İran, Rusiya və Türkiyə XİN rəhbərləri Nyu-Yorkda Suriyanı müzakirə ediblər
İran, Rusiya və Türkiyənin xarici işlər nazirləri Abbas Əraqçi, Sergey Lavrov və Hakan Fidan Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Suriya üzrə Astana formatında görüş keçiriblər. Bu barədə Rusiya XİN məlumat yayıb. Qeyd olunub ki, tərəflər Qazaxıstan hakimiyyəti ilə razılaşdırılaraq Suriya üzrə 22-ci beynəlxalq görüşü təşkil etmək niyyətlərini təsdiqləyiblər.
Xarici işlər nazirliklərinin rəhbərləri Suriyada və onun ətrafında vəziyyətin inkişafı ilə bağlı hərtərəfli fikir mübadiləsi aparıb, bu ölkədə uzunmüddətli normallaşma vəzifələrini diqqətə çatdırıblar.
Mətləb