədə Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda həyata keçirilən çoxsaylı layihələr xüsusi qeyd edilməlidir. 

Vüqar Rəhimzadə dost ölkənin mühüm siyasi kampaniya ərəfəsində olduğunu diqqətə çatdıırıb. Bildirib ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək. Gürcüstanın inkişaf yolunda inamla irəliləməsi xalqın həyata keçirilən siyasətə dəstəyində əhəmiyyətli rol oynayır. Təəssüf hissi ilə qeyd edirik ki, son günlər Qərbin bəzi dairələri Azərbaycana olduğu kimi,  Gürcüstana da təzyiq və daxili işlərinə müdaxilə etməyə cəhd göstərirlər. Ölkəmizdə istədiklərinə nail ola bilməyən həmin dairələr bu ssenarilərini dost Gürcüstanda reallaşdırmağa çalışırlar. Həmin dairələr bununla da bütövlükdə regionda sabitliyi pozmağı hədəfləyirlər. 

Reallıq budur ki, bu gün Cənubi Qafqazın taleyi Azərbaycan və Gürcüstandan asılıdır. Azərbaycan-Gürcüstan, eyni zamanda, Azərbaycan-Türkiyə birliyi regionda sabitliyin, təhlükəsizliyin qarantıdır. Əməkdaşlığın perspektivləri aydındır. Bu, həm ölkələrimiz, həm də Cənubi Qafqaz üçün çox vacib amildir. Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır, bizə dost ölkədir. Xalqlarımız arasında ənənəvi dostluq gündən-günə daha da möhkəmlənir. Bu dostluğun və qardaşlığın möhkəmləndirilməsində Prezident İlham Əliyevin xidmətləri yüksək dəyərləndirilir. İki ölkənin gələcəyə baxışı olduqca aydındır. İki dost, qardaş ölkə tərəfdaşlığın və dostluğun uzunömürlü olacağına əminliklərini ifadə edirlər.

Millət vəkili bu mühüm məqamı da xüsusi qeyd edib ki, hər iki dövlət hər zaman bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyib və bu gün də dəstəkləyir. Dövlətlərimiz bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə  bir-birinin yanındadır. Dost Gürcüstan tarixi Zəfərimizdən sonra Azərbaycanın Ermənistana təklif etdiyi  sülh müqaviləsinin imzalanması prosesində vasitəçi olmağa hazır olduğunu bildirir. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə, Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsinin imzalanmasına dəstəyini ifadə edən rəsmi Tbilisinin çağırışı budur ki, Cənubi Qafqazın hər üç ölkəsi regional məsələləri özləri həll etməlidir.







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031