KÖHNƏ VERSİYA            

İrəvanın rus dilinə basqıları Moskvanı hərəkətə gətirdi - ümid "sərgiyə" qaldı...

Image

Rusiya və Ermənistan arasında kəskinləşən münasibətlər özünü humanitar sahədə də göstərir. Bu hal Ermənistanda rus dilinə münasibətdə özünü daha qabarıq büruzə verir. Artıq məlum olduğu kimi, Ermənistanda yeni tədris ilindən etibarən “Rus dili” orta məktəblərdə tədrisi vacib olan baza dilləri siyahısından çıxarılaraq, xarici dil statusuna keçirilib və orta ümumtəhsil müəssisələrində rus dilinin tədris saatları azaldılıb.

Belə ki, 4 və 9-cu siniflərdə bu dil həftədə üç, yuxarı siniflərdə isə iki dəfə tədris olunacaq. Hələ yayda ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi xarici dillərin tədrisinə dair bütün məktəblərə sirkulyar göndərib. Buna əsasən, təhsil müəssisələrinin sinifləri üçün rus dili baza (məcburi) statusundan xarici (seçmə) statusuna keçib. Eyni zamanda, hər xarici dilə həftədə iki saat ayrılıb.

Beləliklə “Rus dili” ayrıca fənn kimi yalnız 4-cü, 9-cu siniflərdə həftədə üç saat olmaqla, 11-ci və 12-ci siniflərdə həftədə iki saat olmaqla qalıb. 2, 3, 5, 6, 7, 8 və 10-cu sinif şagirdləri üçün ayrıca “Rus dili” fənni yoxdur. “Xarici dil 1” və “Xarici dil 2” var. Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi bəyan edib ki, dövlət standartının norma və müddəaları Ermənistanın ümumtəhsil müəssisələrinin səlahiyyətli orqanları üçün məcburidir. Qeyd edək ki, Ermənistanda məktəblər həmçinin nəyə daha çox vaxt ayıracağına qərar vermək hüququna malikdir, bu təbiət elmləri də ola bilər, xarici dillər də. Elə bundan sonra məktəblərdə “Rus dili”nin tədrisinin azalması müşahidə olunur. Təbii ki, belə vəziyyət Rusiyada narahatlıqla qarşılanır. Görünən odur ki, Rusiya da əks həmlələr etməyə qərar verib. Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin 102-ci hərbi bazasına səfəri fonunda da görmək olar. Səfir Rusiya Federasiyası FTX-nin Sərhəd İdarəsinin Leninakan dəstəsinin dislokasiyasına da baş çəkib və həmçinin Gümrü şəhərində Rusiya universitetlərinin “Rusiyada təhsil: Gümrü 2024” sərgisinin açılışında iştirak edib. Şirak vilayətinin bələdiyyə orqanlarının nümayəndələri ilə görüşlərdə Rusiyanın regionları ilə çoxşaxəli əlaqələrin dərinləşdirilməsi imkanları müzakirə olunub. Sergey Kopırkin Leninakandakı çıxışında Rusiya ali təhsilinin Ermənistangəncləri üçün əlçatan olmasının vacibliyini və Rusiya universitetlərinin məzunlarının bütün sahələrdə ikitərəfli əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verdiyini qeyd edib. “Rossotrudniçestvo”nun Ermənistandakı nümayəndəliyi tərəfindən Rusiya səfirliyinin dəstəyi ilə təşkil olunan sərgi çərçivəsində Ermənistanın Təhsil, Elm Mədəniyyət və İdman nazirlikləri, Gümrü şəhər meriyası da iştirak edib. Məlumata görə, Rusiya ali təhsil müəssisələri Şirak bölgəsində məktəblilərə öz təhsil imkanlarını və təşəbbüslərini təqdim ediblər. Rusiyada təhsil alacaq erməni abituriyentlər “Rossotrudniçestvo”nun xarici tələbələr üçün pulsuz təhsil proqramı da təqdim oluub.

Bütün bunlar bir daha göstərir ki, baş nazir Nikol Paşinyan tərəfindən Ermənistanda rus dilinə qarşı mübarizəyə baxmayaraq, Kreml əks həmlələr təşkil edir. Bununla da Rusiya və Ermənistan arasında dil üzrə də ziddiyyət və qarşıdurmanın dərinləşməsi qeydə alınır. Rusiya daha çox erməniyə məhz rus dilində təhsil verməyə çalışır. ekspertlər qeyd edir ki, Ermənistan hakimiyyətinin indi məqsədi rus dili və ədəbiyyatından uzaq yeni nəsil erməni vətəndaşlarını Qərb prinsipləri əsasında yetişdirməkdir. Ermənistanın hazırkı hakimiyyətinin Rusiyadan uzaqlaşdırma siyasəti, Qərblə yaxınlaşma və gələcəkdə Rusiya Federasiyası ilə tərəfdaşlıq və strateji münasibətləri sıfıra endirmək siyasətinin tərkib hissəsidir. Elə bu səbəbdən “Ermənistanda belə rus məktəbləri mövcud deyil və rus icması yalnız bəzi ibtidai təzahürlərdədir.  Paşiyan hökumətinin Ermənistanın yaşadığı bəlalarla bağlı Rusiyaya qarşı iddialarını gündəlik və siyasi informasiya səviyyəsində təqdim edirlər. Yəni əslində Ermənistanın Rusiya Federasiyası ilə müttəfiqlik və tərəfdaşlığa son qoyması üçün ideoloji əsas hazırlanır. Ermənistan rəhbərliyinin Moskva ilə münasibətləri pozmaq, İran, Fransa, Hindistan və ABŞ-la münasibətləri inkişaf etdirmək kursunu müəyyənləşdirdiyini nəzərə alsaq, bunda təəccüblü heç nə yoxdur. Ona görə də Ermənistan hakimiyyətinin siyasətinin məktəb təhsilində bu tendensiyanı izləməsi təəccüblü deyil. Rus dili ilə bağlı məsələ də bunun bir hissədidir. Bu, o deməkdir ki, Ermənistanda bundan sonra məqsədyönlü şəkildə rus dilini tədris prosesindən çıxarmaq siyasəti aparılacaq. Bununla Ermənistanın 200 illik müttəfiq, dayağı, arxası, himayədarı Rusiyaya qarşı daha bir qıcıqlandırıcı addım atır. Bu, yaxın illərdə Ermənistanda rus dilinin məktəb proqramından azad olmasına, hətta çıxarılmasına səbəb olar. Lakin Kreml bu müstəvidə də mövqelərini asanlıqla əldən vermək istəmir. Rus dilində daha çox erməni gəncinə təhsil verilməsi imi addım Kremlin güclü əks həmləsi hesab edilir.

Samirə SƏFƏROVA







VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

20.12.2024 | 16:53
Əsədə bir zərbə də 24 illik həyat yoldaşından gəldi - Esma boşanmaq üçün məhkəməyə müraciət etdi

20.12.2024 | 16:46
İqor Babuşkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.12.2024 | 16:44
Sergey Məlikov Prezident İlham Əliyevə məktub göndərib

20.12.2024 | 16:42
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 16:41
Mişustin Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

20.12.2024 | 16:40
“D-8 təşkilatına üzvlük Azərbaycanın beynəlxalq arenada daha geniş təsir imkanları qazanmasına yol açacaq” - Vüqar Rəhimzadə

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031