"Türkiyə-Ermənistan danışıqlar prosesi İrəvanla Bakının münasibətləri ilə bağlıdır" - Ərdoğan
Türkiyə-Ermənistan danışıqlar prosesi İrəvanla Bakının münasibətləri ilə bağlıdır. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında çıxışı zamanı deyib.
Türkiyə Prezidenti bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir, danışıqların ən qısa vaxtda sevindirici xəbərlərlə nəticələnməsini arzulayırıq.
Ərdoğan Türkiyə-Ermənistan münasibətlərində ikitərəfli müsbət addımların atıldığını və Azərbaycan-Ermənistan sülh prosesinin də Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinə müsbət təsir edəcəyini bildirib.
ZÜMRÜD