Avroparlament Gürcüstana qarşı qətnamə qəbul etdi, Tiflisdən də sərt reaksiya gəldi - bu ölkənin daxili işlərinə həyasızcasına müdaxilədir...
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib. Gürcüstanın keçmiş prezidenti Saakaşvilinin azadlığa buraxılması da tələb edilən qətnamədə Avropa İttifaqına Bidzina İvanişviliyə və Gürcüstanda demokratiyaya xələl gətirən digərlərinə qarşı sanksiyalar tətbiq etməyə çağırış edilir. Avroparlament, həmçinin Gürcüstan hökumətini Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırır.
Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının sədri İrakli Qaribaşvili isə Avroparlamentin qətnaməsi ölkənin daxili işlərinə “həyasız müdaxilə” adlandırıb. O, deyib ki, bu qətnamə birinci deyil və yəqin ki, sonuncu da olmayacaq: "Bu cür ədalətsiz qərar və ya qətnamə layihələrini çox görmüşük. 2 il əvvəl ölkəyə namizəd statusu verilməyəndə, bu qərarın qəbuluna 1-2 həftə qalmış oxşar məzmunlu mesajlarla oxşar, ədalətsiz, biabırçı qətnamə qəbul edilmişdi.
İndi seçkilərə iki həftə qalmış bizim radikal, müflis müxalifətimizi dəstəkləyən və müdafiə edən lobbiçilər Gürcüstan əleyhinə oxşar məzmunlu qətnamə hazırlayırlar. Bu da daxili işlərə açıq-aşkar müdaxilənin növbəti nümayişidir. Heç kim seçkilərə iki həftə qalmış hansısa ölkədə seçki proseslərinə belə kobud, həyasız müdaxilə, manipulyasiya və insanlara təsir cəhdini görməyib”.
ZÜMRÜD