KÖHNƏ VERSİYA            

Müdafiə Nazirliyinin idarə rəisləri barədə hökmə prokurorluq niyə etiraz etdi...

Image

Şəmsəddin Əliyev: “Bu onunla əlaqədardır ki, məhkəmə sahəsində ciddi islahatlara ehtiyac var”

Bəzi sosial media səhifələrində Şirvanov Mahir Məhərrəm oğlu və Qurbanov Məlikməmməd Oruc oğlunun barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən aşağı həddə cəza təyin edilməsi barədə məlumatlar yayılıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

“Belə ki, Mahir Şirvanov və Məlikməmməd Qurbanovun Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin rəisi vəzifəsində işlədikləri müddətdə digər şəxslərlə cinayət əlaqəsinə girərək külli miqdarda dövlət əmlakını mənimsəmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, onların hər ikisi Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və cinayət işləri üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Bakı Hərbi Məhkəməsinin 09.09.2024-cü il tarixli hökmləri ilə Mahir Şirvanov və Məlikməmməd Qurbanov Cinayət Məcəlləsinin 179.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinib, onlara məhkum edildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı cəza - Mahir Şirvanova 3 il müddətinə, Məlikməmməd Qurbanova 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Təqsirləndirilən şəxslərin əməlinin xarakteri və ictimai təhlükəliliyi, habelə Cinayət qanunu normasının düzgün tətbiq edilməyərək onlara qanunla nəzərdə tutulan həddən aşağı cəzanın təyin edilməsi nəzərə alınaraq, qeyd edilən hökmlərdən sentyabrın 24-də dövlət ittihamçısı tərəfindən apellyasiya protestləri verilib”, - deyə, Baş Prokurorluqdan bildirilib.

Göründüyü kimi, prokurorluğun protestinin mahiyyətində deyilir ki, qanunla nəzərdə tutulmuş cəzadan çox aşağı cəza verildiyi üçün. Məhkəmə praktikasında bu necə meydana çıxa bilir? Prokurorluq bunu qanunla nəzərdə tutulmuş cəzadan çox aşağı hesab edir, amma məhkəmə bu qərarı caxarır? O baxımdan bu nə deməkdir? Məhkəmə sistemi ilə prokurorluq sisteminin ədalətli cəza kateqoriyasına baxışlarının arasında niyə bu qədər fərq var? Nədir bunun səbəbi? Məgər məhkəmə görə bilmirdi ki, verdiyi cəza qanunla nəzərdə tutulan cəzadan çox aşağı cəzadır? Və yaxud da ki, prokurorluq bunu nəyin əsasında hesab edir ki, qanunla nəzərdə tutulmuş cəzadan çox aşağı cəzadır? Ümumiyyətlə ədalətli, qanunun tələblərinə tam uyğun cəza məsələsində prokurorluqla məhkəmə orqanlarının arasında bu fərqli baxışların kökü nədədir? Dəfələrlə buna bənzər hallar olub. Özü də bir il söhbəti olsa başqa. Burada görsənir ki, fikir ayrılığı olan illərin sayında böyük fərq var.

“Fərqli cəzaların tətbiqi məhz bundan irəli gəlir və qaynaqlanır” 

Sözügedən məsələyə aydınlıq gətirən hüquqşünas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Cinayət Məcəlləsində 179.4-cü maddə mənimsəmə və israfetmə maddəsidir. Mediada yayılan məlumatlardan belə məlum olur ki, burada külli miqdarda mənimsəmə var. Hüquqşünas olaraq gəldiyim qənaət budur ki, bu cinayət qabaqcadan əlbir olan bir qrup tərəfindən törədilib. Buna mütəşəkkil dəstə də demək olar. Fakt odur ki, bu, külli miqdarda mənimsəmə və israfetmədir. Maddənin özündə 3-4 il azadlıqdan məhrumetmə yoxdur. Ancaq təbii, məhkəmə tərəfindən tətbiq edilən cəza o vaxt ədalətli sayıla bilər ki, cəzanın üç məqsədi təmin edilsin. Yəni həmin cəza sosial ədaləti bərpa etsin, baş verə biləcək təkrar cinayətlərin qarşısını ala bilsin və ən nəhayət, şəxsin islah edilməsinə yönəlsin. Əgər cazanın 3 məqsədindən heç biri yoxdursa, o cəza havadan asılmış olur. Ona görə də ittiham tərəfi olan prokurorluğun buna etiraz etməsi üçün əsas var. Ancaq məhkəmələrin bu şəkildə yanaşması, bəzi şəxslərə qarşı cəzanın yumşaldılması, cinayət yolu ilə əldə edilən əmlakın geri qaytarılması şübhələr yaradır. Yəni bununla bağlı verilən məhkəmə qərarlarının özü şübhələr yaradır. Bu onunla əlaqədardır ki, məhkəmə sahəsində ciddi islahatlara ehtiyac var. Fərqli cəzaların tətbiqi məhz bundan irəli gəlir və qaynaqlanır. Nəyin bahasına olursa-olsun, məhkəmələrin qəbul etdiyi aktlar bilavasitə dövlətin adından qəbul edildiyindən, ədalətli olmalıdır. Əks təqdirdə hüquqi, demokratik dövlətin anlamına da ziyan gəlir. Bəzən belə qərarlar üzündən Avropa İnsan Haqları Məhkəməsinə şikayətlər edilir. Onların da müəyyən hissəsi təmin edilir. Nəticədə milyonlarla manat Azərbaycan büdcəsindən təzminat olaraq ödənilir”.

Vidadi ORDAHALLI







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031