KÖHNƏ VERSİYA            

Prezident “ADEX-2024” və “Securex Caspian” sərgilərinin iştirakçılarına müraciət etdi

Image

Prezident İlham Əliyev “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına müraciət edib.

Müraciətdə deyilir:

"Hörmətli sərgi iştirakçıları və əziz qonaqlar!

Sizi “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin açılışı münasibətilə salamlayıram. Azərbaycana xoş gəlmişsiniz!

Ölkəmiz mötəbər beynəlxalq tədbirləri yüksək səviyyədə və böyük peşəkarlıqla təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirmişdir. Azərbaycanın belə genişmiqyaslı və son dərəcə əhəmiyyətli tədbirləri keçirmək üçün müasir infrastruktura malik və təhlükəsizlik baxımından sabit ölkə olması dünya ictimaiyyəti tərəfindən hər zaman müsbət qiymətləndirilir. Bu il ölkəmizdə baş tutacaq dünyanın qlobal xarakterli mötəbər beynəlxalq tədbirlərindən sayılan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 da bunun bariz nümunəsidir. Əminliklə söyləmək olar ki, artıq beşinci dəfədir təşkil olunan “ADEX” sərgisi əvvəlki illərdəki kimi yenə də yüksək səviyyədə keçiriləcəkdir. Müdafiə sənayesi də karbon tullantılarının azaldılması baxımından böyük potensiala malikdir. Hesab edirəm ki, COP29 öncəsi keçirilən
“ADEX-2024” sözügedən mövzunun peşəkar müzakirəsi üçün əlverişli platformadır.

“ADEX” dost və müttəfiq ölkələrin tanınmış hərbi sənaye müəssisələri və aparıcı xarici şirkətlər arasında işgüzar əlaqələrin qurulmasında unikal rol oynayır. Bu sərgi dünya silah bazarında ixraca təklif olunan hərbi sənaye kompleksinin müxtəlif sahələri üzrə müasir müdafiə texnologiyaları, hərbi texnikanın ən son nümunələri ilə tanış olmaq, beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələr imzalamaq üçün geniş imkanlar yaradır. Tədbirdə dünyaca məşhur yüzlərlə şirkət öz məhsullarını nümayiş etdirir. “ADEX” müxtəlif ölkələrin öz müdafiə və müdafiə sənayesi sahələrini gücləndirmələri, istehsal imkanlarını artırmaları, müasir və innovativ vasitələri tətbiq etmələri və təcrübə mübadiləsi aparmaları baxımından önəmli tədbirdir.

Xüsusi qeyd edim ki, Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi məsələlərinə dövlət tərəfindən xüsusi diqqət yetirilir və bu sahələrin daha da inkişafı prioritet istiqamətlərdəndir. Son illərdə ölkəmizin müdafiə sənayesi çox sürətlə inkişaf edir. Mövcud istehsal sahələrinin müasir standartlara uyğun təkmilləşdirilməsi ilə yanaşı, yeni istehsal sahələrinin yaradılması üzrə işlər uğurla həyata keçirilir. Düzgün aparılmış islahatlar nəticəsində ölkəmizdə istehsal edilən müdafiə təyinatlı məhsulların çeşidi artırılmışdır və bu gün Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Həm Azərbaycanın Silahlı Qüvvələri müasir silah növləri ilə təchiz edilir, həm də dünya ölkələrinin müdafiə sənayesi şirkətləri istehsal etdiyimiz məhsullarla yaxından maraqlanırlar. Bir çox dost və müttəfiq dövlətlərlə müdafiə sənayesi sahəsində yeni əməkdaşlıqlar qurulur, mövcud əlaqələr uğurla davam etdirilir. Azərbaycan müdafiə sənayesi sahəsində dinamik inkişafa nail olmaqla hərbi-texniki imkanlarını genişləndirir.

Beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazilərimizin işğaldan azad edilməsində müstəsna rol oynamış Azərbaycan hərbi sənaye kompleksinin gücü və qüdrəti, ölkəmizdə istehsal olunan müasir silahlar da “ADEX” sərgisi çərçivəsində nümayiş olunur. Təsadüfi deyil ki, istər 44 günlük Vətən müharibəsi, istərsə də lokal xarakterli antiterror əməliyyatları zamanı Azərbaycan Silahlı Qüvvələrinin döyüş təcrübəsi inkişaf etmiş ölkələrin hərbi mərkəzlərində bu gün diqqətlə öyrənilir.

“ADEX” ilə paralel olaraq, hüquq mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazimatların, kompleks mühafizə sistemlərinin və silahların perspektivli modellərini nümayiş etdirən “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi də keçirilir. Bu sərgidə nümayiş etdirilən məhsulların da iştirakçılar tərəfindən maraqla qarşılanacağına əminəm.

Əziz qonaqlar, bir daha hər birinizi Azərbaycanda görməkdən məmnunluğumu bildirir, bütün iştirakçılara və hər iki sərginin işinə uğurlar arzulayıram!"







VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Paşinyanın yarımçıq saziş təklifi Rusiyada da sərt tənqid edildi - Bu, demaqogiyadır, özünü aldatmaqdır - VİDEO

Bizdən 10 dəfə çox neft-qaz satanlar Azərbaycana irad tutur - ədalətsizliyə baxın...

Bu rəqəmlər COP29-u qaralayanlara öldürücü zərbə vurdu...

Dünyanın 10 il müzakirə etdiyi məsələ COP-da yerindən hərəkətə başladı...

SON XƏBƏRLƏR

14.11.2024 | 23:31
Ayxan Hacızadə Paşinyana tarix dərsi keçdi - bu bəyanatların mənası yoxdur...

14.11.2024 | 22:50
Hikmət Hacıyevdən Aİ-nin ali nümayəndəsinə tutarlı cavab - cəhdləriniz uğursuz oldu...

14.11.2024 | 22:15
Ceyhun Bayramov BMT-nin İnkişaf Proqramının regional bürosunun direktoru ilə görüşdü

14.11.2024 | 21:40
COP29-da dünyada İslam maliyyələşməsi müzakirə olundu

14.11.2024 | 21:26
Tramp Baydenin Azərbaycana etdiyi böyük pisliyi ləğv edəcək...

14.11.2024 | 21:11
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanı vurdu - “Azərbaycandakı etnik təmizləməni araşdıracağıq”...

14.11.2024 | 20:58
Paşinyan Bakıda ona veriləcək bu suallardan qorxdu...

14.11.2024 | 20:44
Bizdən 10 dəfə çox neft-qaz satanlar Azərbaycana irad tutur - ədalətsizliyə baxın...

14.11.2024 | 20:31
Fransanın müstəmləkə xalqlarına yedirdiyi zəhərli "pestisid" budur...

14.11.2024 | 20:18
COP29-da çıxışlar Fransanı silkələdi - bir nazir imtina etdi...

14.11.2024 | 20:17
Dünya paxlava gününü möhtəşəm Türkiyə klassikası ilə qeyd edin!

14.11.2024 | 20:11
İnkişaf etməkdə olan kiçik ada dövlətləri üçün innovativ iqlim maliyyələşdirmə təşəbbüsünə dair beynəlxalq tədbir keçirilib

14.11.2024 | 20:04
Bakıda “Ədalətli keçid üçün sərmayələrin təşviqi” mövzusunda Yüksək Səviyyəli Dialoq keçirildi

14.11.2024 | 19:55
Paşinyan Azərbaycanın son saziş layihəsi təklifini yeni "konstitusiya ritorikası" ilə pozur...

14.11.2024 | 19:45
COP29 500 milyard dollarla dünyanı xilas edəcək - Böyük gözlənti...

14.11.2024 | 19:41
COP29 çərçivəsində iqlim fəaliyyətinin inkişaf maliyyəsinə inteqrasiyası müzakirə olunub

14.11.2024 | 19:27
Ermənistan parlamenti "Artsax separatçılarından" imtina etdi...

14.11.2024 | 19:14
COP29-un qərarları Xəzərlə bağlı vəziyyəti tam dəyişə bilər...

14.11.2024 | 18:59
Paşinyan uydurdu - "Azərbaycan müasir Ermənistanın 60 faizinə göz dikib"...

14.11.2024 | 18:52
Murad Dadaşovdan professor Qulu Məhərrəmliyə yubiley təbriki...

14.11.2024 | 18:45
Bizdən ikiqat çox qaz istəyən bəzi avropalılar Azərbaycanı niyə tənqid edir?..

14.11.2024 | 18:40
“Azərbaycan neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanındadır” - Vüqar Rəhimzadə

14.11.2024 | 18:32
Konstitusiya Günü hüquqi dövlət quruculuğunun simvoludur...

14.11.2024 | 18:18
Roma Papası Bakıya COP müraciətində ABŞ və Fransanı qınadı...

14.11.2024 | 18:05
Bu rəqəmlər COP29-u qaralayanlara öldürücü zərbə vurdu...

14.11.2024 | 18:00
Azərbaycan Milli Məclisinin üzvləri Şimali Kiprə səfər etdi

14.11.2024 | 17:53
Dünyanın 10 il müzakirə etdiyi məsələ COP-da yerindən hərəkətə başladı...

14.11.2024 | 17:47
Tanınmış politoloq COP29-la bağlı ABŞ Konqresinə müraciət etdi

14.11.2024 | 17:40
Pezeşkian Bakıya bu səbəblərdən gəlmədi - İranda rəsmilər bu barədə susur...

14.11.2024 | 17:36
“Ölkəmiz xoş məramı ilə qlobal nüfuzunu nümayiş etdirir” - Əhliman ƏMİRASLANOV

14.11.2024 | 17:27
COP29-dan müstəmləkə keçmişi olan bütün ölkələrə çağırış edildi...

14.11.2024 | 17:25
“Yaşıl” taksonomiya iqlim maliyyələşdirilməsini genişləndirmək üçün böyük imkanlar açacaq"

14.11.2024 | 17:17
Azərbaycanın QHT fəalları Avropada miqrantlara təzyiqlərlə bağlı etiraz aksiyası keçirdi... - FOTO

14.11.2024 | 17:14
Avropanın 3 böyük təşkilatı Fransa müstəmləkəçiliyini dəstəkləyir...

14.11.2024 | 17:12
COP29 çərçivəsində Mərkəzi Asiya ölkələri iqlim dəyişikliyi və buzlaqların qorunması üzrə birgə Bəyannamə imzalayıblar

14.11.2024 | 17:03
Peter Bekker COP29-da plenar iclasda çıxışına bu sözlərlə başladı - “Çox sağ ol, Azərbaycan!”

14.11.2024 | 16:55
Şimali Makedoniya Prezidenti Prezident İlham Əliyevi təbrik etdi

14.11.2024 | 16:53
COP29 Sədrliyi və Çoxtərəfli İqlim Fondları iqlim təsirinin fəsadları ilə bağlı birgə tədbir keçirib

14.11.2024 | 16:50
COP29-da Niderland və Fransanın müstəmləkəçiliyinə qarşı aksiya keçirildi - FOTO

14.11.2024 | 16:45
"Müstəmləkəçi ölkələr kasıb adlandırdıqları Afrikanın zəngin sərvəti sayəsində böyük dövlətlər olublar" - Hava Av

14.11.2024 | 16:44
COP29-da insan hüquqlarına əsaslanan iqlim ədaləti ilə bağlı müzakirə aparıldı

14.11.2024 | 16:31
"COP29 biznesləri, maliyyəçiləri, şəhərləri, millətləri bir araya gətirir" - Naycel Toppinq

14.11.2024 | 16:22
COP29 gündəlik mətbuat konfransında əldə edilmiş uğurlardan bəhs edildi

14.11.2024 | 15:48
"COP29-un keçirilməsi Azərbaycanın artan nüfuzunun göstəricisidir" - Ombudsman

14.11.2024 | 15:37
Prezident İlham Əliyev İslam İnkişaf Bankının prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.11.2024 | 15:21
Ehtiyatlı olun! Zəhərlı paltarlar var! Hətta uşaq geyimləri də!

14.11.2024 | 15:14
"Afrikanın iqlim dəyişikliyinin qarşısını almaq üçün ildə 277 milyon dollara ehtiyacı var" - ADB prezidenti

14.11.2024 | 14:40
Prezident İlham Əliyev Maldiv Prezidenti ilə görüşdü - FOTO/YENİLƏNDİ

14.11.2024 | 14:37
Yaşıl gələcək proqramlarının maliyyələşdirilməsi COP29-da müzakirə olundu

14.11.2024 | 14:21
“Troyka” ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib

14.11.2024 | 14:16
Prezident İlham Əliyev Yəmənin vitse-prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.11.2024 | 14:15
Prezident İlham Əliyev Nepal Prezidenti ilə görüşüb - YENİLƏNDİ

14.11.2024 | 14:08
"COP29-un Azərbaycanda keçirilməsi ən doğru seçimdir" - Putinin xüsusi nümayəndəsi

14.11.2024 | 14:06
“Bakcell” “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görüldü

14.11.2024 | 13:50
Prezident İlham Əliyev Efiopiya Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.11.2024 | 13:45
"Ən mühüm məsələ inkişaf etməkdə olan ölkələrin iqlim maliyyəsi ilə bağlı ehtiyacını qarşılamaqdır"

14.11.2024 | 13:31
Qlobal iqlimlə mübarizə üçün hər il təxminən 8 trilyon ABŞ dolları lazımdır - Braziliya Ali Audit Orqanı

14.11.2024 | 13:14
"COP29-da iqlim maliyyələşdirilməsi üzrə razılığa gələcəyimizə əminəm" - Afrika İnkişaf Bankı Qrupunun prezidenti

14.11.2024 | 13:03
Prezident İlham Əliyev Braziliyanın vitse-prezidenti ilə görüşüb - YENİLƏNDİ

14.11.2024 | 12:50
Bakıda COP29 çərçivəsində Parlament Görüşü keçiriləcək

14.11.2024 | 12:37
Bakıda “Ambisiyaların artırılması: Avropa və Mərkəzi Asiyada enerji və su sistemlərinin transformasiyası” mövzusunda tədbir keçirildi

14.11.2024 | 12:22
COP29 çərçivəsində “Daha yaxşı pambıq” mövzusunda panel müzakirələr keçirilib

14.11.2024 | 12:15
Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.11.2024 | 12:00
Azərbaycan yaşıl keçidi inkişaf etdirməyə sadiqdir - Mərkəzi Bankın sədri

14.11.2024 | 11:47
Dünya Bankı iqlim layihələrini maliyyələşdirmək üçün 150 milyard dollar ayırmağı planlaşdırır

14.11.2024 | 11:26
Prezident İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.11.2024 | 11:20
Trampın xanımı Ağ Evdə yaşamaq istəmir - səbəbini özü açıqladı..

14.11.2024 | 11:10
Naxçıvanda yol polisi sürücülərə və piyadalara müraciət etdi

14.11.2024 | 11:04
Ronaldinyo AFFA prezidenti ilə görüşüb

14.11.2024 | 10:53
Prezident İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.11.2024 | 10:26
Bakının bu ərazilərində qaz olmayacaq -ƏHALİYƏ XƏBƏRDARLIQ

14.11.2024 | 10:20
Göyçayda bədbəxt hadisə - çoban kanalda bataraq öldü

14.11.2024 | 10:14
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.11.2024 | 10:11
Sokratdan Qulu Məhərrəmliyə qədər

14.11.2024 | 10:10
Sabunçuda yük avtomobilinin vurduğu piyada 5 gün sonra xəstəxanada ölüb...

14.11.2024 | 10:05
Türk Dövlətləri Təşkilatı üzrə “Nazirlər Bəyannaməsi” imzalanıb

14.11.2024 | 10:02
Prezident İlham Əliyev Banqladeş Müvəqqəti Hökumətinin Baş müşaviri ilə görüşüb - FOTO

14.11.2024 | 10:00
Almaniya Kansleri pul barədə danışdı, gülüş obyektinə çevrildi...

14.11.2024 | 09:40
Bakıda “Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumu” keçirilir

14.11.2024 | 09:30
Misirdə dəhşətli yol qəzası olub, 13 nəfər ölüb

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930