KÖHNƏ VERSİYA            

Paşinyan regionda münaqişəni uzatmaq üçün yeni üsul tapdı...

Image

Faktdır ki, Qafqazda sülh üçün Ermənistanın öz konstitusiyasında dəyişikliklər etməsi zəruridir. Çünki Ermənistanın konstitusiyasında həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddiası mövcuddur. Digər tərəfdən, Ermənistandakı proseslər göstərir ki, bu gün hər hansı sülh müqaviləsi imzalansa belə, revanşist qüvvələr sonradan bunu qəbul etməyə bilərlər. Ona görə Azərbaycan haqlı olaraq hesab edir ki, sülh üçün Ermənistan öz konstitusiyasında dəyişiklik etməlidir.

Daha öncə Ermənistanın Konstitusiya İslahatları Şurasının üzvü Artur Sakunts da əsas qanunun dəyişdirilməsinin zəruriliyini gündəmə gətirib: “Bizim konstitusiya quruluşunda ciddi problemlərimiz var, insan haqları sahəsində ciddi problemlərimiz var, parlamentin icra orqanına nəzarəti baxımından ciddi problemlərimiz var, problemlər çoxdur, amma əsasən konstitusiyamızın dəyişməz maddələrindən çıxış etməliyik. Konstitusiyanın preambulasının dəyişdirilib-dəyişdirilməməsi ilə bağlı aydın mövqelər olmalıdır, mən sadəcə olaraq xahiş edəcəm ki, biz başqalarının tələblərindən yayınmaq və ya yerinə yetirməmək məntiqindən deyil, müstəsna olaraq dövlətimizin həyati maraqlarından çıxış edək. Mən mövcud vəziyyəti nəzərə alaraq dediklərim baxımından yeni konstitusiyanın tərəfdarıyam”.   Ermənistan parlamentinin deputatı Arusyak Culhakyan bildirib ki, konstitusiyanın optimallaşdırılması yolu ilə getmək və bir neçə şeyi tənzimləyən yığcam konstitusiyaya sahib olmaq lazımdır. Deməli, Ermənistanın özündə də etiraf olunur ki, konstitusiyanın dəyişdirilməsinə ehtiyac var. Amma bunlar fonunda Ermənistanın baş naziri Nikol Paşinyan  Nyu-York görüşlərində iddia edib ki, Azərbaycan konstitusiyasında da Ermənistana ərazi iddiaları var, amma İrəvan bunu mübahisə mövzusuna çevirmir. Çünki sülh müqaviləsinin artıq razılaşdırılmış mətnində deyilir ki, Ermənistan beynəlxalq razılaşmalar üzrə götürdüyü öhdəliklərdən daxili qanunvericiliyə əsaslanmaqla geri çəkilə bilməz: “Amma diqqət edin: biz Azərbaycan Konstitusiyasını sülh sazişinə əngəl saymırıq. Bunun sadə səbəbi var: sülh sazişi layihəsinin razılaşdırılmış hissəsində deyilir ki, tərəflərdən heç biri bu sazişin yerinə yetirməməsini əsaslandırmaq üçün daxili qanunvericiliyə istinad edə bilməz”. Paşinyan son bir ayda artıq bir neçə dəfə sözügedən məsələni qaldırıb. Azərbaycan Xarici İşlər Nazirliyi   Ermənistan baş nazirinin bəyanatını yanlış adlandırıb. Qurum qeyd edib ki, Azərbaycan Konstitusiyasında istinad olunan 1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı və 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Sözügedən iki sənəddə hansısa ölkəyə qarşı birbaşa ərazi iddiası yer almır. Sadəcə, Müstəqillik aktında Azərbaycanın 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Cümhuriyyətinin varisi olduğu yazılıb: “İlk Azərbaycan Respublikası dövründə hansı ərazilərin Azərbaycanın tərkibində olduğu, onların nə zaman Ermənistan tərkibinə qatıldığı isə tarixi faktlardır və bu faktları danmaq mümkün deyil. Bu heç bir halda hazırda Azərbaycan qanunvericiliyində Ermənistana qarşı ərazi iddialarının olması anlamına gəlmir”.

Bunlar fonunda tarixçi Araz Əliyev “Azadlıq” radiosuna bildirib ki, bu baxımdan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktında qonşu ölkələrə qarşı ərazi iddialarının olduğunu demək absurddur. Tarixçi Ermənistan konstitusiyasında ərazi iddiasının daha aydın ifadə olunduğunu və buna görə də Azərbaycanın tələbi ilə konstitusiyaya dəyişikliklərə razılıq verdiyini qeyd edir: “Azərbaycanın Konstitusiya Aktının yalnız ilk səhifələrinə deyil, bütün Akta nəzər salanda aydın olur ki, Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı dövlət müstəqilliyi əldə olunarkən sərhədlərin, suverenliyin və ərazi bütövlüyünün tamamilə qorunmasına xidmət edir, nəinki ekspansiv siyasət həyata keçirməyə”. Bəllidir ki, Azərbaycan Ermənistan Konstitusiyasının preambulunda özünə qarşı ərazi iddiasının olduğunu deyərək, bu sənədə düzəliş olunmadan sülh sazişinin imzalanmayacığını vurğulayıb. Belə ki, Ermənistan konstitusiyasında ölkənin 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edilir. Həmin bəyannamədə isə Sovet Ermənistanı ilə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair 1989-cu il aktına istinad olunur. Ermənistan müxalifəti isə hələ ilin əvvəlində konstitusiyaya dəyişikliklər təklifi ortaya çıxanda buna qarşı çıxırdı. Onlar Bakının bu məsələni ortaya atmaqla İrəvanla sülh sazişini imzalamaqdan yayınmağa çalışdığını deyirlər. Paşinyan konstitusiyanın dəyişdirilməsi istiqamətində ilk addım kimi xüsusi islahat şurasına baş qanunun yeni mətninin layihəsinin hazırlanmasını tapşırıb. Görünən odur ki, yeni konstitusiya 2026-cı ilin sonunadək referendumla qəbul olunmalıdır. Beləliklə, Ermənistan Konstitusiyasına dəyişiklik tələbindən dolayı Azərbaycanla sülh sazişinin imzalanması 2027-ci ildən tez baş verə bilməz. Tarixçi Araz Əliyevin fikrincə, belə yubanma regionda münaqişələrin qalmasını istəyən qüvvələrin əlinə oynayır: “Ona görə də sülh müqaviləsi nə qədər tez imzalanarsa, hər iki xalq üçün, bütövlükdə region üçün uğurlu olar”.

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031