KÖHNƏ VERSİYA            

Hollandiya müstəmləkə tarixinin bu biabırçı faktlarını gizlədə bilməz...

Image

Müstəmləkəçilik siyasəti bir sıra Avropa dövlətlərinin tarixinə qara bir ləkə kimi düşsə də,  çox təəssüflər olsun ki, Fransa, Hollandiya kimi ölkələr babalarının üz qarasına çevrilən bu mənfur ləkəni silmək əvəzinə onu daha da genişləndirmək niyyətlərini ortaya qoyurlar. 

Hollandiya (Niderland) dünya tarixində müstəmləkəçilik siyasəti yürüdən Avropa dövlərindən biri kimi tanınır. Hollandiyanın adı çəkiləndə “demokratiya” donuna bürünən irticaçı bir dövlət göz önünə gəlir, bu ölkə həm də dünya və insanlıq düzəninə zidd olan başqa məsələlərlə populyardır ki, bunu da bütün dünya bilir.    

Hollandiya tarixində müstəmləkəçilik dövlət siyasətinə çevrilib, həm keçən əsrlərdə, həm də hazırda bu ölkənin müstəmləkələri var. 

Asiyada, Amerikada müstəmləkələr saxlayan, bu gün də sömürgəçilik siyasətindən əl çəkmək istəməyən Hollandiya yerli əhaliyə zülmlər edib, o torpaqların sərvətlərini mənimsəyib, aborigenlərin tarixini, mədəniyyətini, dilini məhv edib, özlərini soyqırıma məruz qoyub. Yüz illərdir həyata keçirdiyi irticaçılıq siyasətindən utanmaq əvəzinə, bu gün Azərbaycana hücum edən, dil uzadan, ədalətsiz mövqe sərgiləyən Hollandiyanın tarixi başdan-başa insan ah-nalələri ilə “zəngindir”. 

Hollandiyanın müstəmləkəçilik fəaliyyətinə diqqət yetirdikdə dəhşətə gəlirsən. XVII əsrin əvvəllərinə və ondan sonrakı illərə diqqət çəkəndə görürsən ki, Fransa ilə birlikdə nə qədər insani cinayətlər törədiblər. 

Məlumatlara görə, XVII əsrdə Fransa və Hollandiya Vest-İndia adalarını və Amerika qitəsindəki digər əraziləri tutublar, işğal ediblər. Tədqiqatçılara görə, Hollandiyada 1602-ci ildə Ost-İndia kompaniyası yaradıldı və ona 21 il müddətinə Xoş Ümid Burnundan Magellan boğazına qədər olan naviqasiya və imtiyaz qaydasında ticarət etmək barədə istismar hüququ verildi. Bir il sonra bu kompaniya Yavada faktoriya yaratdı. 1619-cu ildə isə adanın baş şəhəri Cakartanı tutub dağıtdı. Onun yerində Şərqdə holland torpaqlarının gələcək mərkəzi olan Bataviyanın əsasını qoydu. Hollandlar tədricən portuqaliyalıları cənub dənizlərindən qovdular. Bu barədə çap olunan məqalələrdən birində deyilir: “Çin və Yaponiya ilə bütün ticarəti ələ keçirdilər və Hindistanda ingilisləri sıxışdırıb, möhkəmlənmək istədilər. Hollandiya Şərqdə müstəmləkəçilik qüdrətinin zirvəsinə çatdı. 1648-ci il Vetfaliya sülhünə görə, əvvəllər İspaniya ilə Portuqaliyanın   dünya ağalığı sferasını  ayıran sərhəd xətti artıq İspaniya ilə Hollandiya arasından keçirdi.

Hollandlar Afrikada bir müddətə Anqolanı və San-Tome adasını aldı, 1652-ci ildə isə Xoş Ümid burnunda ilk koloniyanı yaratdılar. Vest-İndia kompaniyasını yaratdıqdan sonra isə Hollandiya Qərb yarımkürəsinə nüfuz etməyə başladı. Cənubi Amerikada Braziliyanın bir hissəsini tutsa da, 1654-cü ildə onu buraxmağa məcbur oldu. Ancaq Surinamı və Karib dənizində Kyurasao adasını ələ keçirdilər. 1626-cı ildə holland kolonistləri Şimali Amerika sahilində Yeni Amsterdam (indiki Nyu-York) məntəqəsini yaratdılar. İngilislərlə mübarizədə Yeni Hollandiya adlanan buna bitişik ərazini özlərində saxlamağa çalışdılar. Lakin 1664-cü ildə ingilislər holland torpaqlarını işğal etdilər. Üçgünlük ingilis-holland dəniz müharibələrində hollandların ağalığına son qoyuldu. XVIII əsrin əvvəlində Hollandiya böyük ticarət dəniz dövlətindən, dünyanın dənizlə yük daşıyanından və bankirindən ikinci dərəcəli bir dövlətə çevrildi. Lakin Şimali Amerika torpaqlarından başqa, demək olar ki, bütün müstəmləkə torpaqlarını o, əlində saxladı.

İngilis Ost-İndia kompaniyası 1600-cü ildə Şərqlə ticarət aparmaq üzrə inhisar hüququ barədə kral xartiyası aldı. Hollandlar onu Cənubi-Şərqi Asiyadan sıxışdırıb çıxaranda, kompaniya öz fəaliyyətini əsasən Hindistanda inkişaf etdirdi...”

ABŞ-ın müstəmləkəçilik tarixinə baxarkən Hollandiyanın cinayət əməlləri bir-bir üzə çıxır.  

İnternet resurlarında rast gəldiyimiz məqalələrdən birində qeyd olunur: “ABŞ-ın müstəmləkə tarixi 17-ci əsrin əvvəllərindən Amerika İnqilab Müharibəsindən sonra On Üç Koloniyanın Birləşmiş Ştatlara daxil edilməsinə qədər Şimali Amerikanın Avropa müstəmləkəçiliyi tarixini əhatə edir. 16-cı əsrin sonlarında İngiltərə (Britaniya İmperiyası), Fransa Krallığı,İspaniya İmperiyası və Hollandiya Respublikası Şimali Amerikada böyük müstəmləkəçilik proqramlarına başladılar. Erkən immiqrantlar arasında ölüm nisbəti çox yüksək idi və bəzi erkən cəhdlər, məsələn, İngilis İtirilmiş Roanoke Koloniyası kimi tamamilə yox oldu. Buna baxmayaraq, uğurlu koloniyalar bir neçə onilliklər ərzində quruldu.

Avropalı köçkünlər müxtəlif sosial və dini qruplardan, o cümlədən macəraçılardan, əkinçilərdən, müqaviləli qulluqçulardan, tacirlər və aristokratiyadan çox az adamdan gəlirdilər. Məskunlaşanlar arasında Yeni Niderlandın hollandları, Yeni İsveçin isveçliləri və finləri, Pensilvaniya əyalətinin ingilis kvakerləri, Yeni İngiltərənin ingilis puritansları, Virciniya Cavaliers, Merilend əyalətinin ingilis katolikləri və protestant qeyri-konformistləri, Gürcüstan əyalətinin, orta Atlantik koloniyalarında məskunlaşan almanların və Appalachian dağlarının Olster şotlandlarının layiqli yoxsulları. Bu qrupların hamısı 1776-cı ildə müstəqilliyini əldə etdikdən sonra Birləşmiş Ştatların bir hissəsi oldu...” 

Hollandiya da daxil olmaqla, bütün müstəmləkəçi ölkələrin hamısı uzun əsrlər boyu torpaqlarını işağal edib özləri qul kimi bazara çıxarıb satdıqları, qətlə yetirdikləri, soyqırıma məruz qoyduqları xalqların maddi-mədəni irsini, tarixi eksponatlarını muzeylərinə daşıyıblar, utanmadan, heç bir məsuliyyət daşımadan bu eksponatları sərgiləyirlər. 

Yadınıza gəlirsə, hətta Niderland Dövlət Muzeyindən (Rijksmuseum) belə açıqlama verilmişdi ki, onlar müstəmləkələrdən oğurlanmış sənət nümunələrini geri qaytarmaq niyyətindədirlər. “Trouw” qəzetində yazılırdı ki, Hollandiya muzeyi Şri-Lanka və İndoneziya ilə danışıqlara başlamaq istəyir. “Hollandiyanın müstəmləkələrdən olan mədəni irsinin bir hissəsinə çevrilmiş bu əsərlər oğurluq ola bilər”.  Bu barədə   “Trouw” qəzetində yazılırdı.

Qeyd olunurdu ki, müstəmləkələrdən oğurlanmış sənət nümunələrini geri qaytarılması barədə qərar Niderland Dünya Mədəniyyətləri Milli Muzeyi bir vaxtlar müstəmləkə olmuş ölkələrin vaxtilə oğurlanmış, yaxud böyük mədəni və ya sosial əhəmiyyət daşıyan incəsənət əsərlərinə iddialar irəli sürməsi üçün təlimat dərc edəndən sonra qəbul edilib.

Niderland Dövlət Muzeyinin direktoru Tako Dibbets bir neçə il əvvəl müsahibəsində deyirdi: “Utandırıcı haldır ki, Niderland müstəmləkələrdən olan mədəni irsi geri qaytarmaq məsələsinə yalnız indi diqqət yetirib. Biz bunu xeyli əvvəl etməli idik. Buna əsla bəraət qazandırıla bilməz”.

O,  Şri-Lanka ilə təqribən 10 nümunə danışıqlar aparılacağını deyirdi. Yaqutla bəzədilmiş top (1765-ci ilin hərbi kampaniyası zamanı qənimət götürülüb) və Cənubi Borneo (1856-cı ildə Niderlandın müstəmləkəsinə çevrilib) sultanının mülkiyyəti olan “Bancarmasin” adlı brilyant həmin nümunələr arasındadır.

T.Dibbetsi qeyd edirdi ki, muzeyin kolleksiyasında təqribən 4 min müstəmləkə obyekti var, lakin onların heç də hamısı “oğurluq” deyil, sənət nümunələrinin çoxu “qanuni yolla” əldə edilib.

Bir neçə il əvvəl mətbuat yazırdı ki, Niderland Dünya Mədəniyyətləri Milli Muzeyinin müəyyən etdiyi qaydalar artıq mütəxəssislərin tənqid obyektinə çevrilib. 

Bu faktlar açıq göstərir ki, Hollandiya o xalqların mədəni irsini sözün həqiqi mənasında yağmalayıb, indi də geri qaytarmaq məcburiyyətindədir, amma yenə də qaytarmamaq üçün bəhanə axtarır ki, guya heç də onların hamısı oğurluq deyil. 

Məlum olduğu kimi Hollandiyanın saxladığı kolonioyalarda da qul ticarəti həyata keçirilirdi, yerli əhalidən satlıq-mal kimi istifadə olunurdu. 

Bəli, orta əsrlərdə Asiyanın cənub-şərq və cənubunda (Hindistanın cənubu), Afrikanın cənubunda (CAR) və Cənubi Amerika materikinin şimalında (Surinam) torpaqlar qəsb etmiş Niderland indiyə kimi də Karib dənizi hövzəsində torpaqlara (Antil adaları, Aruba, Kurasao və Sent Marten) malikdir.

Bilirik ki, Cənub-Şərqi Asiya Niderland müstəmləkəçiliyindən əziyyət çəkib. Dünyada ən çox sayda müsəlman əhalisi olan İndoneziya kimi nəhəng ölkə əsrlər boyu holland müstəmləkəçiliyinə qarşı mübarizə aparıb, öz müstəqilliyini yalnız 1945-ci ilin avqustunda elan edə bilib. Bunda Yaponiyanın 1942-ci ilin yanvarında İndoneziyaya girməsi də rol oynayıb, nəticədə müstəmləkəçi hollandlar ölkədən qovulub.

Niderland yalnız 1949-cu ilin sonunda İndoneziyanın suverenliyini tanımağa məcbur olsa da, 4,5 il ərzində bu ölkəni yenidən öz ərazisinə qatmaq üçün bir çox qətllər törədib. Bunlar arasında 1947-ci ilin 9 dekabrında Yava adasının qərbində yerləşən Ravaqede kəndində (hazırda Balonqsari kəndi) 431 kəndlinin güllələnməsini qeyd etmək olar. İndoneziyanın müstəqillik müharibəsi illərində vəhşicəsinə qətlə yetirilmiş mülki şəxslərin yaxınları tərəfindən indiyə qədər Niderland məhkəmələrində iddialar qaldırılır.

1995-ci ilin iyulunda Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində 8 mindən çox insanın serblər tərəfindən soyqırıma məruz qalmasının da məhz BMT-nin Niderland sülhməramlı kontingentinin fəaliyyətsizliyi və qorxaqlığı nəticəsində baş verməsi məlum tarixi faktdır.

Belə ki, həmin vaxt Bosniya serbi olan general Ratko Mladiç müsəlman bosniyalıların silahsızlaşdırılmasını tələb etmiş, əks halda sülhməramlılara güllə ata biləcəyi xəbərdarlığını edib. Silahlı müsəlmanlar Srebrenitsadan çıxsa da, Niderland sülhməramlılarının gözü önündə belə bir soyqırımı törədilib.

Niderland Ali məhkəməsinin 2013-2014-cü illərdə qəbul etdiyi qərarlarla ölkə yalnız 300-dən bir qədər artıq insanın qətlində günahkar olduğunu etiraf edib.

Bütün bunlar Hollandiyanın necə ölkə olduğunu aydın göstərir. 

Məlum, öz müstəmləkəçilik siyasətini Bonaire, Saint Maarten, Aruba, Curacao, Saint Eustatius və Saba-da davam etdirən Hollandiya bu ərazilərdə məqsədyönlü assimilyasiyaya siyasəti aparır, yerli əhalini adalardan qovaraq, onları hollandlarla əvəz edir, yerli əhalinin nümayəndələrinə ikincidərəcəli "vətəndaşlar" kimi rəftar edir, müstəqillik tərəfdarlarını təqib edir və həbs edir, yerli xalqlara öz ana dillərində təhsil almağa və danışmağa qadağan edir, yerli xalqların öz mədəniyyətini qoruyub-saxlamasına lazımi şərait yaratmır və digər çoxsaylı cinayətlər törədir
 Niderland Bonaire, Saint Maarten, Aruba, Curacao, Saint Eustatius və Saba adalarında dəhşətli cinayətlər törədib, bu gün də o cinayətləri davam etdirir. 

Müstəmləkəçi, müxtəlif xalqlara qarşı genosid törədən, əli qanlara batan Hollandiyanın Ermənistanı, erməniləri dəstəkləməklə, özü kimi terrorçu, soyqırımçı ölkəni himayə etməklə və ədalətsiz olaraq antiazərbaycan siyasəti yürütməklə əsl simasını, niyyətini ortaya qoyur. Əlbəttə, Hollandiya kimi müstəmləkəçi ölkənin terrorçunun, işğalçının yanında olması təbiidir, çünki ikisi də eyni yolun yolçusudur...

İradə SARIYEVA







VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Paşinyanın yarımçıq saziş təklifi Rusiyada da sərt tənqid edildi - Bu, demaqogiyadır, özünü aldatmaqdır - VİDEO

Prezident İlham Əliyev COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

İlham Əliyev əsaslı tənqid etdi - Türk dövlətlərinə nə qədər pul lazımdır?..

Türk dünyası dövlətlərinin bankları birləşdirilir...

SON XƏBƏRLƏR

14.11.2024 | 18:45
Bizdən ikiqat çox qaz istəyən bəzi avropalılar Azərbaycanı niyə tənqid edir?..

14.11.2024 | 18:32
Konstitusiya Günü hüquqi dövlət quruculuğunun simvoludur...

14.11.2024 | 18:18
Roma Papası Bakıya COP müraciətində ABŞ və Fransanı qınadı...

14.11.2024 | 18:05
Bu rəqəmlər COP29-u qaralayanlara öldürücü zərbə vurdu...

14.11.2024 | 17:53
Dünyanın 10 il müzakirə etdiyi məsələ COP-da yerindən hərəkətə başladı...

14.11.2024 | 17:47
Tanınmış politoloq COP29-la bağlı ABŞ Konqresinə müraciət etdi

14.11.2024 | 17:40
Pezeşkian Bakıya bu səbəblərdən gəlmədi - İranda rəsmilər bu barədə susur...

14.11.2024 | 17:27
COP29-dan müstəmləkə keçmişi olan bütün ölkələrə çağırış edildi...

14.11.2024 | 17:25
“Yaşıl” taksonomiya iqlim maliyyələşdirilməsini genişləndirmək üçün böyük imkanlar açacaq"

14.11.2024 | 17:17
Azərbaycanın QHT fəalları Avropada miqrantlara təzyiqlərlə bağlı etiraz aksiyası keçirdi... - FOTO

14.11.2024 | 17:14
Avropanın 3 böyük təşkilatı Fransa müstəmləkəçiliyini dəstəkləyir...

14.11.2024 | 17:12
COP29 çərçivəsində Mərkəzi Asiya ölkələri iqlim dəyişikliyi və buzlaqların qorunması üzrə birgə Bəyannamə imzalayıblar

14.11.2024 | 17:03
Peter Bekker COP29-da plenar iclasda çıxışına bu sözlərlə başladı - “Çox sağ ol, Azərbaycan!”

14.11.2024 | 16:55
Şimali Makedoniya Prezidenti Prezident İlham Əliyevi təbrik etdi

14.11.2024 | 16:53
COP29 Sədrliyi və Çoxtərəfli İqlim Fondları iqlim təsirinin fəsadları ilə bağlı birgə tədbir keçirib

14.11.2024 | 16:50
COP29-da Niderland və Fransanın müstəmləkəçiliyinə qarşı aksiya keçirildi - FOTO

14.11.2024 | 16:45
"Müstəmləkəçi ölkələr kasıb adlandırdıqları Afrikanın zəngin sərvəti sayəsində böyük dövlətlər olublar" - Hava Av

14.11.2024 | 16:44
COP29-da insan hüquqlarına əsaslanan iqlim ədaləti ilə bağlı müzakirə aparıldı

14.11.2024 | 16:31
"COP29 biznesləri, maliyyəçiləri, şəhərləri, millətləri bir araya gətirir" - Naycel Toppinq

14.11.2024 | 16:22
COP29 gündəlik mətbuat konfransında əldə edilmiş uğurlardan bəhs edildi

14.11.2024 | 15:48
"COP29-un keçirilməsi Azərbaycanın artan nüfuzunun göstəricisidir" - Ombudsman

14.11.2024 | 15:37
Prezident İlham Əliyev İslam İnkişaf Bankının prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.11.2024 | 15:21
Ehtiyatlı olun! Zəhərlı paltarlar var! Hətta uşaq geyimləri də!

14.11.2024 | 15:14
"Afrikanın iqlim dəyişikliyinin qarşısını almaq üçün ildə 277 milyon dollara ehtiyacı var" - ADB prezidenti

14.11.2024 | 14:40
Prezident İlham Əliyev Maldiv Prezidenti ilə görüşdü - FOTO/YENİLƏNDİ

14.11.2024 | 14:37
Yaşıl gələcək proqramlarının maliyyələşdirilməsi COP29-da müzakirə olundu

14.11.2024 | 14:21
“Troyka” ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib

14.11.2024 | 14:16
Prezident İlham Əliyev Yəmənin vitse-prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.11.2024 | 14:15
Prezident İlham Əliyev Nepal Prezidenti ilə görüşüb - YENİLƏNDİ

14.11.2024 | 14:08
"COP29-un Azərbaycanda keçirilməsi ən doğru seçimdir" - Putinin xüsusi nümayəndəsi

14.11.2024 | 13:50
Prezident İlham Əliyev Efiopiya Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.11.2024 | 13:45
"Ən mühüm məsələ inkişaf etməkdə olan ölkələrin iqlim maliyyəsi ilə bağlı ehtiyacını qarşılamaqdır"

14.11.2024 | 13:31
Qlobal iqlimlə mübarizə üçün hər il təxminən 8 trilyon ABŞ dolları lazımdır - Braziliya Ali Audit Orqanı

14.11.2024 | 13:14
"COP29-da iqlim maliyyələşdirilməsi üzrə razılığa gələcəyimizə əminəm" - Afrika İnkişaf Bankı Qrupunun prezidenti

14.11.2024 | 13:03
Prezident İlham Əliyev Braziliyanın vitse-prezidenti ilə görüşüb - YENİLƏNDİ

14.11.2024 | 12:50
Bakıda COP29 çərçivəsində Parlament Görüşü keçiriləcək

14.11.2024 | 12:37
Bakıda “Ambisiyaların artırılması: Avropa və Mərkəzi Asiyada enerji və su sistemlərinin transformasiyası” mövzusunda tədbir keçirildi

14.11.2024 | 12:22
COP29 çərçivəsində “Daha yaxşı pambıq” mövzusunda panel müzakirələr keçirilib

14.11.2024 | 12:15
Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.11.2024 | 12:00
Azərbaycan yaşıl keçidi inkişaf etdirməyə sadiqdir - Mərkəzi Bankın sədri

14.11.2024 | 11:47
Dünya Bankı iqlim layihələrini maliyyələşdirmək üçün 150 milyard dollar ayırmağı planlaşdırır

14.11.2024 | 11:26
Prezident İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.11.2024 | 11:20
Trampın xanımı Ağ Evdə yaşamaq istəmir - səbəbini özü açıqladı..

14.11.2024 | 11:10
Naxçıvanda yol polisi sürücülərə və piyadalara müraciət etdi

14.11.2024 | 11:04
Ronaldinyo AFFA prezidenti ilə görüşüb

14.11.2024 | 10:53
Prezident İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.11.2024 | 10:26
Bakının bu ərazilərində qaz olmayacaq -ƏHALİYƏ XƏBƏRDARLIQ

14.11.2024 | 10:20
Göyçayda bədbəxt hadisə - çoban kanalda bataraq öldü

14.11.2024 | 10:14
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.11.2024 | 10:11
Sokratdan Qulu Məhərrəmliyə qədər

14.11.2024 | 10:10
Sabunçuda yük avtomobilinin vurduğu piyada 5 gün sonra xəstəxanada ölüb...

14.11.2024 | 10:05
Türk Dövlətləri Təşkilatı üzrə “Nazirlər Bəyannaməsi” imzalanıb

14.11.2024 | 10:02
Prezident İlham Əliyev Banqladeş Müvəqqəti Hökumətinin Baş müşaviri ilə görüşüb - FOTO

14.11.2024 | 10:00
Almaniya Kansleri pul barədə danışdı, gülüş obyektinə çevrildi...

14.11.2024 | 09:40
Bakıda “Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumu” keçirilir

14.11.2024 | 09:30
Misirdə dəhşətli yol qəzası olub, 13 nəfər ölüb

14.11.2024 | 09:20
Fatih Terim Bakıya gəlir

14.11.2024 | 09:10
Donald Tramp bu senatoru Dövlət katibi təyin edəcək

14.11.2024 | 09:05
Dünya mediası COP29 barədə yazır

14.11.2024 | 09:00
Bu, Azərbaycan üçün həyəcanverici andır - Metyu Brayza

13.11.2024 | 23:25
Avropanın məşhur klubları “Qarabağ”ın dəvəti ilə Bakıya gəlir...

13.11.2024 | 22:49
AKAF COP 29 ilə əlaqədar avarçəkmə yürüşü təşkil edəcək

13.11.2024 | 22:38
Rusiya 50 minlik ordu ilə Kursk əməliyyatına başlayır - Trampın andiçməsinə qədər…

13.11.2024 | 22:00
Polşa Baş Qərargah rəisindən xəbərdarlıq - Rusiya ilə hərbi münaqişə təhlükəsi var…

13.11.2024 | 19:56
Dünya liderləri Azərbaycanın COP29-a hazırlığını yüksək qiymətləndirdi

13.11.2024 | 19:25
"İqlim dəyişmələrinə qarşı mübarizədə hərtərəfli yanaşma olmadan hədəfə nail ola bilmərik" - UNFCCC-in icraçı katibi

13.11.2024 | 19:05
COP29-da Energetika Nazirliyi ilə BAEA arasında memorandum imzalandı

13.11.2024 | 18:58
"Kiçik ada dövlətlərinə yaranmasında heç bir rol oynamadıqları böhranın öhdəsindən gəlmək üçün dəstək göstərilməlidir" - Quterreş

13.11.2024 | 18:55
Prezident İlham Əliyev BVF-nin sərəncamçı direktoru ilə görüşdü - FOTO

13.11.2024 | 18:42
Erməni nazir oğlanlarını hərbi xidmətdən yayındıran məmurları cəzalandırmağı tələb etdi

13.11.2024 | 18:35
Prezident İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb - FOTO

13.11.2024 | 18:34
Orta Dəhlizin Yaşıl Transformasiyasına dair Əməkdaşlıq Bəyannaməsi imzalanıb

13.11.2024 | 17:53
Prezident İlham Əliyev Çinin Baş nazirinin müavini ilə görüşüb - FOTO

13.11.2024 | 17:46
COP29-un icraçı direktoru enerji keçidini sürətləndirmək üçün yeni investisiyalara çağırdı

13.11.2024 | 17:44
Samir Nuriyev Tokio qubernatoru ilə görüşdü - FOTO

13.11.2024 | 17:26
Prezident İlham Əliyev COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

13.11.2024 | 17:23
Bakıda ada ölkələrinin üzləşdikləri iqlim problemlərindən danışıldı

13.11.2024 | 17:15
Prezident İlham Əliyev Mixail Mişustinlə görüşdü - FOTO/YENİLƏNDİ

13.11.2024 | 17:12
Prezident İlham Əliyev İranın vitse-prezidenti ilə görüşdü - FOTO/YENİLƏNDİ

13.11.2024 | 17:10
Prezident İlham Əliyev Qabonun vitse-prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930