İntizamsız şagirdlər sinifdən-sinfə keçirilməyəcək - İtaliyadan mühüm QƏRAR
İtaliyada ümumtəhsil müəssisələrində şagirdlərə davranış balı sistemi tətbiq ediləcək. Parlamentin təsdiq etdiyi təhsil qanununun tərkib hissəsi olaraq məktəb və liseylərdə şagirdlərin davranışı 10 ballıq sistem üzrə qiymətləndiriləcək. Beş və daha az bal toplayan şagirdlər akademik göstəriciləri qənaətbəxş olsa belə, nizam-intizam qaydalarına riayət etmədikləri üçün sinifdən-sinfə keçirilməyəcəklər.
Yeni qaydalar məktəblərə şagirdləri yalnız davranışlarına görə qiymətləndirmək səlahiyyəti verir, həmçinin müəllimlərə qarşı artan aqressiya ilə mübarizə aparmaq məqsədi daşıyır. İtaliyanın Baş naziri Ciorcia Meloni isə yeni qanunun məktəblərə hörməti geri qaytaracağına əmin olduğunu deyib.
Mətləb