İtaliyadan vətəndaşlarına çağırış - Livanı tərk edin!
İtaliya öz vətəndaşlarını Livanı dərhal tərk etməyə çağırıb. Belə ki, İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Livandakı mövcud vəziyyətdən narahatlığını ifadə edib. “Livanda çalışan italiyalıların sayı 300-dən çox deyil. İkili vətəndaşlığı olan və Livanı tərk etmək niyyətində olmayan təxminən üç min nəfərin vəziyyəti isə fərqlidir.
Biz Livandakı italiyalıları bu ölkəni dərhal tərk etməyə çağırırıq. Hələ də Beyrutdan Qərbə aviareyslər var. Ona görə də italiyalılara Livandan çıxmağı tövsiyə edirik”, - deyə Antonio Tayani bildirib.
Mətləb