Bu ölkə 3 Fransa vətəndaşını deportasiya etdi - seçkiyə müdaxiləyə görə...
Rusiyə mətbuatı Fransa ilə bağlı maraqlı bir məlumat yayıb. Rusiya KİV-lərinin xəbərində deyilir ki, İndoneziyanın Açeh əyalətinin miqrasiya xidməti bölgənin naibi vəzifəsinə namizədin siyasi kampaniyasında güman edilən iştirakına görə Fransanın üç vətəndaşını deportasiya edib. Məlumatda deyilir ki, onlar miqrasiya xidməti tərəfindən oktyabrın 8-də saxlanılıb və daha sonra deportasiya ediliblər.
"Üç nəfər siyasi kampaniyada iştirak etməklə viza rejiminin şərtlərini pozublar", - məlumatda vurğulanıb. Fransızların dəstəklədiyi güman edilən namizədin adı hakimiyyət tərəfindən açıqlanmayıb. Ancaq qeyd edilib ki, əvvəlcə Fransa vətəndaşları yerli istehsalçılardan, o cümlədən siyasətçi Səid Saninin idarə etdiyi kooperativdən paçuli yağı almaq üçün Açehə gediblər. Hazırda o, Qayo-Lus dairəsində naib vəzifəsinə namizəddir.
Mətləb Salahov