"Ümid" və "Alpman" taekvondo klublarının təşkil etdiyi açıq birincilik başa çatıb
Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə uşaqlar, yeniyetmələr və gənclər arasında keçirilən "Ümid" və "Alpman" taekvondo klublarının açıq birinciliyi uğurla yekunlaşdı. Bu barədə baki-xeber.com-a Federasiyadan məlumat verilib. Tamaşaçılar üç gün ərzində gələcəyin ulduz taekvondoçularının əzmkar və yüksək rəqabət şəraitində keçən çıxışlarını maraqla izlədilər. Yarışın yekununda ilk 5 yerə çıxmış komandalar kuboklarla təltif edildilər.
"Ümumi hesabda mükafatlandırılan komandaların siyahısı:
I yer - “Zhash Batyr” (Qazaxıstan)
II yer - “Abşeron” TK
III yer - Təhsil RİM Sumqayıt
IV yer - “Asiman” TK
V yer - “Ali-Mehdi” TK
Qalib və mükafatçıları təbrik edir, gələcək idman karyeralarında uğurlar arzulayırıq!"-deyə məlumatda bildirilir.
İradə SARIYEVA