1,2 milyon livanlı qaçqın olub - Beynəlxalq Qırmızı Xaç Komitəsi
Hazırda 1,2 milyondan çox insan ölkənin cənub bölgələrində İsrail əməliyyatları və Livan paytaxtı Beyruta hava zərbələri nəticəsində Livan ərazisində qaçqın və ya məcburi köçkün vəziyyətindədir. Bu barədə rəqəmləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndəsi açıqlayıb. “Hazırda 1,2 milyondan çox livanlı qaçqın və ya məcburi köçkün hesab olunur və bu rəqəmin artması ehtimalı böyükdür”, – BQXK nümayəndəsi bildirib.
Onun sözləri “Əl-Qahirə əl-İxbariya” telekanalı tərəfindən verilib. O əlavə edib ki, “evlərini məcburi tərk etmiş insanların humanitar ehtiyacları çox böyükdür və vəziyyətin öhdəsindən gəlmək üçün bütün maraqlı tərəflərin əməkdaşlığına ehtiyacımız var”.
Mətləb Salahov