KÖHNƏ VERSİYA            

Xatirə Kitabının təqdimatında ilginc anlar - "şəhid olmuş iki oğlumdan sonra evimi dövlətə bağışlayacam"...

Image

Yollar yorğun olmaz idi
Bağırında çatlar olmasa...
Torpaq Vətən olardımı
Əgər şəhidlər olmasa?

Torpağı Vətənə, Vətəni də bizim əbədi əzizimizə çevirən şəhidlərdir. Tarix boyu xalqımız çox şəhidlər verib, torpağımızın hər parçasının yaddaşında şəhid qanının izləri yaşayır, o qan qayaların, çiçəklərin, ağacların mayasına hopub... 

Nakam oğulların çoxdur, Vətən! Ömür yolu yarıda qırılan, arzuları gözündə qalan oğulların unudulmazdır, Azərbaycan! 

Nur şəhəri Mingəçevirin də nur üzlü şəhidləri var, orada da başı qara yaylıqlı, ağlar gözlü analar, qəddi bükülmüş atalar, qara bağlayan bacılar, yol gözləyən gəlinlər,  bənövşə boylu  balalar, nişan üzüyünü, nişan xonçasını göz bəbəyi kimi qoruyub ümidlə yaşayan nişanlı qızlar az deyil... Gözlədiklərinin gedər-gəlməzə getdiyini bilə-bilə gözləyirlər...

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası fəaliyyətə başladığı gündən indiyə kimi şəhid oğulların xatirəsini əbədiləşdirmək missiyasını uğurla daşıyır. Bu fədakar kollektivin, cəfakeş redaksiyanın baş redaktoru Nəzakət Məmmədova başda olmaqla, bütün əməkdaşlar bu müqəddəs missiyanı layiqincə yerinə yetirmək üçün gecələrini gündüzlərinə qatıblar. Bəzən bir şəhid barəsində məlumat almaq üçün   günlərlə, həftələrlə, aylarla dövlət qurumlarına, ailələrə soraqçı düşürlər. Əziyyətlərinin, zəhmətlərinin nəticəsi olaraq saysız nəşrlər, xüsusi buraxlışlar, kitablar ərsəyə gətiriblər, bu kitablar şəhidlərimizdən, onların yaratdıqları qəhrəmanlıq dastanlarından söz açır.   

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası baş redaktoru Nəzakət Məmmədovanın rəhbərliyi ilə kollektiv üzvləri ilə birgə nur şəhərinə - Mingəçevirə gedirik. Yol yoldaşlarımızdan biri də hər zaman bu redaksiyanın təəssübünü çəkən, kollektivlə birgə olan şair-publisist Rəfail Tağızadədir. Yol boyu şəhidlərimizdən, onların ailələrindən, qəhrəmanlqılarından danışırıq, ruhlarına dualar oxuyuruq...

Sentyabrın 26-dır, yolumuz uzundur, səfərin məqsədi Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi “44 gün – Tarixi zəfər” adlı kitabının I və II cildinin, həmçinin Vətən müharibəsi şəhidləri Əli və İslam Əhmədov qardaşları haqqında yazılmış “Şəhid dağı”, Musa və Tural Həsənov qardaşları haqqında yazılmış “Gəl, birlikdə köçək dünyadan...” adlı kitabların təqdimatını keçirməkdir. Mərasim  Mingəçevir Dövlət Dram  Teatrında keçiriləcək...

Şəhid ailələri ilə, şəhidlərin   doğmaları ilə bütün ünvanlarda görüşmək şərəflidir. 

Nəhayət, Kür qırağında, boz dağların qoynunda  binələnən, nuru ilə bütün Azərbaycanı işıqlandıran Mingəçevirə gəlib çatırıq, şəhərin gözəlliyi, təmizliyi göz oxşayır, sakitliyi əsəb sakitləşdirir.  Mingəçevir Dövlət Dram  Teatrına gəlib çatdıq, təqdimat mərasiminə hazırlıq başladı, bir-bir, iki-iki şəhid anaları, ataları, ailə üzvləri gəlməyə başladılar. 

Üzlərində kədər, ürəklərində dərin yaralar daşıyan şəhid əzizləri, şəhid ana və atalarını həm də qürurlu gördük...Sinələrində igid oğullarının şəkilləri əks olunan medalyon gəzdirən bu qürurlu insanların hər biri qəhrəmandır, hər biri igidlik rəmzidir. 

Təqdimat mərasimi Azərbaycan himni ilə açıldı, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

“Şəhidlər bizi məğlub vətəndaş adından xilas etdilər” 

Tədbirin aparıcısı şair-publisist Rəfail Tağızadə bildirdi ki, Xatirə Kitabı Redaksiyası çox böyük əziyyətlə, məsuliyyətlə bu kitabları ərsəyə gətirib və kiçik bir kollektivlə çox böyük işlər görüblər. “Xatirə Kitabı Redaksiyası böyük bir nazirliyin, böyük bir ordunun gördüyü işi görür. İndiyə kimi çoxlu sayda kitablar çap ediblər. Bizim hər birimiz şəhidlər haqqında məlumat toplayanda, yazı yazanda nələr yaşadığımızı bu yazıları yazanlar bilər. Şəhid bizm üçün ən müqəddəs insanlardır. Şəhidlər bizi məğlub vətəndaş adından xilas etdilər, bizə sevinc və qürur yaşatdılar. Bütün şəhidlər haqqında məlumatlar toplanılır. Bunlar həm Müdafiə Nazirliyindən, həm də icra hakimiyyətlədrən alınan informasiyalardır ki, onlar bu kitablarda əks olunurlar. Bəzi nüanslar olanda da onları şəhid ailələri ilə dəqiqləşdirirlər. Kollektiv şəhid aiələrinin nə yaşadığını o məlumatları hazırlayarkən dərindən yaşayır. Bu ağrılıdır, eyni zamanda da qürurvericidir. Ona görə ki, bu kitablar tarixdə qalır. Kitab qalır həmişə. Bu kitablar həm də şəhid ailələrinə diqqətdir, şəhidlərin ruhuna çox böyük hörmətdir. Bundan sonra da kollektiv öz üzərinə düşən missiyanı davam etdirib şəhidləri yaşatmaq üçün bu kitabları çap etdirəcəklər”-deyə bildirdi. 

“Xatirə Kitabı Re­dak­siyası müharibə ağrılarını özündə geniş əks etdirən ensik­lo­pedik tarixi salnamədir”

Sonra R.Tağızadə sözü məruzə üçün Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədovaya verdi. “Çıxışa başlamamışdan əvvəl tədbirə toplaşan şəhid ailələrinə, bu tədbirin təşkilində bizə köməklik göstərən Mingəçevir şəhər İcra Hakimiyyətinə və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinə öz təşəkkürümüzü bildiririk.

Bugünkü tədbirimizi nur şəhəri olan Mingəçevir şəhərində keçiririk. Ümumiyyətlə, bu şəhər müasirliyi və geniş, səliqəli küçələri ilə göz oxşayır. Mingəçevir Su Anbarının isə xüsusi bir gözəlliyi var. 

Mingəçevir şəhəri respublikamızda çox şəhid verən bölgələrimizdən biridir. Birinci Qarabağ müharibəsi zamanı 500 nəfərdən yuxarı, Vətən müharibəsi zamanı isə 70 nəfərə yaxın şəhid vermişdir. Onlardan 4 nəfəri: Malik Əsədov, Ruslan Muradov, Dilqəm Nağıyev və Rəşad Muradov torpaqlarımızın müdafiəsi uğrunda göstərdikləri igidliklərə görə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşlər.

Məlumat üçün bildirim ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümum­milli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabı Re­dak­siyası müharibə ağrılarını özündə geniş əks etdirən ensik­lo­pedik tarixi salnamədir. Bu kitab hazırda da tarixi bir hadisə kimi səciyyələnir və insanın tarixləşən həyatını özündə ehtiva edir”-deyə N.Məmmədova bildirdi. 

“Xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdiril­məsi...”

N.Məmmədova vurğuladı ki, kitabda, əsasən İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qara­bağ müharibəsi za­ma­nı torpaqlarımızın azadlığı uğrunda gedən dö­yüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaş­larımız, Milli qəhrə­man­la­rımız haqqında əhatəli materiallar dərc edilir, cəmiyyət üçün faydalı iş görülür. “Respublika Xatirə Kitabının iyirmiyə yaxın cildi çap olunub. Hər cild ötən tarixdən soraq verir. Əbəs yerə deyil ki, Res­pub­lika Xatirə kitabını yaddaşımızın abidəsi adlandırırıq. 

Xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdiril­məsi Respublika Xatirə Kitabı Redaksiyasının ümdə işidir və redaksiya bu prosesi daim öz üzərində bir məsu­liyyət kimi hiss etmiş, bu istiqamətdə araşdırma işləri aparmış və bu ənənəni hazırda da davam etdirməkdədir.   Respublika Xatirə Kitabının Vətən müharibəsində həlak olmuş üç mindən artıq şəhidlə bağlı “44 GÜN - TARİXİ ZƏFƏR” adlı çox­­cild­li­yi də tariximizin qan yaddaşıdır. Məlumat üçün bildirim ki, çox­cild­li­yin birinci və ikinci cildləri artıq geniş ictimaiyyətə təqdim olunub. Ha­zır­da biz həmin kitabların təqdi­ma­tına top­laş­mışıq. Kitabda Vətən müharibəsində həlak olmuş şəxslər barədə en­siklopedik məlumat ve­rilib, digərlərinin də ad­larının əbədi­ləşdirilməsi isti­qa­mətində növbəti cildlər üzə­rində işlər gö­rü­lür. 

Respublika Xatirə Kitabı Re­dak­­si­ya­sı “Bakı-Xəbər” qəzeti ilə birgə la­yi­hə əsasında “Şəhidlər ölməz, Vətən bölünməz!” seriya­sından bir neçə kitab dərc edib və bu kimi kitabların hazırlanması istiqamətində növbəti işlər görülür. Respublika üzrə bir evdən iki şəhid verən 7 ailə var ki, onun da ikisi Mingəçevir şəhərinin payına düşüb. Hazırda redaksiyamız tərəfindən nəşr olunan Musa və Tural Həsənov qardaşları haqda “Gəl birlikdə köçək dünyadan...”, eyni zamanda Əli və İslam Əhmədov qardaşları haqda  “ Şəhid dağı”  kitablarını da sizlərə təqdim edirik”. 

N.Məmmədova bildirdi ki,  Respublika Xatirə Kitabı Redaksiyası həmçinin “Vətən daşı... və ya 44 gü­nün das­tanı” adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlər artıq geniş ictimaiyyətə təqdim olunub. 

Baş redaktor qeyd etdi ki, “Heç kim unudulmur, heç nə yaddan çıxmır!” devizi ilə çıxış edən Xatirə ki­ta­bı xalqı­mı­zın qəhrəman övladlarının şücaətini, döyüş və hünər yollarını əks et­dirən yeganə məlumat bazasıdır. “Bu kitabın bugünkü və gələcək nəslin daş yaddaşına çevrilməsi özü tarixi bir hadisədir. Redaksiya olaraq bunu ümummilli lider Heydər Əliyevin xalqımıza xüsusi diqqəti kimi qəbul edir, qay­ğısını biz­dən əsir­gə­məyən ölkə rəhbəri, tarix yazan sərkərdə, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə tə­şək­kü­rü­müzü bildiririk. 

Son olaraq bildirim ki, xalqımızın 30 illik həsrətinə 44 gündə son qoyan cəsur, qəhrəman və qeyrətli Azərbaycan övladları - öz canlarını Vətən üçün fə­da edən, şərəf tariximizi yazan şəhid oğul­lar daim yad­da­şı­mızda yaşayacaq, xa­tirələri həmişə bizə əziz ola­caq. İllər, qərinələr ötə­cək, onlar heç vaxt unu­dul­mayacaqlar.

Sağlamlıqlarını itir­miş qazilərimiz də bizim fədailərimizdir, onların hü­nəri ilə bu gün ba­şımızın üstündə nikbin bir səma pər­vaz edir. 

Bizə Qələbə sevinci yaşadan şəhidlərimizi anmaq, onların adlarını və xatirələrini əbədiləşdirmək bizim borcumuzdur. Şəhidlər bizim əbədiyyət ünvanımızdır. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Qazilərimizə can sağlığı versin”-deyə N.Məmmədova bildirdi.

Mingəçevir şəhər İcra Hakimiyyətinin rəsmisi Sahib Əliyev çıxışında Mingəçevir şəhidləri də daxil olmaqla bütün şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində Xatirə Kitabı Redaksiyasının gördüyü işlərin mühüm əhəmiyyətini qeyd etdi. 

Məraimdə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin sektor müdiri Zəfər Hacıyev çıxışında bildirdi ki, təqdim olunan nəşrlər şəhidlərimizin xatirəsinə qoyulan abidədir. Xatirə Kitabı Redaksiyasının mingəçevirli şəhid qardaşlar barədə hazırladığı kitabların qəhrəmanlıq tariximizin təbliğində əhəmiyyətli dərəcədə rol oynadığını deyən Z.Hacıyev buna görə redaksiyaya təşəkkürünü bildirdi. Onun çıxışından sonra Əli və İslam Əhmədov qardaşlarına həsr olunan sənədli film təqdim edildi. "Bir ev muzeyinin tarixi" adlı filmdə qardaşların həyat, döyüş və şəhidlik yolu öz əksini tapıb. 

“Evimi dövlətimə, xalqıma miras qoyuram”

Vətən müharibəsi şəhidləri Əli və İslam Əhmədov qardaşları haqqında tanınmış şair-publisist Hikmət Məlikzadənin qələmə aldığı “Şəhid dağı” və  Musa və Tural Həsənov qardaşları haqqında yazdığı  “Gəl, birlikdə köçək dünyadan...” adlı kitabları maraqla qarşılandı.   

Əli və İslam qardaşlarının anası Sevinc Əhmədovanın çıxışı isə sözün həqiqi mənasında bütün zalı ağlatdı. “Çox sağ olun ki, bizi tək qoymursunuz, biz şəhid anaların yanındasınız. 

Xatirə Kitabı Redaksiyasına, şəxsən Nəzakət xanıma  minnətdarlıq edirəm, oğlanlarım barədə belə gözəl kitab yazdığı üçün Hikmət müəllimə təşəkkürümü bildirirəm. Bizim oğullarımızı unudulmağa qoymursuz və onlar haqda kitab yazıbsınız. Burdan xalqıma, dövlətimə müraciət edirəm. O evdə Əli ilə İslam yaşayıb, indi də onların ruhu yaşayır. Evimi dövlətimə, xalqıma miras qoyuram. Deyirəm ey dövlətim, ey xalqım, mirasım mirasınız olsun, gələcək nəsillər qoruyub saxlasın...” 

Sevinc ananın iki balası olub, ikisini də Vətənə, ərazi bütövlüyümüzə qurban verib, indi də yurdunu, balalarının ruhu yaşayan, izləri əbədi qalan evini, mülkünü xalqımıza, dövlətimizə əmanət edir. Deyir ki, xalq və dövlət Əlini, İslamı əbədi olaraq yaşadacaq. 

“Mənim şəhid oğullarım həmişə yaşacaqlar”

Musa və Tural Həsənov qardaşlarının anası Nəhayət Həsənova da çıxış etdi. Ana bildirdi ki, oğlanlarından birindən bir qız, o birindən isə bir oğul yadigar qalıb, onlardan şəhid balalarının ətrini alır: “Birlik olmayan yerdə heç nə olmur. Xalq olaraq yumruq kimi birləşib torpaqlarımızı işğaldan azad etdik. Torpaqlarımızın azad olunması şəhidlərimizin hesabına oldu. Dövlətimdən çox razıyam ki, illər-aylar keçəcək, mən dünyamı dəyişəcəm, amma oğullarımı dövlətim yaşadacaq. Mənim şəhid oğullarım həmişə yaşayacaqlar. İstərdim ki, bütün şəhidlərimiz haqda kitablar, dastanlar yazılsın. Çünki düşməni torpağımızdan bizim övladlarımız qovdu”.  

Tədbirdə Əli və İslam Əhmədov qardaşları haqqında yazılmış “Şəhid dağı”, Musa və Tural Həsənov qardaşları haqqında yazılmış “Gəl, birlikdə köçək dünyadan...” adlı kitablarının müəllifi Hikmət Məlikzadə də çıxış etdi. “Mən şəhidlərimizin şəkillərinə baxanda həmişə içimdən bir hiss keçirdi, “mən niyə sağam? Amma redaksiyamızın baş redaktoru Nəzakət xanım Mingəçevirin dörd cəngavər şəhidi haqqında kitab yazmaq missiyasını mənə tapşıranda əmin oldum ki, bu sualın cavabını tapdım. Mən Mingəçevirə gəldim, əvvəlcə Əli və İslam qardaşlarının anası Sevinc xanımın qonağı oldum. Sevinc xanımın ürəyində böyük bir acı olmasına baxmayaraq məni sevincə qarşıladı. Söhbət əsnasında dediyi bir kəlməni unuda bilmirəm: “Şəhid dağı ağır dərddur,  oğul!” Mən Əli və İslam qardaşları haqda yazacağım kitaba ad tapdım -“Şəhid dağı”. Həmin gün Mingəçevirdə dəhşətli külək vardı. O gün külək məni qoynuna alıb Sevinc xanımgildən birbaşa Musa və Tural qardaşlarının anası Nəhayət xanımın evinə apardı. Nəhayət xanım da ürəyində tonlarla şəhid acısı olmasına baxmayaraq məni gülər üzlə qarşıladı. Söhbət zamanı dedi ki, oğlu Musa gözəl şeirlər yazırdı. Şeirlərindən birində Musa deyirdi:  Nə gözəl qardaşsan, mənim qardaşım,  

Gəl elə dünyadan birlikdə köçək.

Həmin an mən Tural və Musa qardaşları haqqında yazacağım kitaba ad tapdım - “Gəl, birlikdə köçək dünyadan”. Kitabın adı belə yarandı”-deyə H.Məlikzadə bildirdi. 

Mərasimdə İslam və Əli qardaşlarına həsr olunan sənədli film də nümayiş olundu.

Sonda isə  Xatirə Kitabı Redaksiyanın ərsəyə gətirdiyi “44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildi, “Şəhid dağı”, “Gəl, birlikdə köçək” kitabları şəhid ailələrinə təqdim edildi, xatirə şəkilləri çəkildi. 

İşimizi qurtarıb Bakıya can atırıq, şəhid yadigarlarını qəhrəmanlar şəhəri, nur üzlü şəhidlər yurdu Mingəçevirə əmanət edib ayrılırıq, beləliklə, şəhid işığına ünvanlanan bir səfərimiz başa çatır...Qarşıda yeni səfərlər, yeni şəhid ünvanları var...Xatirə Kitabı Redaksiyası hələ neçə-neçə boynu bükük şəhid anasının ürəyini sevindirəcək...Sağlıq olsun!

İradə SARIYEVA
Mingəçevir-Bakı








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031