"Növbəti mərhələ ilə bağlı qərar hələ qəbul edilməyib" - Paşinyanın müavini
"Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyasının növbəti mərhələsi ilə bağlı qərar hələ qəbul edilməyib." Ermənistan mətbuatının yazdığına görə, bu barədə erməni jurnalistlərə açıqlamasında ölkənin baş nazirinin müavini Mher Qriqoryan deyib. "Biz hələ daxili tənzimləmə prosedurlarını tamamlamalıyıq", - o bildirib.
M.Qriqoryanın sözlərinə görə, demarkasiya prosesinin həyata keçirilməsinə dair sazişin əsas məqsədi bütün problemlərin sakit, əsaslı və qanuni həllini təmin etməkdir. O əmin edib ki, demarkasiya prosesi tamamilə qanunidir.
Mətləb Salahov