“AZERRAIL” Avropa Kubokunun qalibi oldu
Çimərlik voleybolu tarixində ikinci dəfə keçirilən Avropa Kubokunda (Beach Volley European Cup) ölkəmizi təmsil edən “AZERRAIL”in qadınlardan ibarət komandası AVROPA KUBOKUNUN qalibi olub. Bu barədə baki-xeber.com-a Federasiyadan məlumat verilib.
Oktyabrın 10-da Fransanın Montpellier şəhərində start götürən yarış bu gün başa çatıb. 16 klubun mübarizə apardığı “Avropa Kuboku”nda iştirak edən “AZERRAIL”in qadınlardan ibarət komandası bütün rəqiblərinə qalib gəlib. Qrup mərhələsində Avstriyanın “Bergstrand Beachvolleyball”, 1/4 finalda Türkiyənin “TVF Spor Lisesi Ihtisas Kulübü”nə, yarımfinalda Macarıstanın “Ėdra Tata” klubuna qalib gələn xanımlarımız qələbə seriasını finalda da davam edib.
Final matçında “AZERRAIL” Ukraynanın “Sunrise Beach Spors Academy” klubu ilə üz-üzə gəlib. Final görüşündə komandalar arasında keçirilən iki oyundan birində “AZERRAIL”, ikincidə isə rəqib qalib gəlib. Ardınca qalibi müəyyən etmək üçün keçirilən qızıl setdə gərgin mübarizədən sonra 15:12 hesabı ilə üstün olan təmsilçimiz “Avropa Kuboku”nun qalibi olub.
13 oktyabr
Final (qadınlar)
“AZERRAIL” - “Sunrise Beach Spors Academy” (UKR) 2:1 (19:21; 21:18; 15:11)
“AZERRAIL” - “Sunrise Beach Spors Academy” (UKR) 0:2 (25:27; 13:21)
Qızıl set- 15:12
Qeyd edək ki, çimərlik voleybolu tarixində ilk dəfə keçirilən (08.10.2023) Avropa Kubokunda (Beach Volley European Cup) iştirak edən “Murov Az Terminal” klubunun kişilərdən ibarət komandası “Avropa Kuboku”nun qalibi olmuşdur.
Xarıtladaq ki, “AZERRAIL” klubunun kişilərdən ibarət komandası da bu gün Fransada keçirilən final matçında çempionluq uğrunda mübarizə aparır. (Hal-hazırda oyun davam edir: “AZERRAIL” - “CVP Poniente Benidorm Alicante“ (ESP))
İradə SARIYEVA