KÖHNƏ VERSİYA            

Paşinyan Ermənistanı regional “cındıra” çevirir - bunu ermənilər özləri bəyan etdi...

Image

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, ölkəsi təşəbbüs göstərdiyi “Sülh kəsişməsi” layihəsinin reallaşdırılması nəticəsində 10 milyardlarla dollar məbləğində gəlir əldə edə bilər. Amma ekspertlər qeyd edirlər ki, əslində, Paşinyanın dedikləri cəfəngiyatdan başqa bir şey deyil. 

İlk növbədə o baxımdan ki, Ermənistanın imkanları tranzitdən bu məbləğdə gəlir əldə edilməsinə imkan vermir. Amma Paşinyan yenə də sərsəm açıqlamalarını davam etdirib.

“Sülh kəsişməsi: təhlükəsizlik və demokratiyanın birləşməsi” adlı konfransda Paşinyan bir sıra açıqlamalrı ilə regionda sülhə, Azərbaycan və Rusiya əleyhinə mövqe sərgilədiyini bir daha nümayiş etdirib. Belə ki, Paşinyan Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) nümayəndələrinə yalnız Zəngəzurda yola nəzarət funksiyası verilə biləcəyini bildirib. O, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndindən sitat gətirib: “Nəqliyyat rabitəsinə nəzarəti Rusiya FTX-nin Sərhəd Xidməti həyata keçirir” cümləsinə diqqət yetirin. Bu təklif bu yaxınlarda müəyyən dairədə səsləndi və mən soruşdum ki, bu, nə deməkdir. Kim izah edə bilər ki, Rusiya Prezidentinin 10 dekabr 2020-ci il tarixli fərmanında, bu, nə başa düşülür? Bu, o deməkdir ki, Rusiyanın nümayəndələrinə Ermənistanın öz öhdəliyini necə yerinə yetirdiyini görmək üçün hansısa monitorinq funksiyası verilə bilər”. Paşinyanın sonrakı açıqlamaları isə daha cəfəng xarakterə malik olub. O qeyd edir ki, üçtərəfli bəyanatla bağlı çoxlu problem var: “Təkcə bir məqamı qeyd etmək mümkün deyildir, bir çox digər məsələlər, xüsusən də Laçın dəhlizi, məhbusların geri qaytarılması ilə bağlı şərtlər yerinə yetirilməmişdir”. Ermənistanın baş naziri həmçinin “Sülh kəsişməsi” layihəsinin Azərbaycanı narahat etdiyini də dilə gətirib: “Çünki bu layihə Ermənistana on milyardlarla fayda gətirə bilər. Bu layihə Azərbaycan üçün iki potensial problem yaradır. Birincisi, əgər Azərbaycan səmimi şəkildə Ermənistanın strateji baxımdan ona qarşı təcavüzkar planlarının olduğuna inanırsa, bu, həmin on milyardlarla dolların Azərbaycana qarşı istifadə oluna biləcəyi təəssüratı yarada bilər. Amma bunun əksi də var: Azərbaycanın Ermənistana qarşı təcavüzkar niyyəti varsa, o zaman Azərbaycan narahat ola bilər ki, bu on milyardlarla dollar Ermənistanın müdafiə qabiliyyətini artırmaq üçün istifadə olunar. Nəticədə Azərbaycanın Ermənistana qarşı təcavüzkar planlarını həyata keçirməkdə problemlər yaranar”. O qeyd edib ki, Ermənistanın Azərbaycana və region ölkələrinə qarşı aqressiv niyyəti olmadığı üçün Bakının dərin qorxusunu sovuşdurmaq olar: “Bundan başqa, Ermənistan qeyd edib ki, biz hətta işğal olunmuş ərazilərimizi hərbi yolla geri qaytarmaq vəzifəsini belə qarşımıza qoymuruq. Amma fakt budur ki, Azərbaycan Ermənistanın yollarının onun maraqlarına uyğun olmasını istəyir, eyni zamanda, Ermənistan blokadada qalmaqda davam edir. Bu, məntiqsizdir və belə bir yanaşma Ermənistan üçün məqbul sayıla bilməz”. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan baş nazirinin bu iddiasına cavab verib: “Ermənistan baş nazirinin 12 oktyabr tarixində “Sülh kəsişməsi: təhlükəsizlik və demokratiyanın vəhdəti” adlı forumda çıxışı zamanı 10 noyabr 2020 tarixli üçtərəfli bəyanatla bağlı səsləndirdiyi iddialar reallıqların təhrif olunması cəhdidir”. Qeyd edilib ki, üçtərəfli bəyanata istinadən kommunikasiyaların açılması məsələsində Ermənistan baş nazirinin açıqlaması Ermənistan rəhbərliyinin üzərinə götürdüyü öhdəliklərə dair etinasızlığı növbəti dəfə nümayiş etdirir: “Üçtərəfli bəyanatın 9-cu bəndində Ermənistanın kommunikasiyaların açılması xüsusunda hansı öhdəliklərinin olduğu, nəqliyyat əlaqəsi üzrə nəzarətin hansı formada təşkil olunacağı açıq-aydın təsvir olunub. Ümumiyyətlə, Ermənistanın 10 noyabr tarixli üçtərəfli bəyanatdan irəli gələn digər öhdəlikləri pozan fəaliyyətlərinə nəzər salsaq, ilk növbədə, Ermənistanın 2023-cü ilin sentyabr ayınadək öz qanunsuz silahlı birləşmələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmaması, humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazilərinə əlavə silah-sursat, hərbi texnika, minalar ötürməsi, Azərbaycana qarşı mina terrorunu davam etdirməsi xatırlanmalıdır. Üzdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən Ermənistan tərəfinin Azərbaycan ərazilərində saxladığı qondarma rejimin təbliğatını aparması və Ermənistan baş nazirinin 2 sentyabr 2023-cü il tarixində qondarma “müstəqillik” ilə bağlı separatçı xunta rejiminə təbriklərini çatdırdığını heç kəs unutmayıb. Bu baxımdan Ermənistan baş nazirinin Laçın dəhlizinin fəaliyyəti, qaçqın və məcburi köçkünlərin qayıdışına dair ritorik sualları yalnız təəccüb və istehza doğurur. Ermənistan tərəfinin hərbi əsirlərin qaytarılmadığını iddia etməsi həmçinin gülüncdür. Azərbaycan indiyə qədər humanizm prinsipinə sadiq qalaraq bütün hərbi əsirləri Ermənistan tərəfinə təhvil verib. Erməni əsilli hərbi cinayətkarların və separatçı xunta rejiminin nümayəndələrinin azad edilməsi barədə isə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil. Sonda bir daha Azərbaycanın tarixi və beynəlxalq hüquqi çərçivədə mövcud olan ərazilərinə qarşı əsassız iddialarından, tarixin saxtalaşdırılmasından əl çəkməyən, beynəlxalq hüquq prinsiplərini kobudcasına pozan, yürütdüyü təcavüz siyasəti səbəbindən düşdüyü vəziyyətdən nəticə çıxarmayan Ermənistan rəhbərliyini heç bir çərçivəyə sığmayan, reallıqları təhrifə edən və nəticə etibarilə beynəlxalq ictimaiyyəti yanıltmağa yönələn açıqlamalardan çəkinməyə çağırırıq”. Paşinyanın dedikləri əslində Ermənistanda da gülüşlə qarşılanır. Sabiq prezident Serj sarkisyanın rəhbərlik etdiyi Respublikaçılar partiyasının sədr müavini Armen Aşotyan bu xüsusda həbsxanadan yazdığı mıktunundan qeyd edir: “Paşinyanın “Sülh kəsişməsi: təhlükəsizlik və demokratiyanın vəhdəti” adlı forumda çıxışı zamanı dediklərində heç bir yeni fundamental element yox idi: “Ona görə də mənim ötən il Nubaraşen Penitensiar Müəssisəsindən yazdığım bəzi qiymətləndirmələr öz aktuallığını tam saxlayıb və aşağıda təqdim olunur. Aydındır ki, “Sülh kəsişməsi” cəfəngiyyatları indiki vəziyyətdə Ermənistanın maraqlarına xidmət etməyəcək. Onu markalamaq və yeni qablaşdırmada təqdim etmək cəhdləri şokolad əvəzinə zibil satmaq cəhdlərini xatırladır. Bununla belə, gəlin bir anlıq Nikolun haqlı olduğunu təsəvvür edək, deyək ki, layihə doğrudan da ermənipərəstdir və regional və qlobal əhəmiyyət kəsb edir. Müasir dünyada logistika və kommunikasiya meqalayihələri ilə maraqlanan siyasi və maliyyə resurslarına malik cəmi 5 oyunçu var. Gəlin onlara bir-bir baxaq. 1. Çin - “Bir kəmər və bir yol layihəsi”. Nikol bu paketə nəinki daxil deyil, ola da bilməz, çünki Ermənistanın hazırkı geosiyasi mövqeyi Çinin maraqlarına uyğun gəlmir. 2. Rusiya - Şimal-Cənub layihəsi. Rusiyanın regionda nəinki öz planları var, hətta Nikolun Ermənistanı ilə də dərinləşən böhran içindədir. 3. Hindistan - Bu ölkənin logistika diversifikasiyası problemi var ki, bu da İsrail-Fələstin münaqişəsi fonunda xüsusilə kəskinləşir. Hindistan yeni layihələrə təkbaşına daxil olmayacaq, xüsusən də real Şimal-Cənub perspektivi artıq görünəndə. 4 və 5: “Böyük yeddilik” ölkələri və Avropa İttifaqı. Hər ikisinin öz qlobal layihələri var: müvafiq olaraq PGI (Qlobal İnfrastruktur üçün Tərəfdaşlıq) və “Global Gateway”. Lakin hər iki layihə kollektiv Qərbin layihələridir, Rusiya və İran kimi benefisiar ölkələri əhatə etmir. Yazılanlardan aydın olur ki, meydanda yalnız Türkiyə qalacaq, onun da öz prioritetləri var. Ona görə də açıq-aşkar görünür ki, Nikolun təklifləri Ermənistana sülh gətirmək məqsədini güdmür, nəhayət, bizi regional “cır-cındır” etməyə xidmət edir. “Sülh kəsişməsi” olan Paşinyanın ixtira etdiyi yeni oyuncaq artıq çoxsaylı əhəmiyyətli və analitik tənqidlərə məruz qalıb. Nikolun düşüncəsinin başqa bir zəhərli nəticəsi xarici bazarlarda ilkin olaraq qüsurlu “məhsul”dur, ona görə də bu illüziyanın əsas istehlakı yenidən yerli auditoriya daxilində həyata keçirilir. Paşinyanın absurdluğunu əks etdirən artıq qeyd olunan fakt və arqumentlərə əlavə olaraq, daha ikisini misal çəkmək istərdim. 1. Məlumdur ki, yol ayrıcları yol təhlükəsizliyi baxımından ən təhlükəli olanlardır. Eyni model geosiyasətdə də keçərlidir. Ermənistan “yol ayrıcına” çevrilsə, geosiyasi hadisələrin, toqquşmaların, itkilərin sayının daha da artacağı göz qabağındadır. Bizdə isə bu təhlükə daha realdır, çünki bundan sonra Paşinyan nəinki riskləri idarə edə bilmir, əksinə, onları daha da artırır ki,bu da aksiomatikdir. 2. Təbii ki, kəsişmələrin təhlükəsizliyini artırmaq üçün qaydalar müəyyən edilir, məsələn, “svetofor” qoyulur. “Ermənistan-sülh kəssişməsi” konsepsiyasında acı fakt ondan ibarətdir ki, ölkəmiz bu gün Cənubi Qafqaz regionu üçün “yol hərəkəti qaydaları” müəyyən edə bilmir, nə bu qaydalara riayət olunmasına nəzarət edir, nə də qanunu pozanları cəzalandırır. Nikola görə ərazimizdə “svetofor” belə quraşdıra bilməyəcəyik. Və buradan növbəti vacib sual yaranır: Əgər bizi yol ayrıcına çevirmək istəyirlərsə, o zaman “svetoforu” kim quraşdıracaq?”.

Tahir TAĞIYEV







VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

20.12.2024 | 16:53
Əsədə bir zərbə də 24 illik həyat yoldaşından gəldi - Esma boşanmaq üçün məhkəməyə müraciət etdi

20.12.2024 | 16:46
İqor Babuşkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.12.2024 | 16:44
Sergey Məlikov Prezident İlham Əliyevə məktub göndərib

20.12.2024 | 16:42
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 16:41
Mişustin Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

20.12.2024 | 16:40
“D-8 təşkilatına üzvlük Azərbaycanın beynəlxalq arenada daha geniş təsir imkanları qazanmasına yol açacaq” - Vüqar Rəhimzadə

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031