Şəhid ailə üzvlərinin Şuşaya və Xankəndiyə səfəri təşkil olunub
“YAŞAT” Fondunun təşkilatçılığı, “Nar”ın sponsorluğu ilə şəhid ailə üzvlərinin Şuşa və Xankəndi şəhərlərinə səfəri təşkil olunub. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən mətbuata verilən məlumata görə, Anım Günündə reallaşan tədbirin məqsədi şəhid ailələrinə qəhrəman övladlarının fədakarlığı ilə azad edilmiş, Qarabağın döyünən ürəyi olan Şuşa şəhərini, eyni zamanda Xankəndi şəhərini yaxından tanıtmaqdır.
Səfər çərçivəsində şəhid ailələrinə Şuşa və Xankəndidə aparılan bərpa-quruculuq işləri ilə bağlı geniş məlumat verilib.
“YAŞAT” Fondu tərəfindən şəhid ailələri və qazilərə xüsusi diqqətin göstərilməsi və digər sahələrdə dəstək tədbirləri davam etdirilir. Səfər sentyabrın 28-də də davam edəcək.
Mətləb