KÖHNƏ VERSİYA            

Ermənistan Fransa Universitetində ermənilərə genosid dərslərini fransızlar öyrədir...

Image

Məhərrəm Zülfüqarlı: “Bu seminarın məqsədi erməni gənclərin beynini yeni faşist, genosid nağılı ilə zəhərləməkdir”

Fransanın erməni separatizminin əsas “ilhamverici” qüvvəsi olduğunu bilməyən yoxdur. Saxta erməni “soyqırımı” layihəsinin də hazırlanıb ortaya atılmasında bu ölkənin “rolu əvəzsizdir”.   Fransa  uzun illərdir ki, erməni terroruna, erməni təcüvüzünə, erməni separatizminə açıq dəstək verir və bütün gücü ilə separatimzin səhnədən silinməməsinə çalışır. 

İrəvanda fəaliyyət göstərən Ermənistanın Fransa Universitetində fransız alimlər, mütəxəssislər təxribatla məşğul olurlar. Qondarma “soyqırımın” təbliği ilə bağlı fransızlar həmin universitetdə seminarlar təşkil edir, tələbələrə saxta genosidi tədris edirlər. Fransa Universiteti İrəvanda tələbələrə "genosid" dərsi öyrədir. Orda ermənilərin guya Qarabağdan deportasiya olunması, "genosidə" məruz qalması, 1915-ci ilin "genosidi" və sair tədris edilir. Saxta genosid tarixinin ermənilərə aşılanmasıda Fransa universitetləri, fransız alimləri aktiv şəkildə iştirak edirlər. 

Ermənistan mətbuatı yazır ki, İrəvanda Fransa Universitetinin və Paris Şoa Memorial Kompleksinin (Holokost Muzeyi) birgə təşəbbüsü və Almaniya Xarici İşlər Nazirliyinin dəstəyi ilə “Bir daha heç vaxt” adlı iki günlük seminar keçirilir. Seminar “kütləvi cinayətlərə və onların tarix və hüquq baxımından pislənməsinə həsr olunub”.

Fransa Universitetinin rektoru Salva Nakuzi deyib ki, “erməniləri bilavasitə maraqlandıran soyqırımla bağlı məsələlərin müvafiq elmi və tarixi araşdırmasıdır”. 

“Mövzu ona görə vacibdir ki, Paris və İrəvandakı Soyqırım Memorialları arxivləri və tarixi yaddaşı saxlayır. Mən istərdim ki, tələbələr bu arxivlərdən geniş istifadə etsinlər, xüsusən də Birinci Dünya müharibəsi zamanı Şoa arxivləri toplandığından, onlarda hər şey vaxtında sənədləşdirilib.

Kurslar zamanı iştirakçılar tanınmış tarixçilər, eləcə də kifayət qədər müddət ərzində soyqırımla bağlı məsələləri işləmiş və öyrənmiş insanlarla ünsiyyət qurmaq imkanı əldə edəcəklər”-deyə rektor bildirib. 

Maraqlıdır ki, bunlar tələbələri saxta, qondarama “soyqırım” tarixini öyrənməyə məcbur edirlər. 

“Bu gün biz inkar siyasətinin şahidiyik, bəziləri ermənilərin başına gələnləri sadəcə olaraq rədd edir. 

Seminarda Fransanın bəzi mütəxəssiləri, eləcə də bu ölkənin Ermənistandakı səfiri çıxış edib, guya müxtəlif arxivlərdə  “soyqırımlar” haqda məlumatlar olduğunu, gənclərin onları öyrənib tədqiq etməli olduğunu deyib. Özləri deyirlər ki, artıq genosid məsələsini, bu ifadəni qəbul edənlərin sayı azalır, o ifadənin sıradan çıxmasını istəyənlər çoxdur, onlar da “genosid” nağılının silinib aradan çıxamaması üçün əl-ayğa düşüblər. Yəni məqsədləri bu cür qondarma seminarlar keçirməklə “genosid” layihəsini gündəmdə saxlamaqdır. Çünki müasir erməni gəncliyi qondarma “erməni soyqırımı” nağılını inkar edir, onu qəbul etmək istəmir. Fransızlar da çalışır ki, bu nağılı gənc nəslin beyninə yeritsin. 

Fransızların erməni gənclərə saxta “genosid” tarixini öyrətməsi, üstəlik Almaniyanın da bu işə dəstək verməsi Qərbin antitürk, antiazərbaycan siyasətinin açıq təzahürüdür. 

“Fransanın əsas məqsədi faşist ideologiyasına xidmət edən yeni nəsil formalaşdırmaqdır, ona görə də bu universitetdə qondarma soyqırım dərsləri keçirlər”    

Professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu cür təxribatçı seminarların, dərslərin təşkil edilməsi ilk hadisə deyil, dəfələrlə keçirilib. “Çox təəssüf ki, biz bu cür məsələlərə gec reaksiya veririk. Məsələ burasındadır ki, belə hallara mətbuat və alimlər, tarixçilər cavab verir, amma bizim rəsmilər seyrçi mövqe tutur, sanki kimisə, nəyisə gözləyirlər. Yəni ermənilərin, fransızların, başqa bu qəbildən olan antiazərbaycan, antitürk qüvvələrin cavabını vermək rəsmilərin səlahiyyətində olan məsələlərdir, onlar sözlərini cəsarətlə deməlidir. Amma demirlər. Mənə elə gəlir ki, bütün məsələlərdə bütün yükü ölkənin birinci şəxsi öz üzərinə götürüb. Prezident çıxış edir, bunları tənqid edir, ondan sonra o barədə söz deməli olan qurumlar danışmağa başlayırlar və Prezidentin dediklərini təkrar edirlər. Fikrimcə, bu məsələdə mövqe dəyişikliyi etməliyik. Yəni hər şeyi Prezidentin üstünə atmaq lazım deyil. Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, AMEA-nın ayrı-ayrı institutları, eləcə də digər aidiyyəti qurumlar bu işlə məşğul olmalıdır. Onda bəli, biz erməni yalanlarına, onların havadarlarına layiqli cavab verə bilərik. Buna baxmayaraq, Azərbaycan dövləti olaraq qardaş Türkiyə ilə birlikdə erməni yalanlarının ifşasında həmişə obyektiv mövqelərindən çıxış etməklə onların saxtalarlıqlarını faş edə bilərik. Fikrimcə, bu məsələ sistemli olmalıdır, davamlı xarakter daşımalıdır. 

İndi isə əsas məsələyə keçək. Fransa və Ermənistan nə istəyir? 44 günlük müharibədə qazandığımız qələbədən sonra Ermənistan rəhbərliyinin verdiyi bəyanatlar nisbətən müsbət qarşılanmalı idi. Paşinyan deyirdi ki, reallıqla barışmaq lazımdır, nağıllara qulaq asmaq lazım deyil, mifik “Böyük Ermənistan” xülyasından əl çəkin və sair. Ümid yaranırdı ki, nəhayət, Ermənistanın yeni rəhbərliyi uzun illər davam edən nağıllara, miflərə, düşmənçiliyə son qoyacaq, Türkiyə ilə Ermənistan arasında münasibətlər normallaşacaq, bu da Ermənistan-Azərbaycan münasibətlərinin yaxşılaşmasına yol açacaq, sülh bərqərar olacaq. Belə bir deyim var:”İlana zəhər verən kərtənkələ”. Fransa uzun illərdir ilana zəhər verən kərtənkələ rolunu oynayıb. Yəni Ermənistana birbaşa millətçilik, şovinistlik, revanş, separatçılıq zəhərini transfer edən, o zəhərlə qidalandıranın Fransa olması deyilən seminarın keçirilməsində də özünü göstərir. 

Birinci Holokost məsələsinə diqqət yetirək. Bu, İkinci Dünya müharibəsi ərəfəsində və dövründə alman faşistlərinin yəhudilərə qarşı soyqımıdır ki, bunu dünya tanıyır. Bundan sonra ermənilər özlərini yəhudilərə oxşatmağa və dünyada “yazıq xalq”, “genosidə məruz qalmış xalq” kimi qələmə vermək üçün bu məsələdən istifadə etməyə başladılar, Fransa da burda “böyük rol oyandı”. Hətta bilirsiz ki, Türkiyəyə qarşı qondarma erməni “soyqırımı” iddiası irəli sürülməsi üçün Fransada qanun qəbul olunub, bu qanuna əməl etməyənlər cinayət məsuliyyətinə cəlb olunur. Elə bil ki, fransızlar ermənidən çox erməni olublar. Nəyə görə? Bunlarda Türkiyəyə qarşı ifrat dərəcədə nifrət var”-deyə bildirən M.Zülfüqarlı qeyd etdi ki, Fransa özünü demokratik, insan haqlarını müdafiəçisi kimi qələmə versə də, amma qardaş Türkiyənin inkişafını, yüksəlişini, orda normal cəmiyyətin qurulmasını qəbul etməmələri fəaliyyətlərindən görsənir, Osmanlıya bəslədikləri nifdrəti Türkiyəyə qarşı davam etdirirlər. “Məqsəd isə Türkiyəni zəiflətmək, Türkiyəyə qarşı ərazi iddiaları irəli sürmək, ərazi əldə etmək, təzminat almaq və sairdir. Belə bir misal var: Avropa Birliyi Türkiyəyə nəyisə vermək istəməyəndə, yaxud Türkiyədən nəisə almaq istəyəndə bu qondarma, saxta erməni “soyqırımını” ortaya atır. Özü də bunlar demokratik don geyərək bunu edirlər. Fikir verin. Saxta məsələlərə həsr etdikləri seminarda, dərslərdə məqsədin nə olduğunu özləri deyirlər. Bildirirlər ki, artıq genosid, faşist sözü əvvəlki kimi qəbul olunmur, ona görə də onlara yeni məna verməklə bunu gənclərin beyninə yeritmək lazımdır. Bu seminarın məqsədi erməni gənclərin beynini yeni faşist, genosid nağılı ilə zəhərləməkdir. Çünki ermənilər arasında kifayət qədər insan var ki, qondarma “soyqırımı” qəbul etmirlər, onu inkar edirlər, fransızlar da bundan narahat olurlar.   Fransanın bu universiteti 1915-ci ildə guya erməni “soyqırımı”nın baş verdiyini, Qarabağdan köçüb gedən ermənilərin “etnik təmizləməyə məruz qaldığını” uydurmalar əsasında yenidən  erməni cəmiyyətinə yeritmək istəyir. Bilirsiz, Ermənistandakı qondarma soyqırım muzeyləri, abidələr, yazılan qalaq-qalaq kitablar erməni gəncliyi üçün maraqlı deyil. Ona görə də bunlar əl-ayağa düşürlər ki, ermənilər bu iddialardan çəkilməsinlər. Bu uydurma genosidlərin ssenarisini elə fransızlar özləri hazırlayıblar və bu nağıla da erməniləri əsir ediblər. İndi də görürlər ki, ssenariləri iflasa uğrayır, ona görə də univcersiet səviyyəsində bunu tədris edirlər”-deyə M.Zülfüqarlı bildirdi.  

M.Zülfüqarlının sözlərinə görə, fransızlar erməni gənclərinin beynini bu cür faşist, millətçilik təlimləri ilə zəhərləyirlər. 

M.Zülfüqarlı sual edir ki, Türkiyədə bu cür qatı millətçilik güclüdür, yoxsa Fransada? M.Zülfüqarlının sözlərinə görə, bunu müəyyən etmək üçün Fransada və qardaş Türkiyədə keçirilən seçkilərə baxmaq kifayətdir. “Qardaş Türkiyədə keçirilən bələdiyyə seçkilərində müxalifətçi, cumhuriyyətçi Xalq partiyası üstünlük qazandı, bunlar sol mərkəzçi partiyadır. Fransada keçirilən seçkilərdə isə qatı sağçı  faşist partiyasının rəhbəri Li Pen uğurlar qazanıb az qala qələbə çalsın. Yəni Türkiyə seçkilərində iştirak edən partiyalar sağ mərkəzçi, sol mərkəzçi olduğu halda Fransada hakimiyyətə iddia edən və çox səs qazanan partiyalardan biri faşist parrtiyasıdır. Bunlar deyirlər ki, Fransa fransızlar üçündür, bütün miqrantlar ölkədən qovulmalıdır. Öz gözlərində tiri görmür, başqasının gözündə çöp axtarırlar, buna deyirlər.

Fransanın, eləcə də digər mərkəzlərin dəstəyi ilə keçirilən bu cür dərslər, seminarlar, tədbirlər  Ermənistanı yeni bəlalara düçar etmək, nağıllardan, düşmənçilik təbliğ edən fikirlərdən usanmış nisbətən yaşlı erməniləri əvəz edəcək yeni ekstremist, faşist ideologiyasına məxsus gənclər yetişdirmək məqsədi güdür. Yəni Fransanın əsas məqsədi faşist ideologiyasına xidmət edən yeni nəsil formalaşdırmaqdır, ona görə də bu universitetdə qondarma soyqırım dərsləri keçirlər. Bu, erməni xalqının ziyanınadır, onlar bundan çox əziyyət çəkiblər, bunun qarşısı alınmasa bundan sonra da əziyyət çəkəcəklər. 

Fransada erməni diasporu güclüdür. Dediyim kimi, “ilana zəhər verən” həmin diaspordur, Fransanın özüdür. Yadda saxlayın ki, ermənilərin qatı faşist təfəkkürlü şəxslərindən biri olan Andranikə Fransada heykəl qoyulub. Fransızlar həmin seminarda kimlərinsə “memuarlarından” danışırlar ki, erməni gənclər onları oxusunlar. Bunlar hamısı tarixi yaddaşı saxtalaşdırmaq, tarixi həqiqətləri inkar etməkdir. 

Fikir verin, 1915-ci ildə ermənilər yaşadıqları Osmanlı imperiyasına xəyanət edib, rusların xeyrinə qiyam qaldırıb türkləri qırıblar. Türk ordusu əməliyyat keçirib bu qiyamın qarşısını alıb, erməniləri cəbhə bölgəsindən köçürüb. Bu adi bir prosesdir. Görün, bunu necə öz xeyrlərinə saxtalaşdıraraq, təbliğ edərək Türkiyənin əleyhinə çeviriblər. Qardaş Türkiyə rəhbərləri, o cümlədən Rəcəb Tayyib Ərdoğan dəfələrlə deyib ki, bunu araşdırmaq tarixçilərin işidir, arxivlər açılsın. Bu seminarda da onlar arxivlərdən çox danışırlar. Nə üçün Ermənistan arxivi açılmır? Türkiyə arxivləri açmağa hazırdır. Gəlsin, neytral tarixçilər bu məsələni aydınlaşdırsınlar. Çünki yalan üzərində qurulmuş təbliğat o dəqiqə ifşa olunacaq. Amma yalan  üzərində qurulan siyasətlə hələ də Fransa və onun kimi ölkələr Ermənistandan bir alət kimi istifadə etməklə qardaş Türkiyəyə qarşı təbliğat aparırlar. Bu təbliğatın da bir ucu gəlib Azərbaycana yönəlir. Əgər biz fəal olmasaq, Azərbaycan strukturları öz  vəzifələrini icra etməsələr onların təxribatı davam edəcək. Həmişə deyirəm ki, Azərbaycana qarşı təxribat varsa hər bir Azərbaycan vətəndaşı buna qarşı mübarizə aparmalıdır”-deyə M.Zülfüqarlı əlavə etdi. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031