KÖHNƏ VERSİYA            

İran İsraildən açıq-aşkar qorxdu - 10 ədəd nüvə bombası müzakirə olunur...

Image

İranın Yaxın və Orta Şərqdə ən güclü proksi qüvvəsi kimi bilinən “Hizbullah” qruplaşmasının lideri Həsən Nəsrullahın öldürülməsindən sonra siyasi təhlilçilər bununla regionda münaqişənin daha da alovlanacağı və daha geniş coğrafiyaya yayılacağı risqlərinin olduğu qənaətindədir. 

Xatırladaq ki, Nəsrullah sentyabrın 27-də İsrailin Livana endirdiyi hava zərbələri nəticəsində öldürülüb. Siyasi təhlilçilər ən pis ssenaridə İranın nüvə silahını əldə etmə cəhdi və ABŞ-ın İrana hücumu ehtimallarını da istisna etmirlər.

İranın ali dini lideri ayətullah Əli Xamneyi Nəsrullahın ölümünun qisassız qalmayacağına söz verib.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun  sabiq bir komandiri BBC-yə deyib ki, İsraili təhdid edib heç nə etməməsi SEPAH-ın daxili və xarici müttəfiqləri qarşısında etibarını daha da zədələyib. İndi bu şəraitdə hesab olunur ki, İran cavab olaraq İsrailə birbaşa hərbi zərbə endirərsə, bu, onun köhnə və qatı düşməni ilə tammiqyaslı müharibəsi olacaq. Amma Tehran çəkinmək yolunu tutsa, regiondakı müttəfiqləri və düşmənlərinin qarşısında öz reputasiyasına zərbə endirmiş olacaq. Burada qeyd edək ki, “Hizbullah” silahlı və siyasi təşkilat kimi Livanın cənubundakı böyük ərazilərə nəzarət edir. O, İranın “müqavimət xətti” adlandırdığı proksi və müttəfiqləri şəbəkəsinin aparıcı üzvüdür. Vaşinqtondakı Yaxın Şərq Sülh İnstitutundan Metyu Levit deyir ki, İran həqiqətən də çətin vəziyyətə düşüb: “İran çox qəliz bir situasiyaya düşüb. O, həm nəyin bahasına olursa-olsun cavab vermək iqtidarında olmaq istəyir, lakin həm də bunu belə açıq etməyin nəticələrindən qorxur”. ⁠İran İsrailə çətin ki, birbaşa hərbi zərbə endirsin. Ekspertlər deyir ki, bu, İranın daim yan keçmək istədiyi ağır tammiqyaslı müharibəyə səbəb olardı. Ekspertlərin fikrincə, tammiqyaslı münaqişə təqdirində İsrail İran üzərində, onun nəhəng dron və raket cəbbəxanasının olmasına baxmayaraq, böyük hərbi üstünlüyə malik ola bilər. Vaşinqtonda mənzillənmiş Demokratiyaları Müdafiə Fondunun eksperti Behnam Talıblı bu qənaətdədir ki, burada İranın malik olduğu variantlar “pislə betər” arasındadır. İran ötən apreldə İsrail üzərinə misli görünməmiş dron və raket hücumu etmişdi. Bu, Suriyadakı İran komandirlərinin raket zərbələri nəticəsində həlak olmasından az sonra baş vermişdi. Tehran həmin hücuma görə İsraili ittiham edirdi. Amma Talıblı düşünür ki, İran yalnız ölkənin varlığına birbaşa təhdid olarsa İsrail üzərinə birbaşa hücum qərarı qəbul edə bilər. Ekspertlərin fikincə, beləliklə, birbaşa qarşıdurmanın variant hesab olunmadığı bir situasiyada İran İsrailin əsas müttəfiqi ABŞ-a ziyan vurmaq məqsədilə “müqavimət xətt”i adlandırğı proksiləri və müttəfiqlərinə, o cümlədən İraqdakı iranyönlü şiə yaraqlılarına, Yəməndəki husi qiyamçılarına, Suriyadakı şiə silahlılarına üz tuta bilər. Amma İsrail 2023-cü ildə Qəzza zolağında müharibəyə başlayandan bəri İranın proksiləri bir xeyli zəifləyib və onların İsrailə cavab vermək üçün hərbi qüdrətləri yoxdur. Məsələn, ABŞ-da və bir sıra ölkələrdə terrorçu təşkilat kimi tanınan HƏMAS Qəzza zolağında xeyli zəifləyib. İsrail bu arada Livanda “Hizbullah”ın çox sayda komandanını sıradan çıxarıb. İndi bunlar fonunda Livan paytaxtında Həsən Nəsrullahın ölümünə İran, adətinin əksinə olaraq, təmkinli reaksiya verir.

Qeyd edək ki, Tehran  HƏMAS lideri İsmayıl Haniyənin ölümünə xeyli sərt reaksiya vermişdi. Behnam Talıblı bunu belə izah edir: “İran Haniyənin qətlinə görə sərt qisas və qətliam vədindən ona görə geri çəkilib ki, regionda ən azı siyasi baxımdan vəziyyət onun istədiyi istiqamətdə hərəkət edib. Lakin son iki həftədə İsrailin Livanda “Hizbullah”a qarşı cəsarətli və ölümcül addımları islam respublikası və onun müttəfiqləri üçün bu vəziyyəti son həddə çatdırıb”. Amma belə görünür ki, İran artıq çəkinmə strategiyasını qəbul edib. İranın Xarici İşlər Nazirliyi bəyan edib ki, Tehran Livana və Qəzza zolağına qoşun çıxarmayacaq. Lakin Tehran bunu onunla izah edir ki, Livan və Qəzza zolağında HƏMAS və Hizbullah özlərini təcavüzdən müdafiə üçün kifayət qədər qüvvəyə malikdirlər. Cenevrədə mənzillənmiş ekspert Fərzan Sabit deyir ki, buna baxmayaraq İsrailin onun müttəfiqləri üzərinə hücumlarına cavab verməkdən boyun qaçırması, Tehranın regiondakı nüfuz və reputasiyasına ziyan vurur: “Belə başa düşülür ki, Tehran İsrailə qarşı qoyduğu “qırmızı cızıqları” reallaşdırmaq iqtidarında deyil. Bu, hətta belə olmasa da, İran yenə də bu vəziyyətdə zəif görünür. Bu da var ki, kənardan görünən zəiflik daha böyük çətinliklərə yol aça bilər”. Amma İranın bəzi sərt xətt-hərəkət tərəfdarları İsrailə qarşı hərbi hərəkətə çağırırlar. Onlardan bəziləri Tehranı, hətta ölkənin nüvə proqramını hərbiləşdirməyə çağırıblar. Onlar deyirlər ki, yalnız nüvə silahı İsraili İran üzərinə birbaşa hücumdan çəkindirə bilər. İran mediası bildirir ki, ölkənin hazırkı zənginləşdirilmiş uran ehtiyatı 10 atom bombasının hazırlanmasına imkan verərdi. Lakin ekspertlərin fikrincə, İranın belə etməsi üçün aylar və hətta bir ildən də çox vaxt lazım gələ bilər. Fərzan Sabit  bu qənaətdədir ki, İran bir çəkindirici faktor kimi Hizbullahın gücdən düşdüyünü qət edərsə, Tehranın nüvə silahına münasibəti də dəyişə bilər. Ekspertin sözlərinə görə, hadisələrin indiki inkişafı İranı dinc və ya hərbi nüvə proqramı arasında seçimə yaxınlaşdıra bilər. Belə bir vaxtda İsrail ABŞ-a Livana qurudan müdaxilə edəcəyi ilə bağlı xəbərdarlıq edib. “Hizbullah” liderinin müavini Şeyx Naim Qasım deyib ki, İsrailin qurudan hücumuna hazırdırlar və qruplaşma İsraillə savaşına davam edəcək.

Tahir TAĞIYEV







VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

20.12.2024 | 16:53
Əsədə bir zərbə də 24 illik həyat yoldaşından gəldi - Esma boşanmaq üçün məhkəməyə müraciət etdi

20.12.2024 | 16:46
İqor Babuşkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.12.2024 | 16:44
Sergey Məlikov Prezident İlham Əliyevə məktub göndərib

20.12.2024 | 16:42
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 16:41
Mişustin Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

20.12.2024 | 16:40
“D-8 təşkilatına üzvlük Azərbaycanın beynəlxalq arenada daha geniş təsir imkanları qazanmasına yol açacaq” - Vüqar Rəhimzadə

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031