Kobaxidze Baydenin qəbuluna dəvət edildi, sonra isə siyahıdan çıxarıldı - qeyri-ciddi davranış...
Üç gün əvvəl dəvət göndərdilər və sonra ləğv olundu, bu qeyri-ciddi davranışdır. Bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Nyu-Yorkda gürcü jurnalistlərə ABŞ Prezidenti Baydenin qəbuluna dəvətin ləğvi ilə bağlı suala cavabında bildirib.
“Bununla bağlı xüsusi şərh verə bilmərəm. Bu, qeyri-ciddi davranışdır, üç gün əvvəl dəvət göndərdilər və sonra ləğv olundu. Bu, müxalifətin xeyrinə bir növ humanitar akt idi, lakin müxalifət üçün də bunun praktiki effekti olmayacaq. Bu mövzuda geniş şərh vermək mənim üçün çətin olacaq” – İ.Kobaxidze bildirib.
TAHİR