Fransanın acgözlüyü korsikalıları qəzəbləndirdi - hava və dəniz limanları bloklandı, ada iflic vəziyyətinə düşdü
Korsika adası iflic vəziyyətindədir. Korsika icması ilə Fransa dövləti arasında Korsika dəniz və hava limanlarının idarə olunması mövzusunda fikir ayrılığı adanın güclü şəxsiyyəti sayılan Jil Simeoninin (Gilles Simeoni) qəzəbinə səbəb olub. Nəticədə Korsika İşçi Birliyinin (STC) rəhbərlik etdiyi ictimai hərəkat iştirakçıları tərəfindən adadakı 4 hava limanı və 6 dəniz limanı blokadaya alınıb.
Korsika Ticarət və Sənaye Palatasının (CCI) növbədənkənar ümumi yığıncağı zamanı Korsika prefektinin nümayəndəsinin ilin sonuna qədər iki açıq qarışıq dəniz və hava limanı həmkarlar ittifaqının (SMO) yaradılmasına razılaşmaması ada sakinlərini qəzəbləndirib. Halbuki 2025-ci il yanvarın 1-dən adanın dəniz və hava limanlarını idarə etməyə davam etməsi üçün Ticarət və Sənaye Palatasına (CCİ) güzəştlər verilməli idi. Korsika prefektinin nümayəndəsinin əhəmiyyətli hüquqi risk barədə xəbərdarlığı adanın icra şurasının prezidenti Jil Simeoninin qəzəbinə səbəb olub. "Bu, müharibə elanıdır. Mənim üçün bu, müzakirə edilə bilməz, Korsika dəniz və hava limanlarını idarə edəcək beynəlxalq qruplar olmayacaq", - deyə J. Simeoni bildirib.
"Əsas problem nəqliyyatda rəqabət məsələsidir", - deyə adanın dörd hava limanı və altı limanı, habelə yüzlərlə səyahətçini gözləməyə məcbur edən tətil hərəkatını başlayan Korsika İşçiləri Həmkarlar İttifaqının (STC) məsul milli katibi Frekanza Mora Etyenn Santuçi yerli mətbuatda açıqlayıb. O bildirib ki, ada sakinləri nəqliyyatda istər infrastruktur, istərsə də nəqliyyat xətləri rəqabəti ilə razılaşmırlar.
Adada Ticarət və Sənaye Palatalarının (CCI) işçilərinin tətili Korsika Prefektini təmsil edən Korsika İşləri üzrə Baş Katib (Sgac) Alexandre Patrounun CCI-nin gərgin Baş Assambleyasından sonra başlayıb.
Korsika İşçilər Həmkarlar İttifaqı hesab edir ki, 2025-ci il yanvarın 1-dən etibarən adanın dəniz və hava limanlarının idarə etməyə davam edə bilməsi üçün dövlət CCI-yə güzəştlər verilməsilə bağlı öz mövqelərinə yenidən baxmalı və müqavilələri təsdiq etməlidir.
Xatırladaq ki, uzun illərdir Korsika adası Fransadan muxtariyyət tələb edir.
ZÜMRÜD