KÖHNƏ VERSİYA            

Gürcüstan ABŞ və Avropanın gözündə "badamgözlü idi, indi oldu kor Fatmanisə"...

Image

Bu ayın 26-da növbəti parlament seçkilərini keçirəcək Gürcüstanla Qərb arasında münasibətlər getdikcə daha böyük sürətlə pisləşir. Elə bu fonda Avropa Parlamenti Gürcüstan əleyhinə  qətnamə qəbul edib. 

Qətnaməyə əsasən, Avropa Parlamenti Gürcüstanda demokratiyanın azalmasından dərin təəssüf hissi keçirir və Avropa İttifaqını Bidzina İvanişviliyə və Gürcüstanda demokratiyaya xələl gətirən bütün şəxslərə qarşı şəxsi sanksiyalar tətbiq etməyə çağırır.

Qətnamənin mətnində Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin azadlığa buraxılması və viza rejiminin liberallaşdırılması məsələsindən də bəhs edilir. Avropa Parlamenti, həmçinin Gürcüstan hökumətini Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırır.

Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının sədri İrakli Qaribaşvili  qeyd edib ki, Avropa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi qətnamə ölkəmizin daxili işlərinə həyasız müdaxilədir: “Bu qətnamə birinci deyil və yəqin ki, sonuncu da olmayacaq. Biz bu cür ədalətsiz qərar və ya qətnamə layihələrini çox görmüşük. Yadınızdadırsa, 2 il əvvəl ölkəyə namizəd statusu verilməyəndə, bu qərarın qəbuluna 1-2 həftə qalmış oxşar məzmunlu “mesajlarla” oxşar, ədalətsiz, biabırçı qətnamə qəbul edilmişdi. O zaman da Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqi, Saakaşvilinin azad edilməsi, Kezeraşvilinin media meneceri kimi qeyd olunması ilə bağlı tələbləri var idi”. Onun sözlərinə görə, bu qərar iki il əvvəl qəbul edilib: “İndi seçkilərə iki həftə qalmış görürük ki, bizim radikal, müflis müxalifətimizi dəstəkləyən və müdafiə edən lobbiçilər Gürcüstan əleyhinə oxşar məzmunlu qətnamə hazırlayırlar. Bu da təbii ki, daxili işlərə açıq-aşkar müdaxilənin növbəti nümayişidir. Mən bunu ölkəmizin daxili işlərinə açıq-aşkar müdaxilə adlandırardım. Heç kim seçkilərə iki həftə qalmış hansısa ölkədə seçki proseslərinə belə kobud, həyasız müdaxilə, manipulyasiya və insanlara təsir cəhdini görməyib”. ABŞ-la da Tiflisin münasibətləri olduqca gərgindir. Bu fonda ABŞ bir zamanlar yaxın müttəfiqi olan həmin Güney Qafqaz ölkəsini güclü basqı altında saxlamağa başlayıb. ABŞ Gürcüstanın iki güvənlik rəsmisinə maliyyə sanksiyası, daha 60 Gürcüstan vətəndaşına da viza məhdudiyyətləri tətbiq edib. ABŞ Dövlət Departamenti bildirib ki, bu 60 nəfərin arasında yüksəkvəzifəli hökumət rəsmiləri də var. Hələlik, onların adları açıqlanmır. ABŞ hökuməti Bidzina İvanişviliyə qarşı da ayrıca maliyyə sanksiyaları paketi hazırlayıb. Ardınca Ağ ev rəsmiləri Gürcüstanın BMT Baş Məclisindəki nümayəndə heyəti ilə görüşməkdən boyun qaçırıblar. Hətta prezident Co Baydenin sentyabrın 25-də verdiyi ziyafətə qatılması üçün Gürcüstan baş naziri İrakli Kobaxidzeyə göndərilən dəvəti də geri çağırıblar. Bunlar ABŞ ilə bu yaxınlaradək onun postsovet məkanında ən sadiq və sevimli müttəfiqi olan Gürcüstan arasında münasibətlərin çox soyuduğunu göstərir. Üstəlik, bütün bunlar oktyabrın 26-da keçiriləcək və çoxları tərəfindən dönüş nöqtəsi kimi görülən parlament seçkiləri ərəfəsində baş verir. Qərb siyasətçiləri bu seçkilərdə “Gürcü Arzusu”nun, nəhayət, hakimiyyətdən gedəcəyinə ümid edirlər.

Təhlilçilər deyirlər ki, ABŞ-nin belə sərt cavabı bir gerçəyi ortaya çıxarır: Gürcüstanın demokratik hökuməti və tam qərbyönlü xarici siyasəti yoxdursa, Avrasiyanın ucqar bir küncündə yerləşən bu kiçik və yoxsul ölkəyə Vaşinqtonun yatırım etməyə marağı da yoxdur. Gürcüstan Siyasət İnstitutunun rəhbəri Korneli Kakaçia bildirir: “Gürcüstan balaca ölkədir, özünün də qonşularımız kimi nefti, qazı, ya da buna bənzər heç nəyi yoxdur”. Onun sözlərinə görə, ABŞ-nin gözündə Gürcüstanın dəyəri, ənənəvi olaraq, onun postsovet dünyasında Amerikanın təsirini gücləndirən aktor, Qərbin Qafqazda və digər yerlərdəki forpostu olması ilə bağlıdır. 2000-ci illərdə “Qızılgül inqilabı”nın ardınca hakimiyyətə gələn Saakaşvilinin qərbyönlü və azad bazar siyasəti ABŞ prezidenti Corc Buşun “Azadlıq gündəliyi”ilə üst-üstə düşmüşdü. Buş hətta 2005-ci ildə Tiflisə səfər etmiş və Gürcüstanı “demokratiya mayakı” adlandırmışdı. ABŞ-ın  Gürcüstandakı keçmiş hərbi attaşesi, indi Pensilvaniya ştatındakı ABŞ Ordusu Hərbi Kollecinin araşdırma professoru Bob Hemilton qeyd edir: “Həm qərbyönlü xarici siyasət, həm də möhkəm demokratik göstəricilər vacibdir. Bir ölkədə bunlardan yalnız biri varsa, - məsələn, baş nazir Nikol Paşinyanın Ermənistanı Rusiyadan qopmazdan öncə belə idi – həmin ölkə bizim marağımızı bir az cəlb edəcək. Ancaq sadəcə biri yetməz. 2003-cü ildə baş verən “Qızılgül inqilabı” buna görə Vaşinqtonun diqqətini çəkmişdi, axı bunların hər ikisini vəd edirdi”. Di gəl, indi 2012-ci ildən bəri hakimiyyətdə olan və ard-arda üç seçkidə qalib gələn “Gürcü Arzusu” təkcə Qərb istiqamətində getməyə deyil, daha çoxvektorlu xarici siyasət yürütməyə çalışır. Rusiyanın Ukraynaya qarşı 2022-ci ildə başlatdığı tammiqyaslı savaş nəticəsində region dövlətləri ilə əməkdaşlıq etmək üçün “Gürcü Arzusu”na daha çox imkan açıldı. Ukrayna müharibəsinin açdığı unikal pəncərədən yararlanan Gürcüstan Avropa İttifaqı üzvlüyünə namizədliyini irəli sürdü və namizəd ölkə statusunu qazana bildi. Ancaq “Gürcü Arzusu” buna demokratik göstəricilərinə görə deyil, geosiyasi önəminə görə nail olduğunu düşünür. Kakaçianın sözlərinə görə, yeni Şərq-Qərb enerji və nəqliyyat bağlantılarında öz rolunu oynayan Gürcüstan hökuməti Aİ-yə ləyaqətlə daxil olacağını deyir: “Gürcü arzusu” bir növ Azərbaycanla Türkiyənin yerişini yeriyirlər. Ancaq Türkiyə bunu edə bilər, axı orta səviyyəli gücdür, daha böyük ölkədir və NATO üzvüdür. Türkiyə gerçəkdən belə xarici siyasət yürüdə bilər. Gürcüstansa Qərbin dəstək və yardımından asılıdır və çoxvektorlu xarici siyasət cəhdi Gürcüstanın önəmini bir az şişirtmək kimi görünür”. Gürcüstanın mövcud iqtidarı xaricdən maliyyə vəsaiti alan QHT və media qurumlarının fəaliyyətini məhdudlaşdıran və özünün “LGBT təbliğatı” adlandırdığı şeyə qarşı qanunlar qəbul edib. ABŞ Gürcüstanın rəsmi şəxslərinə qarşı sanksiya və ictimai töhmətin səbəblərini açıqlarkən həmişə “Gürcü Arzusu”nun antidemokratik davranışına söykənir. Hemilton deyir ki, Gürcüstanın daha sərt tədbirlərlə üzləşməsi ABŞ-nin 20 il boyunca yüz milyonlarla dollar yardımından sonra bu ölkədə daha güclü təsirə malik olmasından qaynaqlana bilər: “Gürcüstanın ABŞ-dan aldığı yardım səviyyəsinə görə bizim orada Türkiyə və Azərbaycanda olmayan rıçaqımız var. Biz də, gec də olsa, ondan yararlanırıq. Gürcüstanın iqtisadi və güvənlik baxımından ABŞ üçün önəmi qat-qat daha azdır. Yəni, onun demokratik göstəriciləri bizim üçün daha dəyərlidir”. “Gürcü Arzusu”nun liderləri ABŞ-nin 26 oktyabr seçkilərində güc balansına müdaxilə etdiyini deyirlər. Kobaxidzenin dəvətinin ləğv edilməsinin ardınca parlamentin spikeri Şalva Papuaşvili deyib ki, Vaşinqton müxalifət diskursunu qızışdırır və Gürcüstanın daxili siyasətinə müdaxilə edir.

Nahid SALAYEV







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Azərbaycanla bağlı yanvarın sonunadək vaxt qoyuldu, Trampın Karterdən, Reyqandan nəyi kəm-kəsirdi ki...

Prezident İlham Əliyev xalqa müraciət etdi... - VİDEO/YENİLƏNDİ

Bir ildə cəmi 13 km delimitasiya, 1053 km hələ qalır - Ermənistan 2025-də nə edəcək...

SON XƏBƏRLƏR

02.01.2025 | 23:46
Yeni Orleanda izdihamın üstünə sürülmüş "İŞİD avtomobili" əslində Trampa qarşı əməliyyatdır...

02.01.2025 | 23:00
Netanyahu əməliyyatdan sonra xəstəxananı tərk edib

02.01.2025 | 22:41
"Opel" Gəncədə qəza törətdi, 1 nəfər öldü

02.01.2025 | 22:30
Məşhur türkiyəli müğənni 80 yaşında vəfat etdi

02.01.2025 | 22:18
Ukraynanın üzərinə öhdəlik qoyulur - itirdiyi torpaqları hərbi yolla geri ala bilməyəcək...

02.01.2025 | 22:00
"Buna görə məyusam" - "Barselona"nın futbolçusundan ETİRAF

02.01.2025 | 21:30
İsrail ordusu Suriyanın cənubdakı ən böyük su anbarını ələ keçirdi...

02.01.2025 | 21:30
İran səfirini çağırdılar, tələb qoydular - "jurnalisti dərhal azad edin!"

02.01.2025 | 19:10
Azərbaycan XİN ABŞ-dakı hücumu pislədi

02.01.2025 | 17:47
Prezident İlham Əliyev Monteneqro Prezidentinə başsağlığı verdi

02.01.2025 | 17:16
Fransada iğtişaş - bir gecədə minə qədər avtomobil yandırıldı, 420 nəfər saxlandı...

02.01.2025 | 16:36
Bəzi plastik cərrahların tibbi təhsil sənədləri saxta imiş - rəsmən təsdiqləndi...

02.01.2025 | 16:07
Moskvada Bəşər Əsədə sui-qəsd cəhdi - zəhərlədilər...

02.01.2025 | 15:20
Bu ölkə ötən il 9,5 milyard dollarlıq silah ixrac edib

02.01.2025 | 15:07
6 iranlının edam edilməsi gərginliyə səbəb oldu - İran Səudiyyəyə nota verdi...

02.01.2025 | 14:59
Rusiyanın "qara polkovnik"i idi, 74 yaşında öldü

02.01.2025 | 14:48
Bu ölkədə narkotikaya görə cəzalar sərtləşdirildi

02.01.2025 | 14:08
Saxta pul dövriyyəsi ilə məşğul olan şəxs tutuldu

02.01.2025 | 13:20
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şahdağda “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olublar - FOTO/YENİLƏNDİ

02.01.2025 | 12:41
Əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi dəyişdi

02.01.2025 | 12:35
Su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə olaraq tariflər təsdiq edilib

02.01.2025 | 12:31
Tarif Şurası elektrik enerjisi üzrə yeni tarifləri müəyyənləşdirdi

02.01.2025 | 12:27
Təbii qaz tarifləri tənzimləndi

02.01.2025 | 12:15
Bir sıra kommunal xidmətlər və dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirildi

02.01.2025 | 11:48
Milli Qəhrəman Polad Həşimovun doğum günündə xatirəsi yad edildi - FOTO

02.01.2025 | 10:55
Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

02.01.2025 | 09:28
ABŞ-da sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində ölənlərin sayı 15-i keçdi

01.01.2025 | 20:38
Afrika ölkələrindən Makrona Yeni il sürpizi - daha 3 ölkə Fransa ordusuna qapını göstərdi...

01.01.2025 | 18:37
Almaniya 9 Gürcüstan rəsmisinin ölkəyə girişini qadağan etdi

01.01.2025 | 18:06
Rusiyanın iki ölkəyə qarşı müharibə planı 10 il sonra ortaya çıxdı - nüvə obyektləri də rusların hədəfində olub...

01.01.2025 | 15:36
Azərbaycanla bağlı yanvarın sonunadək vaxt qoyuldu, Trampın Karterdən, Reyqandan nəyi kəm-kəsirdi ki...

01.01.2025 | 15:15
Nazir Vilayət Eyvazov İsmayıllıda vətəndaşları qəbul edəcək

01.01.2025 | 14:51
İran səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı

01.01.2025 | 11:17
Prezident İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədrinə məktub göndərdi

01.01.2025 | 11:12
Prezident İlham Əliyev kubalı həmkarını təbrik etdi

31.12.2024 | 23:59
"Ümid edirəm ki, gələn il yanvarın sonlarından Azərbaycana qarşı şər, böhtan siyasətinə son qoyulacaq" - Prezident İlham Əliyev

31.12.2024 | 23:53
"Gələn il Qarabağa və Şərqi Zəngəzura qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq" - Prezident

31.12.2024 | 23:53
Prezident: "Gələn il üçün hərbi büdcəmiz rekord həddə çatıb"

31.12.2024 | 23:48
Prezident İlham Əliyev bu il Azərbaycan üçün ən narahatedici məqamı açıqlayıb

31.12.2024 | 23:47
Prezident: "Bütün dünya Cənubi Qafqazda yaratdığımız yeni reallıqları qəbul edib"

31.12.2024 | 23:46
"Azərbaycan sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşayır" - Prezident İlham Əliyev

31.12.2024 | 23:45
Prezident İlham Əliyev xalqa müraciət etdi... - VİDEO/YENİLƏNDİ

31.12.2024 | 18:26
Təqvimlər üzərində Allahın rəqəmsal imzası var - Elmi-lədun hesablama

31.12.2024 | 17:00
"Qalatasaray" 62 hektarlıq idman kompleksi tikir

31.12.2024 | 16:08
DİN-dən kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq...

31.12.2024 | 14:36
"Azərbaycandakı qardaşlarımızın yanında olmuşuq və olacağıq" - Yaşar Güler

31.12.2024 | 14:01
Prezident Agentliyin bir qrup əməkdaşını təltif etdi...

31.12.2024 | 13:58
Prezident Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarını təltif etdi

31.12.2024 | 13:55
Röya Tağıyeva “Şərəf” ordeni ilə təltif edildi

31.12.2024 | 13:53
Tahir Budaqov “Şöhrət” ordeni ilə təltif edildi

31.12.2024 | 13:03
Surinam Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

31.12.2024 | 12:44
ABŞ-nin “Times” meydanında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü aksiyası keçirilib - FOTO

31.12.2024 | 12:09
Türkiyə səfirliyi Azərbaycan xalqını Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib

31.12.2024 | 10:55
Leyla Əliyeva və Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər - FOTO

31.12.2024 | 10:33
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi

31.12.2024 | 00:15
Azərbaycan Yeni ili möhtəşəm Zəfər atəşfəşanlığı ilə qarşıladı

31.12.2024 | 00:10
Mehriban Əliyeva Azərbaycan xalqını Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdi - FOTO

31.12.2024 | 00:03
Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunur

30.12.2024 | 23:45
Təyyarə qəzasında xəsarət alan daha üç vətəndaşımız ölkəyə gətirildi...

30.12.2024 | 23:08
Arzu Əliyeva 2 saylı Uşaq evi sosial xidmət müəssisəsində uşaqları ziyarət edib - FOTO

30.12.2024 | 22:52
"AZAL-ın təyyarəsindəki qara qutunun iki saatlıq yaddaşı olub" - Qazaxistan rəsmisi

30.12.2024 | 21:10
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar paylaşım edib - FOTO

30.12.2024 | 20:36
DİN azad ərazilərə səfər edən şəxslərə müraciət etdi

30.12.2024 | 19:44
Finlandiya Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

30.12.2024 | 18:07
Ermənistanın keçmiş müdafiə naziri Moskvada saxlandı

30.12.2024 | 17:41
Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzində olub - FOTO

30.12.2024 | 17:33
Bakıda 5000-dən artıq pirotexniki vasitə satan şəxs saxlandı...

30.12.2024 | 16:56
Təyyarə qəzası ilə bağlı Baş Prokurorluqdan yeni açıqlama - istintaq davam etdirilir...

30.12.2024 | 16:25
IATA təyyarə qəzası ilə bağlı bəyanat yaydı - qərəzsiz və şəffaf araşdırılmalıdır...

30.12.2024 | 15:55
Litva Prezidenti Prezident İlham Əliyevə zəng edib

30.12.2024 | 15:28
Bakı və bölgələrdə pirotexniki vasitələr satan 11 nəfər saxlandı

30.12.2024 | 14:42
Suraxanıda ödəmə terminalını soyub 5 min manata yaxın pul apardılar...

30.12.2024 | 13:52
İrandan Azərbaycana 68 kq narkotik keçirilməsinin qarşısı alındı

30.12.2024 | 13:12
"BakuBus" Naxçıvana sərnişin daşımağa başlayır...

30.12.2024 | 11:16
Azərbaycandan Suriyaya ilk humanitar yardım karvanı yola düşdü -FOTO

30.12.2024 | 09:29
Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib - XƏBƏRDARLIQ

30.12.2024 | 09:10
Nazirlər Kabinetindən benzin və dizellə bağlı YENİ QƏRAR

30.12.2024 | 09:00
Ukrayna mediası Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı fikirlərinə geniş yer ayırıb

30.12.2024 | 08:44
34 min sakin - Azərbaycan üçün pis rəqəm deyil…

30.12.2024 | 08:10
60 yaşında "Beşiktaş"ın prezidenti oldu

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031