Orban Ukrayna ilə bağlı Aİ-yə çağırış etdi - yüz minlərlə insan öləcək...
Avropa İttifaqı Kiyevin müharibədə məğlubiyyətini istəmirsə, Ukrayna ilə bağlı strategiyasını dəyişməlidir. Macarıstanın Baş naziri Viktor Orban bunu Avropa Parlamentində çıxışı zamanı deyib.
“Avropa İttifaqı Ukraynada müharibə ilə bağlı yanlış siyasət aparır. Əgər biz qalib gəlmək istəyiriksə, bu uğursuz strategiyanı dəyişməliyik”, - deyə Viktor Orban bildirib.
O, Avropa İttifaqını münaqişənin həlli üçün səy göstərməyə çağırıb: “Əgər bunu etməsək, müharibəyə daha çox cəlb olunacağıq və vəziyyət daha çıxılmaz olacaq. Biz müzakirə apararkən yüz minlərlə insan öləcək”.
Bir müddət öncə Viktor Orban Ukraynanın döyüş meydanında Rusiyanı məğlub edə bilməyəcəyini iddia edib. O, həmçinin bütün Avropa ölkələrinin tezliklə Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün çalışacağını deyib.
ZÜMRÜD