Kanadadan sərt addım - Hindistanın 6 diplomatını ərazisindən çıxaracaq
Hindistan və Kanada arasındakı diplimatik gərginlik getdikcə yüksəlir. Belə ki, Kanada hökuməti Hindistanın 6 diplomatını vətəndaşlarına qarşı törətdikləri qanunsuz hərəkətlərlə əlaqədar ölkədən çıxarmaq qərarına gəlib. Bu barədə Kanada Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Xarici İşlər Nazirliyi bu gün açıqlayıb ki, Hindistanın altı diplomatı və konsulluq rəsmisi Hindistan hökuməti ilə əlaqəli agentlər tərəfindən Kanada vətəndaşlarına qarşı məqsədyönlü kampaniya ilə əlaqədar ölkə ərazisindən çıxarılma bildirişi alıb", - sənəddə qeyd olunur.
Bundan əvvəl Hindistanın Xarici İşlər Nazirliyi səfir səlahiyyətlərini icra edən Stüart Ross Uiler də daxil olmaqla altı kanadalı diplomatın, həmçinin onun müavini və dörd katibin ölkədən çıxarıldığını elan edib.
Mətləb Salahov