KÖHNƏ VERSİYA            

BMT-də bilmirlər yunan məruzəçi Azərbaycana obyektiv olmayacaq?..

Image

Akif Nağı: “Biz yunan xüsusi məruzəçidən obyektivlik gözləyə bilmərik, çünki məqsədi qərəzsiz olmaq deyil, qərəzli olmaqdır”

“BMT-nin mədəni hüquqlar üzrə xüsusi məruzəçisi Aleksandra Xantaki guya “Qarabağda erməni mədəni irsinin dağıdılması” barədə cəfəng iddialarla çıxış edib. 

İlk öncə vurğulamaq istərdik ki, xüsusi məruzəçinin məktubunun başdan-başa anti-Azərbaycan xarakter daşıyan məzmunu, tonu və erməni diplomatlarının dərhal onu sevinclə paylaşması məktubun Ermənistan Xarici İşlər Nazirliyində yazıldığını deməyə əsas verir.

Xüsusi məruzəçinin Azərbaycanın suverenliyini təhdid edən iddialarını kəskin şəkildə pisləyir və qətiyyətlə rədd edirik”. Bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

Qeyd edilib ki, xüsusi məruzəçinin “Dağlıq Qarabağ”, “Mardakert”, “Karmir Şuka”, “Xramort” kimi qondarma toponimlərdən istifadə etməsi də yolverilməzdir. “BMT-nin xüsusi məruzəçisi qoy gedib elə BMT-nin özünün məhz ölkələrin təqdim etdiyi toponimlərdən istifadə edilməsinin vacibliyinə dair sənədləri ilə tanış olsun.

“Ermənilərin Laçından deportasiyası”ndan danışan BMT-nin xüsusi məruzəçisinin beynəlxalq hüquqa qarşı hörmətsizliyi və ştatlı azərbaycanofoba çevrilməsi, zavallı duruma düşməsi acınacaqlıdır. Bu məktub BMT-nin özünü gözdən salır. Təəssüflə bildiririk ki, Azərbaycan xalqının həm Ermənistanda, həm də vaxtilə işğal edilmiş ərazilərdə tarixi və mədəni irsinin dağıdılmasına BMT, UNESCO tərəfindən reaksiya verilməmiş, susqunluq nümayiş etdirilmişdir.

Sən demə, xüsusi məruzəçi həm də Qafqaz Albaniyası ilə bağlı mütəxəssis imiş və udi icmasının Qarabağda dini ocaqları ziyarət etməsi onun yaman xətrinə dəyib.

Xüsusi məruzəçi İrəvanda Göy Məscidin “Azərbaycan irsi”olmadığını bildirir. Ümumiyyətlə, A.Xantakinin bu cəfəng iddialarla məqsədinin nə olduğu bilinmir. Əgər A.Xantakinin məqsədi “erməni irsi”dirsə, onda onun Göy Məscidlə nə işi var!

Xüsusi məruzəçi həm də qəsdən Qərbi Azərbaycan İcmasının fəaliyyətini təhrif etmişdir.

Xüsusi məruzəçi öz kobud səhvini düzəltməli və Azərbaycan xalqının mədəni irsinin Ermənistan tərəfindən məhv edilməsinə münasibət bildirməli və bununla bağlı Ermənistan hökuməti ilə təmasa keçməlidir. Əks təqdirdə onun etnik və dini simpatiya əsasında fəaliyyət göstərməsi və azərbaycanofob olması tam sübut olunacaq.

Ümumiyyətlə, belə təəssürat yaranır ki, A.Xantakinin belə qərəzli olmasının səbəblərindən biri də onun Yunanıstandan olmasıdır. Xüsusi məruzəçidən mandatına uyğun olaraq müstəqil və qərəzsiz şəkildə fəaliyyət göstərməyi, Azərbaycana qarşı düşük iddialara son qoymasını tələb edirik”.

BMT-nin xüsusi nümayəndəsinin məlum açıqlamaları nəyə xidmət edir? O niyə erməni ağzı ilə danışır?  BMT- də bilmirlər yunan məruzəçi Azərbaycana obyektiv olmayacaq? Nə üçün yunan məruzəçi təyin ediblər?

“BMT-də çox yaxşı bilirlər ki, yunan məruzəçi türk, Azərbaycan mövqeyi ilə razılaşmayacaq, ermənilərin tərəfini tutacaq”

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, yunan məruzəçinin təyinatının kökündə ermənipərəst mövqe dayanır. “Çalşırlar ki, nəyin bahasına olursa-olsun, regionda faktları saxtalaşdırsınlar, ağ yalan danışsınlar, “erməni irsini” ortaya çıxarsınlar. Guya bu bölgədə “erməni irsi” olub, onlar “qədimdən” bu ərazidə yaşayıblar. Süni şəkildə yalançı tezisi sübut etməyə çalışırlar. Getdikcə həm  Azərbaycan və həm dünyadakı müəyyən obyektiv tədqiqatçılar tərəfindən həqiqət ortaya çıxarıldıqca ki, bölgədə erməni torpağı, erməni mədəniyyəti olmayıb, bura ermənilər yalnız XIX əsrin əvvəllərindən sonra toplu halda köçürülüb, bu gerçəkliklər erməniyanlıları narahat edir. Həmin erməni müdafiəçilərinin özləri də bilirlər ki, bizim torpaqlarda məskunlaşdıqları dövrdə nə torpaqları, nə mədəniyyətləri, nə özlərini fərqli təqdim etmə formaları vardı, burada məskinlaşandan sonra Azərbaycana məxsus nə vardısa hamısını oğurlamağa başladılar. O cümlədən də, Azərbaycanın mədəniyyətini, musiqisini, mətbəxini, adlarını götürdülər. Hətta adları da, soyadlarının kökü də Azərbaycan adlarıdır. Əsasən də onu deməliyik ki, ermənilər Azərbaycanın tarixini oğurlayıblar. Azərbaycanın regionda beş min illik tarixi var, bölgədə ən qədim dövlət Azərbaycana məxsusdur. Azərbaycanda dövlət olub, burada hakimiyyətdə olan sülalələr türk sülalələri idi. Bu bölgədə ilk erməni dövləti 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında yaradılıb. Bu ərazini onlara Azərbaycan verib. Onlar bu faktı qəbul etmək istəmirlər. Bu kimi dezinformasiyaları yaymaqla gerçəkliyi məhv etmək istəyirlər, çünki bu onlara sərf etmir. Bu gün onlar erməni faktorunu qabartmaq istəyirlər. Bu onların ənənəsi, xarakteri, siyasətidir ki, burada azərbaycanlı, türk, müsəlman olmasın. Ona görə də, olmayan erməni irsini qabardırlar ki, guya Qarabağda erməni irsi vardı. Onun guya məhv edilməsi ilə bağlı aləmə car çəkirlər. Bunlar hamısı yalandır. Xaçkar deyiləndən başqa onların heç bir mədəniyyət nümunəsi yoxdur. Bu xaçkarlar da XIX əsrdən peyda olub, bu da adi baş daşıdır. Azərbaycan xalqı heç zaman məzarlara qoyduqları daşlara abidə kimi baxmayıblar. Ermənilərin başdaşılardan başqa heç bir abidələri olmaıdğı üçün onun adını xaçkar qoyublar. Xaçkar guya böyük bur abidədir, adi bir xaç şəkilli daşdır. 

Biz yaxşı bilirik ki, BMT-nin və yaxud başqa təşkilatların təyin etdikləri xüsusi məruzəçilər təlimatlandırılır, onlara ermənilərin yalançı mövqeyini müdafiə etmələri tapşırılır. Yunan məruzəçiyə gəlincə, təbii ki, ondan hər hansı bir obyektivlik gözləmək olmazdı, o da təlimatlandırılmışlardan biridir. BMT-də çox yaxşı bilirlər ki, yunan məruzəçi türk, Azərbaycan mövqeyi ilə razılaşmayacaq, ermənilərin tərəfini tutacaq.  Əlbəttə, bu baxımdan ortaya qərəzli mövqe qoyurlar. Biz yunan xüsusi məruzəçidən obyektivlik gözləyə bilmərik, çünki məqsədi qərəzsiz olmaq deyil, qərəzli olmaqdır. Onlar bölgədə türk varlığı ilə barışmaq istəmirlər”-deyə qeyd edən A.Nağı bildirdi ki, İrəvanın mərkəzində vaxtilə İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilmiş “Göy məscid”i də farslaşdırırlar, İrana məxsus olduğunu iddia edirlər. “Onları başa salmaq lazımdır ki, İran dedikləri Azərbaycan, Azərbaycan türkü deməkdir. Siz tapın görək hansısa bir dövrdə, Əhəmənilərin, Sasanilərin  İran adlı dövlət varmı? Yoxdur”.

Bu bölgədə hökm sürən sülalələrin türklər olduğunu deyən A.Nağı qeyd etdi ki, Avropa isə bölgədə türkləri görmək istəmir. İrəvan xanlarının hamısının Azərbaycan türkü olduğunu xatırladan A.Nağı vurğuladı ki, onların tikdirdiyi məscdilər, abidələr necə “fars abidəsi” ola bilər? O qeyd etdi ki, biz təbliğatımızı lazımi səviyyədə davam etdirməliyik, kitablar yazıb müxtəlif dillərə tərcümə etməliyik, filmlər çəkməliyik, biz öz tariximizi təbliğ etməliyik. 

A.Nağı əlavə etdi ki, biz beynəlxalq qurumları daim gerçəkliklərlə tanış etməliyik. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031