Zelenski münaqişəni 2025-ci ilə qədər bitirmək imkanı yarandığını deyir...
Ukrayna prezidenti Zelenski Rusiya ilə münaqişəni 2025-ci ilə qədər bitirmək imkanı yarandığını deyir.
Xorvatiyada keçirilən Ukrayna-Cənub-Şərqi Avropa sammitində çıxış edən deyib ki, oktyabr, noyabr və dekabr aylarında vəziyyəti sülhə və davamlı sabitliyə doğru yönəltmək şansı var: "Döyüş meydanındakı vəziyyət bu seçimi etmək imkanı yaradır – 2025-ci ildən gec olmayaraq müharibəni bitirmək”.
Zelenski əlavə edib ki, Ukrayna noyabra qədər nizamlanma ilə bağlı yeni konfransda təqdim olunması gözlənilən sənəd hazırlayacaq. Lakin o, konfransın nə vaxt keçiriləcəyini açıqlamayıb.
Zelenskinin sözlərinə görə, qələbə planı bunun üçün imkan yaradır: “Bizim üçün bu, qələbə planıdır və sizin hər bir ölkəniz üçün bu, etibarlı sabitlik planıdır. Plan tam həyata keçirildikdə Rusiya bizi və Avropanı qorxutmaq qabiliyyətini itirəcək. Noyabr ayına kimi sənəd, sülh çərçivəsi hazır olacaq və müharibənin ədalətli başa çatması üçün ətraflı şərtləri özündə əks etdirəcək”.
TAHİR