Zelenski Trampla görüşməkdə israrlıdır - buna görə ABŞ səfərini uzatdı
Ukrayna Prezidenti Volodimir Zelenski Birləşmiş Ştatların sabiq dövlət başçısı Donald Trampla görüşmək üçün ABŞ-a səfərini uzadıb.
CNN telekanalı bu barədə Zelenskinin planları ilə tanış olan mənbəyə istinadla məlumat yayıb.
Telekanalın məlumatına görə, Ukraynanın dövlət başçısı Trampla görüşmək üçün daha bir gün ABŞ-da qalmalı olub.
Bundan əvvəl Donald Tramp Volodimir Zelenskinin onunla görüşmək istəyinın yer aldığı məktubunu dərc edib. ABŞ-ın sabiq lideri Ukrayna prezidenti ilə cümə günü səhər Nyu-Yorkdakı “Trump Tower” otelində görüşəcəyini deyib.
Qeyd edək ki, Volodimir Zelenski sentyabrın 22-dən ABŞ-da səfərdədir.
ZÜMRÜD