KÖHNƏ VERSİYA            

Məşhur parataekvondoçumuz Los-Anceles 2028-ə hazırlaşır… - FOTO

Image

Sabir Zeynalov: “Əlimdən gələni edəcəyəm ki, 2028-ci ildə Vətənə qızıl medalla qayıdım”

Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası çox uğurlu nəticələr verir. “Bakı-Xəbər” olaraq bu qəbildən olan uşaq və gənclərlə bağlı yazılar təqdim edirik və onların nümunəvi uğur hekayələrini sizinlə bölüşürük. 

Qəhrəmanımız - 19 yaşlı Sabir Elniz oğlu Zeynalov Paris-2024 Paralimpiya Oyunlarında bürünc medal qazanıb, parataekvondo üzrə dünya üçüncüsüdür. Sabir Zeynalovun uğur hekayəsi çox maraqlıdır. 

Paris-2024 Paralimpiya Oyunlarında bürünc medal qazandığı üçün Prezident İlham Əliyevin Sərəncamı ilə Sabir III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Gənc parataekvondoçumuz Prezidentin onu bu şəkildə təltif etməsinin ona gələcəkdə daha böyük uğur qazanması üçün stimul olduğunu deyir. 

Yay Paralimpiya Oyunlarında bürünc medal qazanmasının özü üçün qürurverici bir yaşantı olduğunu deyən Sabir parataekvondo üzrə Azərbaycan milli komandasının üzvü Sabir Zeynalov bildirir ki, gələcəkdə daha böyük nəticələr əldə etməyi hədəfləyib. “Los-Ancelesdə keçiriləcək Yay Paralimpiya Oyunlarında daha yaxşı nailiyyət əldə etmək, yəni çempion olmaq üçün çalışacağam. Əlimdən gələni edəcəyəm ki, 2028-ci ildə Vətənə qızıl medal ilə qayıdım”. Sabirin ən böyük arzusudur bu. 

“Ən çox əziyyətimi çəkən, mənə inanan, güvənən, stimul verən əsasən anam olub”

K44 əlillik kateqoriyasında və 58 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan para taekvondoçusu Sabir Zeynalov 2005-ci il iyulun 22-də Ağsu rayon Kalva kəndində anadan olub. “9 ildir ki, taekvondo idman növü ilə məşğul oluram. Bu idman növünə qolumu itirdikdən sonra gəlmişəm. Uşaq vaxtı dostlarımla oyun oynayanda yerə yıxıldım və qolum sındı. Bəzi səbəblərdən həkimə yox, sınıqçıya getməli oldum. Sınıqçı da gipsi bərk sıxdığı üçün qolum qanqren verdi. Sonra məlum, qolumu itirdim... Bu hadisə baş verəndə dördüncü sinfi bitirmişdim, beşinci sinfə keçirdim. 

Əlbəttə, bu mənim üçün çox ağır və çətin oldu. Təsəvvür edin ki, nə qədər çətinliklərlə üzləşdim. Ailəm həmişə mənə dəstək oldu. Ən çox dəstəyi də anamdan görmüşəm. İdmana aparıb-gətirən, ən çox əziyyətimi çəkən, mənə inanan, güvənən, stimul verən əsasən anam olub. Məndən başqa iki qardaşım da var. Kiçik qardaşım da elə bu idman növü ilə məşğul olur”. 

Sabir bildirir ki, baş verən hadisədən sonra dərslərindən geri qalmamaq üçün məktəbə gedib. 313 saylı tam orta məktəbdə təhsilini davam etdirən gələcək idmançı bədən tərbiyəsi müəlliminin diqqətini çəkib, beləliklə də Sabirin taekvondoya yolu başlayıb: “Həm idman müəllimim, həm mənim şəxsi məşqçim olan Vüqar Şükürov oxuduğum məktəbdə idman dərsi keçirdi. Məni gördü və məşqə dəvət etdi, ondan sonra onun yanında məşq etməyə başladım. İlk dövrlər kiçik yarışlara, turnirlərə çıxırdım. 2018-ci ildə Azərbaycan Parataekvondo yığma komandasının baş məşqçisi Fərid Tağızadə tərəfindən professional olaraq yığma komandaya dəvət aldım. O vaxtdan bəri də parataekvondo idman növünü professional şəkildə yerinə yetirirəm.  

2024-cü il Paralimpiya Oyunlarının, 2021-ci il Dünya Çempionatının və 2022-ci ilin bürünc mükafatçısı Sabir Zeynalov 2021-ci ilin dekabrında 16  yaşında ikən İstanbulda keçirilən Dünya Çempionatında Tokio 2020-nin gümüş mükafatçısını məğlub edərək bürünc medal qazanıb. Sabir o günləri də xatırlayır: “Çox sağ olsun ki, baş məşqçimiz yaşımın az olmasına baxmayaraq mənə etimad göstərdi. O yaşda dünya çempionatında öz yaşıdlarınla deyil, özündən yaşca böyüklərlə qarşılaşırsan. Çünki bizdə gənclər, yeniyetmələr deyilən bir şey yoxdur. 16 yaşını keçdinsə  parataekvondo idman növündə artıq böyük arenalarda, dünya və Avropa çempionatlarında özündən yaşda böyüklərlə döyüşürsən. Dediyim kimi, baş məşqçimiz Fərid Tağızadə mənə inandı və ilk olaraq dünya çempionatında yarışa çıxartdı və orda sınadı. Mənim üçün ilk beynəlxalq yarışım çox uğurlu oldu. Çünki misirli olimpiya ikincisi olan rəqibimi məğlub etdim, sonra rus təmsilçisinə qalib gəldim, ardınca brazilyalı Amerika çempionunu uddum və yarışda türkiyəli rəqibimə məğlub oldum. Amma 16 yaşımda dünya üçüncüsü oldum. Belə deyərdim, Sabir Zeynalovun olimpiadaya gedən yolunun başlanğıcının təməli o yarışda qoyuldu”. 

İstanbulda qazandığı böyük uğurun davamını Sabir başqa beynəlxalq turnirlərdə gətirdi. 

2023-də Azərbaycan Respublikasının idman ustası, 2022-ci ilin mart ayında Tehranda keçirilən Prezident Kubokunda ikinci oldu. Həmin ilin may ayında Mançesterdə keçirilən Avropa çempionatında bürünc medal qazandı. 2022-ci ilin sentyabrında Zeynalov Parisdə keçirilən Qran Pridə gümüş medal sahibi oldu. Həmin ilin oktyabrında qəhrəmanımız  Mançesterdə keçirilən Qran Pridə üçüncü oldu. 2022-ci ilin dekabrında idmançı Ər-Riyadda keçirilən Qran Prinin final mərhələsinin qalibi oldu.

Bu qədər uğurlara imza atan azərbaycanlı gəncin uğurlu həyat hekayəsi bir nümunə deyilmi? Bu gün Sabir kimi olanlar az deyil. Sabirin əldə etdiyi nəticələr o uşaqlara və gənclərə böyük stimuldur, onlara ümid, qol-qanad verir, onları gələcəyə, sabaha inandırır. Onları təşviq edir ki, özünüzə qapanıb qalmayın, cəmiyyətə inteqrasiya edin, idmanla məşğul olun, çətinlikdən qorxmayın, hər çəkilən zəhmətin mütləq mükafatə var. Qəhrəmanımız sübut etdi ki, əsl zəhmət, əmək, istedad, gərgin məşqlər, uğurlar əldə etmək üçün göstərilən şücaət fiziki məhdudiyyəti məğlub edir, onu arxa plana atır.  

S.Zeynalov  2023-cü ilin iyulunda Fransanın Montargis şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb və bu yarışda 2024-cü ildə Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarına reytinq xalları verilib. Bundan başqa, 2023-cü ilin avqustunda Zeynalov Rotterdamda keçirilən Avropa çempionatında bürünc medal qazandı. Elə həmin ay Parisdə keçirilən Qran Prinin bürünc mükafatçısı, 2023-cü ilin sentyabrında isə  Meksikada Parataekvondo Qran Prisinin qalibi oldu. Həmin ilin dekabrında Azərbaycan çempionatının qalibi oldu.  2024-cü ilin yanvar ayında Zeynalov dünya reytinqində üçüncü yeri tutub.

12 yanvar 2024-cü il tarixində məlum olub ki, Sabir Zeynalov (58 kq) 2024-cü il Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb. 2024-cü ilin fevralında Sabir Tehranda keçirilən Prezident Kubokunun bürünc mükafatçısı, 2024-cü ilin may ayında Vyetnamın Da Nang şəhərində keçirilən Asiya Açıq Çempionatında gümüş medal qazandı.

29 avqust 2024-cü ildə Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında çıxış etdi. 1/4 finalda Yaponiya idmançısı Mitsuyu Tanakaya qalib gələn qəhrəmanımız yarımfinalda ikiqat Avropa çempionu türkiyəli Əli Can Özcana uduzdu. Bürünc uğrunda mübarizədə Azərbaycan para-taekvondoçusu Tailand təmsilçisi Tanva Kaenxama qalib gələrək Paralimpiya Oyunlarında para-taekvondo yarışında medal qazanan ilk Azərbaycan idmançısı olub. Onun qazandığı medal həm də 2024-cü ildə Parisdə keçirilən Oyunlarda Azərbaycanın ilk medalı olub.

Sabir Olimpiyadaya gedənə çox böyük zəhmətlə, mətanətlə böyük bir yol qət etdi. 19 yaşlı idmançımız bu uğurları ilə həm bizi, həm də doğmalarını sevindirdi. “Olimpiada yolu həqiqətən də çox çətin idi. Paris Olimpiadasına çox yaxşı hazırlaşmışdım. Amma çox təəssüflər olsun ki, qızıl medal qazana bilmədim. Ən böyük arzum qızıl medal əldə etmək idi. İndi də ən böyük arzum budur. Bunu gerçəkləşdirmək üçün səhvlərimizin üzərində işləməliyəm. Sağlıq olsun, bunu da edəcəyəm. Düzdür, olimpiyadan bürünc medalla Vətənə qayıtdım. Bəzən təəssüfləndiyim, bəzən sevindiyim məqamlar olur. Ona görə təəssüflənirəm ki, qızıl medal əldən getdi. Sevinirəm ki, medalsız qayıtmadım. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın mənimlə bağlı paylaşımını görəndə bu mənim üçün ayrıca çox böyük motivasiya oldu. Bu təbrik  bundan sonrakı yarışlarımda  mənim üçün böyük stimuldur. Mən Mehriban xanıma da, Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevə də çox təşəkkür edirəm. Prezidentimiz məni III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi. Prezidentin və Mehriban xanımın idman sahəsinə böyük diqqətləri, qayğıları var. Bunu biz görürük, hiss edirik. Bu böyük dəstəyə və motivasiyaya görə cənab Prezidentə və Mehriban xanıma təşəkkür edirəm.

Dediyim kimi, bu yolda uşaqlıqdan indiyə qədər mənə ən böyük dəstəyi anam göstərib. Bütün yarışlarımda mənə ən çox inan da anam olub. Ondan sonra məşqçilərimdən, məşq yoldaşlarımdan, dostlarımdan  dəstək görmüşəm. Onlar mənə böyük dəstək göstərdilər. Mən onların mənə olan inamını, gözlərindəki sevinci görürdüm. Bu mənə böyük motivasiya verdi”.

Dünyada olimpiya üçüncüsü olmaq hissindən də danışan Sabir bildirdi ki, bəzən qazandığı medala baxıb çox kədərlənir, bəzən də çox sevinir, qürur hissi keçirir. Sabir ona görə kədərlənir ki, bundan daha yaxşısına layiq olduğunu və layiq olduğumuzu düşünür. “Dünya reytinqində üçüncü yerdə olmaq da, fikrimcə, çox yaxşı bir şeydir. Çünki bizim idman növündə Olimpiadaya lisenziya qazanmaq üçün reytinq olmalıdır. Bütün idman növlərində belədir. İlk altılıqa, səkkizlikdə, onluqda olmalısan ki, olimpiadaya vəsiqə qazanasan. Bizim idman növündə isə ilk altılıqda olmalısan. Mən də ilk üçlükdə olimpiadaya lisenziya qazanmışdım. Deyim ki, mən reytinqdə üçüncü olanda mənim 17 yaşım vardı. Dünya çempionatında isə 16 yaşımda idim. Sıfırdan başlayan bir idmançı il yarımda 58 kğ-da 60 nəfərin içində tədricən reytinqdə üçüncü oldu. Həqiqətən də bu mənim üçün də çox böyük bir şey idi. 

Uşaqlıqdan bəri ən böyük arzum olimpiadada qızıl medal qazanmaq idi. Çox təəssüf ki, Parisdə qazana bilmədim. Amma Los-Ancelesdə qazanmaq üçün əlimdən gələni edəcəyəm. Hazırkı məqsədim də Los-Anceles Olimpiadasından əvvəl olan dünya və Avropa çempionatlarında çempion olub bayrağımızı dalğalandırmaqdır. Ondan sonra digər yarışlarda çempion olmaqdır və olimpiadaya yenidən vəsiqə qazanmaqdır. Bundan sonra, dediyim kimi, ən böyük arzum 2028-ci ildə Los-Ancelesdə çempion olmaqdır”.

Sabir inanır ki, 2028-ci ildə Vətənə çempion kimi dönəcək və bu qələbəsi ilə xalqımıza və ailəsinə, yaxınlarına böyük sevinc bəxş edəcək. O deyir ki, bunun üçün əlindən gələni edəcək. 

Mətin və cəsarətli idmançımız uşaq və gənclərə də səsləndi. “İstər fiziki məhdudiyyətli, istərsə də əlilliyi olmayan dostlarımıza, uşaqlara, gənclərə demək istərdim ki, siz də bizim kimi böyük arenalarda ölkəmizi təmsil edə bilərsiniz. İstər idman, istərsə də digər sahələrdə siz uğur qazanmaq imkanına maliksiniz. Sadəcə olaraq, özünüzə inanmağınız və qarşınıza məqsəd qoymağınız lazımdır. Bu ikisi olduqda əlinimdən gələn hər şeyi edərək bir çox nəticələr əldə edə bilərik. Bunun üçün çox çalışmaq lazımdır. Ən əsası da ki, özünə inanmaq lazımdır. Yəni burda çəkiniləsi, utanılası bir şey yoxdur. Əlil dostlarımız var, bəlkə də həm özləri, həm də valideynləri qorxurlar, utanırlar ki, biz bunu edə bilərik, yoxsa edə bilmərik. Amma burdan həm valideynlərə, həm də əlilliyi olan uşaq və gənclərə demək istərdim ki, burda qorxulu heç nə yoxdur. Çətindir bəli. Amma o çətinliyə qalib gəlməyə hər birimiz qadirik. Həm mən, həm  digər məşq yoldaşlarım, həm də bir çox nəticə verən idmançılarımız bunu sübut edirlər. Hər bir əlilliyi olan şəxs uğurlar əldə edə bilər”.

19 yaşlı parataekvondoçumuz Sabir Zeynalovun  təsirli və cəsarət dolu uğur hekayəsinin böyük tərbiyəvi, maarifçi əhəmiyyəti var. Sabir sübut etdi ki, istedad, cəsarət, zəhmət, məqsədə, hədəfə çatmaq üçün göstərilən hünər fiziki problemi də dəf edə, insana böyük uğurlar, yaşamaq, fəaliyyət göstərmək eşqi verə bilir. Təki sönməyən istəyin olsun... 

İradə SARIYEVA 








VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

20.12.2024 | 16:53
Əsədə bir zərbə də 24 illik həyat yoldaşından gəldi - Esma boşanmaq üçün məhkəməyə müraciət etdi

20.12.2024 | 16:46
İqor Babuşkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.12.2024 | 16:44
Sergey Məlikov Prezident İlham Əliyevə məktub göndərib

20.12.2024 | 16:42
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 16:41
Mişustin Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

20.12.2024 | 16:40
“D-8 təşkilatına üzvlük Azərbaycanın beynəlxalq arenada daha geniş təsir imkanları qazanmasına yol açacaq” - Vüqar Rəhimzadə

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031