Gəncədə qanunsuz inşa olunan tikililər sökülüb - FHN məlumat yaydı
Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Abbas Səhhət küçəsində ayrı-ayrı tikililərdə qanunsuz olaraq artırma və ikinci mərtəbənin inşa edilməsi faktları aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət olunub.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.
Mətləb