"Vətənimdir Qərbi Azərbaycan" adlı rəsm müsabiqəsinin yekun sərgisi keçirildi
Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Rəssamlar İttifaqı və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə "Vətənim Qərbi Azərbaycan" rəsm müsabiqəsinin yekun sərgisi keçirildi. Müsabiqdə 49 nəfər iştirak edib, 61 iş təqdim olunub və 10 nəfər qalib gəlib. Seçilən əsərlər rəngkarlıq və qrafika üzrə olub. Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Qərbi Azərbaycan İcmasının idarə heyətinin sədri Əziz Ələkbərli çıxış edərək Qərbi Azərbaycana həsr olunmuş rəsm müsabiqəsinin keçirilməsini yüksək qiymətləndirdiklərini bildirdilər.
Qeyd olundu ki, bu əsərlərdə Qərbi Azərbaycan abidələri, Qərbi Azərbaycan həqiqətləri əslini tapıb və o yurdlarımız barədə aydın təsəvvür yaradır. Sonda qaliblər mükafatlandırıldı.
İradə SARIYEVA