Gürcüstandan xəbərdarlıq - ABŞ-la münasibətlərə yenidən baxıla bilər, belə davam edə bilməz...
İndi hər şey Amerika tərəfdən asılıdır. Münasibətlər belə davam etməməlidir, əks halda biz mövcud status-kvonu yenidən nəzərdən keçirməli olacağıq.
Bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib. Onun sözlərinə görə, Gürcüstan tərəfinin kommunikasiya və ünsiyyətlə bağlı heç bir problemi yoxdur.
“Bizim ünsiyyət qurmaq qabiliyyətimiz var. Tbilisidə görüş baş tutub, eləcə də bir neçə gün əvvəl səfirlə görüş olub. Ünsiyyətlə bağlı heç bir problemimiz yoxdur. Biz bu mesajı Amerika tərəfi ilə çox aydın şəkildə paylaşdıq və bu, ictimaiyyətə də məlumdur. Dedik ki, münasibətlər belə davam etməməlidir, əks halda mövcud status-kvonu yenidən nəzərdən keçirməli olacağıq. Bu, bizim açıq mövqeyimizdir. İndi hər şey Amerika tərəfdən asılıdır”, - deyə Kobaxidze vurğulayıb.
ZÜMRÜD