KÖHNƏ VERSİYA            

Qarabağ itkinlərinin həyatı cild-cild Xatirə Kitablarında yaşayır - Prezident həssas mövzunu gündəmə gətirdi...

Image

Nəzakət Məmmədova: “Prezidentin bu müraciətindən sonra beynəlxalq aləm təcavüzkar Ermənistandan əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızla bağlı Azərbaycana məlumat verməsini tələb etməlidir”

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 3 979 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızın taleyi bizi hər zaman narahat edir. Təəssüf ki, Ermənistan rəhbərliyi taleyi nəməlum qalan vətəndaşlarımız barədə məlumat verməkdən imtina edir. 

Onu da ürək ağrısı ilə qeyd edək ki, Azərbaycan dövlətinin rəsmi müraciətlərinə, çağırışlarına nə Ermənistan reaksiya verib, nə də beynəlxalq təşkilatların təcavüzkar ölkəyə qarşı hər hansı bir təzyqinin şahidi olmuşuq. Nəticədə isə yüzlərlə vətəndaşımızın taleyindən xəbərsiz qalmışıq. 

“Açıq mənbələrdə və internet resurslarında Birinci Qarabağ müharibəsində Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş insanlığa sığmayan əməlləri sübut edən kifayət qədər foto və videolar mövcuddur. Müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər törətmiş bəzi şəxslər bu gün Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab versə də, Ermənistanda buna görə hələ bir nəfər belə məsuliyyətə cəlb olunmamış, əksinə onlar qəhrəmanlaşdırılmışdır”. Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubunda yer alıb.

“Eyni zamanda, müxtəlif vaxtlarda Ermənistanda olan hərbi canilər, komandirlər kütləvi məzarlıqlar barədə məlumatlara sahib olduqlarını bildirmişdir. Buna baxmayaraq, Ermənistan hələ də bu məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir”, - deyə Prezident İlham Əliyev bildirib.

Prezident Əliyev qeyd edib ki, Ermənistan öz destruktiv mövqeyindən əl çəkməli və beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməlidir: “Əgər Ermənistan həqiqətən də Azərbaycanla sülhə nail olmaq istəyirsə, əsir və girov götürülmüş azərbaycanlılara münasibətdə törədilmiş vəhşilikləri qətiyyətlə pisləməli və günahkarları cəzalandırmalıdır. Bu, həmçinin, iki ölkə arasında təsirli etimad quruculuğu tədbirlərindən biri ola bilər”.

Bildiyimiz kimi, 2017-ci ildə Respublika Xatirə Kitabı Redaksiyası Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən “Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın İşçi qrupu ilə birgə Azərbaycanın ərazi bütövlüyünə təcavüz edən Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonlara hücumu, torpaqlarımızın işğalı zamanı əsir və girov götürülmüş, həmçinin naməlum şəraitdə itkin düşmüş hərbçi və mülki şəxslərin sonrakı taleləri araşdırılıb və dörd cilddən (iki dildə) ibarət kitab hazırlanıb. 

Bütövlükdə, Xatirə Kitabı Redaksiyası bu istiqamətdə çox böyük işlər görüb. 

“Biz təkzibolunmaz faktlarla, dəlillərlə danışırıq, əlimizdə kifayət qədər əsaslar var”

Mədəniyyət Nazirliyinin Xatirə Kitabı Redaksiyanın baş redaktoru Nəzakət Məmmədova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubunda məhz bu məsələnin xüsusi vurğulanması təqdirəlayqidir. “Cənab Prezidentin beynəlxalq konfransa müraciətində əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızla bağlı məsələni vurğulaması çox müsbət haldır. Bu müraciət beynəlxalq aləmə bir çağrışdır. Prezidentin bu müraciətindən sonra beynəlxalq aləm təcavüzkar Ermənistana əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızla bağlı Azərbaycana məlumat verməsini tələb etməlidir. Bu olduqca həssas və ağrılı məsələdir. Bilirsiz ki, bu məsələ dəflərlə gündəmə gətirilib və Ermənistana rəsmi müraciətlər edilib. Amma onlar faktları inkar etməyə cəhd ediblər və bizə heç bir məlumat verməyiblər”.

Baş redaktorun sözlərinə görə, Prezidentin bu məsələni beynəlxalq gündəmə gətirməsi təqdirəlayiq haldır. “Bu istiqamətdə indiyə qədər intensiv işlər görülüb. Bu işlərin uğurlu nəticələrindən biri o olacaq ki, Ermənistan öz cinayətlərini etiraf edib o siyahını bizə təqdim edəcək. İndiyə qədər Ermənistan inkarçı mövqedən çıxış edir və əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımız barədə məlumat verməkdən yayınır. Bu bizim üçün çox həssas məsələdir və istəyirik ki, dünya da buna həssas yanaşsın.

Biz bu xüsusi buraxılışı hazırlamağa başlayanda  əlimizdə 3888 nəfərin siyahısı vardı. Biz kitabı dörd cildə böldük. O vaxt Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə də müraciət edildi ki, biz bu faktları toplamışıq, əlimizdə faktlar var, 3888 nəfərin taleyi barədə məlumatlar mövcuddur, biz bunu kitab şəklinə salırıq. O vaxt Ermənistan təkzib etdi ki, ümumiyyətlə bizim bu işlərdən xəbərimiz yoxdur. Amma torpaqlarımız işğaldan azad olunduqdan sonra toplu məzarlıqlar aşkarlanmağa başladı. DNT testlərində müəyyən edildi ki, qalıqları aşkarlananlar adları bizim kitabda gedənlərdir. Halbuki, Ermənistan təkzib edirdi ki, guya onların bu məsələdən xəbəri yoxdur. Toplu məzarlıqlar açılanda bütün dəhşətlər üzə çıxdı. Fakt odur ki, ermənilər azərbaycanlıları zorakılıqla, amansızlıqla qətlə yetiriblər, dünyada bəlkə də bənzəri olmayan qəddarlıqla, işgəncə ilə onların həyatına son qoyublar.

Biz təkzibolunmaz faktlarla, dəlillərlə danışırıq, əlimizdə kifayət qədər əsaslar var” - deyə N.Məmmədova bildirdi.

N.Məmmədova bildirdi ki, Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən “Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın İşçi qrupu ilə birgə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızla bağlı dörd cildliyin (iki dildə) dördüncü cildinin təqdimatı keçiriləcək. O vurğuladı ki, Xatirə Kitabının Xüsusi buraxılışının IV cildinin təqdimatı (Xatirə Kitabı Xüsusi buraxılış)  oktyabrın 4-də saat 17:00-da Bakı Ekspo Mərkəzində baş tutacaq. “Oktyabrın 4-də Xüsusi buraxılışın dördüncü cildinin təqdimatıdır. Biz ora əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşların yaxınlarını, ailə üzvlərini dəvət etmişik”. 

Rəsmi məlumata görə, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 3 979 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Yeni rəqəmlərin sonuncu cilddə əks olunub-olunmamasına gəlincə, N.Məmmədova “Bəli, biz onları əlavələrə saldıq. Onların sayı 3 888 nəfər olmadı, sonuncu cildimizdə say tamamlandı, 3 979 nəfər oldu”.

N.Məmmədova əlavə etdi ki, İkinci Qarabağ müharibəsində itkin düşən 6 nəfərin də adları nəşrə salınıb.  

N.Məmmədovanın sözlərinə görə, dörd cildlik əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızla bağlı iki dildə-ingilis və rus dilində məlumat bankıdır.

Biz də hesab edirik ki, bu redaksiyanın ərsəyə gətirdiyi dörd cildlik beynəlxalq ictimaiyyətin vicdanının tərpənməsində, onların Ermənistana təzyiq göstərməsində mühüm rol oynayacaq...

İradə SARIYEVA







VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

20.12.2024 | 16:53
Əsədə bir zərbə də 24 illik həyat yoldaşından gəldi - Esma boşanmaq üçün məhkəməyə müraciət etdi

20.12.2024 | 16:46
İqor Babuşkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.12.2024 | 16:44
Sergey Məlikov Prezident İlham Əliyevə məktub göndərib

20.12.2024 | 16:42
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 16:41
Mişustin Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

20.12.2024 | 16:40
“D-8 təşkilatına üzvlük Azərbaycanın beynəlxalq arenada daha geniş təsir imkanları qazanmasına yol açacaq” - Vüqar Rəhimzadə

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031