"Dini radikalizmlə mübarizədə ən effektiv silah maarifləndirmədir" - DİN rəsmisi
Şuşada keçirilən "İdeoloji mübarizədə din amili: mediadan gözləntilər" seminarı çərçivəsində "Dini radikalizmlə mübarizə və media" mövzusunda sessiya çıxış edən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti İdarəsinin rəis müavini Zeyni Hüseynov diqqətə çatdırıb ki, insanların dini inanclarından istifadə edərək Azərbaycana təsir cəhdlərinin qarşısı hüquqi müstəvidə alınır:
"Daxili İşlər Nazirliyi və müvafiq qurumların tərəfindən həyata keçirilən vacib addımlar sayəsində ölkə ərazisində dini baxımdan sabitlik mövcuddur. Dini radikalizmlə mübarizədə ən effektiv silah maarifləndirmədir. Hazırda ölkə ərazisində müxtəlif dinlərə aid icmaların etiqad azadlığı təmin olunur, təhlükəsiz ibadət üçün bütün imkanlar yaradılır".
O düşünür ki, həm ailədə, həm təhsil müəssisələrində dini məsələlərin elmi-pedaqoji müstəvidə öyrədilməsi vacibdir:
"Cəmiyyətdə milli kimliyini formalaşmasında olduğu kimi, dini kimliyin formalaşmasında da medianın rolu vacibdir. Ona görə də bu kimi həssas məsələlərin düzgün işıqlandırılmasında, ictimai nəzarətin formalaşdırılmasında medianın üzərinə məsuliyyət düşür".
ZÜMRÜD