Azərbaycan, İran və Rusiya elektrik sistemlərinin birləşdirilməsi üzrə danışıqlar davam edir...
Azərbaycan, İran və Rusiya elektrik sistemlərinin birləşdirilməsi layihəsi üzrə danışıqlar aparır. Bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.
Rusiya hökumət nümayəndəsinin sözlərinə görə, plan hazırda texniki-iqtisadi əsaslandırma mərhələsindədir və onun üzərində energetika nazirlikləri tərəfindən iş aparılır.
Rusiya baş nazirinin müavini qeyd edib ki, plan Rusiyanın cənubunda enerji kəsirini ödəmək deyil, lazım gələrsə, elektrik enerjisinin mübadiləsini həyata keçirməkdir.
Enerji təchizatı Belarus və digər MDB ölkələri ilə layihələr kimi ikitərəfli olacaq.
TAHİR